Səhər Əhməd yazır...
Susursan. Susmaq ən yaxşı cavab olduğu üçün deyil, haqsızkən haqlı görünənlərin, suçluykən meydan sulayanların xorunda solo oxumaq çətindir, deyə.
Bir az uzaqdan baxanda həyat səhnə kimi aydın görünür, burada hamıdan öz rolunun öhdəsindən məharətlə gəlmək tələb olunur. Ölülərlə eyni cür vidalaşmaq, dirilərlə eyni cür salamlaşmaq lazımdır. Dodaqlarını qulaqlarının dibinə qədər dartaraq. Bilmədən ayağını tapdayıb, sonra üzr istəyən şəxsin üzünə də eyni cür gülümsəmək tələb olunur - qəbul olunmuş qaydada. Bu təbəssüm təxminən belə bir cavaba oxşamalıdı: “Yox, nə danışırsız, buyurun, bir də tapdayın”.
Adi məişət vərdişlərindən tutmuş yüksək diplomatik hoqqalara qədər bütün qaydalar cəmiyyətin əxlaqsızlığını pərdələməyə xidmət edir. Bu aksiom olsa da isbata böyük ehtiyacı var. (Elmə məlum olmayan və yaxud da dəxli olmayan belə aksiomlar çoxdur).
“Nə üçün” tipli mənasız suallarla başını sındırma, bir şərqidə deyildiyi kimi: “Dəyərmi hec?”
Məsələ burasındadır ki, insanlarla layiq olduğu kimi rəftar etmək çəngəl-bıçaqla düzgün davranmaq qədər önəmli deyil. Kimlərəsə şərəfsiz olduğunu sübut etmək kimi gülünc bir səbəblə başqalarının gül kimi istirahətini pozmaq ədəbi dildə “ədəbsizlik”, loru dildə “mərdimazarlıq” adlanır. Öz yöndəmsizliyinlə həmişə və hər yerdə nə etdiyini yaxşı anlayan mədəni adamların ansamblında xaric səslənəcəksən. Camaat da sənə buynuz çıxarmış kimi, ziyafət paltarıyla idman ayaqqabısı geymiş kimi, ən pisi isə rolunun öhdəsindən gələ bilməyən bacarıqsız aktyor kimi baxacaq.
Xoşbəxtlikdən, sən bu oyunda yalnız tamaşaçısan.
Burada hər şeyi zaman özü həll edir, məhz o, bütün yaraları sağaldır və məhz sağaldır, çünki hər şey ömür qədər uzun çəkməklə yanaşı, həm də nizamlı və yeknəsəqdir. Sənin də fəxri qarovulda dayanmış kimi canın sıxılır.
Susursan. “Susmaq qızıldır”, deyə yox, sözün bitdiyi yerdəsən deyə.
Mənbə: Lent.az
XƏBƏR LENTİ
Funda Arar Bodrumda istiharət edir-FOTO
“Kuruluş Osman” final edir?
Məşhurların pəhriz siyahıları (1)
İnsanlar və həyat
Adi tonometr damar xəstəliklərini aşkara çıxarmağa kömək edir
Dollar ucuzlaşdı - RƏSMİ
"Simpsonlar" 31-32-ci mövsümə başlayır
Erməni jurnalist: "Ağdərədə taleyimiz həll olunur"
Cəbhə xəttində son vəziyyət
Messinin ən böyük arzusu
"Mona Liza" haqqında inanılmaz araşdırma
Parlaq saç, yoxsa "yağlı"?
Arıqlamağın asan yolları
Günün qoroskopu: təmkinli, amma əzmkar və qətiyyətli olun
Prezident İlham Əliyev və birinci xanım Mehriban açılışda iştirak ediblər - FOTO
Günəşdən asılanlar
Enrikenin yeni doğulan körpəsi - FOTO
Azərbaycan Prezidenti və xanımı "Formula 1" Azərbaycan Qran Prisinin qaliblərini mükafatlandırıblar
HAVA necə olacaq?
Mirvari haqqında
Konsert həvəskarlarının nəzərinə
Rusiya kataloqunda saxtakarlıq: Ermənilər Gürcüstan şəhərinə iddialarını ortaya qoydu - FOTO
Putindən Dağlıq Qarabağla bağlı növbəti çağırış - VİDEO
İnsan sağlamlığının dəqiq göstəricisi
Bulvara qənim kəsilənlərə XƏBƏRDARLIQ
Tarixin ən uzunmüddətli günəş tutulması baş verəcək
"Araz Kursları" bağlandı
Nataliya Oreyro yeni imici ilə hər kəsi təəccübləndirdi - FOTO
Uşaqların rəsmləri oyuncaqlara çevrildi
Corc Maykl haqqında İNANILMAZ FAKT
Yağış yağacaq
Qubanın qarlı dağlarından fotoreportaj
Ölkə xaricindən internetlə təhqir edənlər necə cəzalandırılacaqlar?
Hadise ən böyük arzusunu reallaşdırdı-FOTO
Vətən Müharibəsində şəhid olmuş hərbi qulluqçularımız - SİYAHI
Fantastik heyvanlar
Marketlərdə ciddi ucuzlaşma başlayıb
Ağ şokoladlı truff (foto resept)
İlin fotoqraf yarışması
Kəsmikli alma piroqu (foto-resept)
Türkan Şoray tanınmaz halda...- FOTO
Uşaqlarda yuxu nizamı
Tibetin cavanlaşdıran 5 idman hərəkəti
Ankara Əsədi dialoqa çağırdı
Milli Qəhrəman haqqında film çəkilir
Günün qoroskopu: insanlara fikir verin
Bu gecə cəbhədə nə baş verdi?
Şeron Stounun maraqlı fikirləri
Məşhur kardioloqdan xəbərdarlıq
Yaşlandıqca daha çox yaraşıqlı olan məşhurlar
- ŞƏRHLƏR