D vitamini ilə zəngin balığın mövsümü artıq başlayır. Bəs, balıq alarkən nəyə diqqət etmək lazımdır?
Qadin.Net ARB TV-yə istinadən xəbər verir ki, mövsümün başlaması ilə əlaqədar piştaxtaları hazırda kütüm, kilkə, forel, xanı, sazan, sudak, ferj kimi balıqlar bəzəyir. Keçən illə müqayisədə balığın qiymətində böyük fərq yoxdur. Qiymətlər balığın növünə görə dəyişir.
Hüseyn Vəliyev - Satıcı: "Bu xanı balığıdır, qiyməti 5 manatdır, sazan balığı var 7 manatdır. 5-7 manat hər qiymətə var. Qiyməti münasibdir. Balıqlar Mingəçevirdən Nefçalafadan, Xəzərdən gətirilir".
Satıcılar deyirlər ki, məşhur Keşlə bazarında satdığımız balıqlar həm göldən, həm də dənizdən tutulur. Alıcılar qiymət ucuzluğuna görə daha çox göl balıqlarına üstünlük verirlər. Burada balıqların saxlanma şəraiti də alıcıları qane edir.
Hacıyev Faiq - Satıcı: "Suvarırıq, qoymuyuruq qurusun. Soyuducuya yığırıq. Daha sonra yerdəyişmə edirik ki, sərinlənsin. İki saatdan sonra sata bildiyimizi satılır. Axşama qədər satırıq saxlamırıq".
Daha çox hansı balıqlara tələbat var?
Səfər Əliyev - Satıcı: "Ucuzluğuna görə, biləmur, xanı kimi balıqlara üstünlük verilir. Bunlar təbii deyil, göllərdə yetişdirilir".
Balığın sağlamlığa faydalı olduğunu deyən alıcıların ən çox müraciət etdiyi növ kütümdür. Səbəb isə dadı ilə yanaşı bu növün qiymətinin aşağı olmasıdır.
Balıq alarkən ən çox nəyə diqqət edirsiniz?
Alıcı: "Xarici görkəminə. Təbii ki, büdcəmə də baxıram".
Alıcı: "Hal-hazırda kütümlə maraqlanıram. Bu günki qiymətlər bahadır".
Alıcı: "Mütəmadi olaraq bura gəlirəm. İstədiyim növ balıq alıram. Düzdür, qiymətlər bir balaca yüksəkdir, amma balıqlar təzə olduğu üçün bu məbləği verməyə dəyər. Şadam ki, paytaxtda bu cür təzə balıqların satıldığı bazar var".
Bəli, balıq dadlıdır, ləzzətdir, sağlamlığa xeyirlidir. Amma düzgün seçilmədikdə əksi baş verə bilir.
Mütəxəssislər deyir ki, balıq alarkən diqqət olunmalı məqamlar var: dərisinin səthi təmiz, sərt və parlaq olmalı, dərisi isə ətinə möhkəm yapışmalıdır. Köhnə balıq əti daha çox yumşaq təbəqəyə malik olur.
İradə Hüseynli - AQTA-nın əməkdaşı: "Balığı şaqüli vəziyyətdə saxlayaraq onun təzəliyini və yaxud köhnə olduğunu müəyyənləşdirmək olur. Belə ki təzə balıq şaquli vəziyyətdə saxlayarkən quyruğu dik olur. Köhnə balıqda isə belə deyil. Təzə balığın pulcuqları tökülmür. Köhnədə isə tökülür. Qəlsəmələrin rəngi açıq rəngdə olmaldır".
Bu dadlı nemətin ağzımızın dadını qaçırmaması üçün lazım olan tək şey diqqətli olmaqdır
XƏBƏR LENTİ
Ağdamın azad olunması kadrları “Haber Global”da - VİDEO
Gürcü sərhədçiləri Ermənistana qanunsuz silah daşınmasının qarşısını alıblar - FOTO/VİDEO
İşğaldan azad olunan daha iki kəndin adı qaytarılır
İlin mühərrikləri seçildi
Məşhur oyunçu prezidentə heyran oldu
Fransa təhlükəli silahın anonsunu verdi
Kraliçanın ləl-cəvahiratı satışda: 2 milyonluq boyunbağı
Yüzlərlə kəllə sümüyü olan kilsədə araşdırmalar başladı - FOTO
Ən gəlirli biznes sahələri- SİYAHI
Ermənistan müharibə zamanı Bakıda enən sərnişin təyyarələrini hədəfə götürməyə cəhd edib - VİDEO
Keyt Middlton kraliçanı əvəz edəcək
Güllü qurabiyə (foto resept)
Azərbaycanda əlil "aldılar" deyir, icra hakimiyyəti isə...
Dodaqları yumşaldan maska
Putin: “Rusiya sülhməramlıları vəziyyəti sabitləşdirmək üçün əllərindən gələni edirlər” - VİDEO
HAVA necə olacaq?-26 Avqust
Bakı 2015-in poçt markaları buraxıldı
Valideynlərə NAZİRLİKDƏN CAVAB
Balaca şahzadələr üçün qözəl donlar
Vitaminli salat (foto resept)
BDU-nun tələbəsi karantinə alındı
Zövqlü çantalar
"Azercell"in sabiq prezidenti baş nazir oldu
Barmaq peçenye (foto resept)
Hulusi Akar və Zakir Həsənovun zəfər sevinci: Qucaqlaşdılar və himn oxudular - VİDEO
Günün qoroskopu:Bədxərclik etməyin!
Limon piroqu (foto resept)
Tanış olun: 3 yaşlı taekvondçu qız
PKK-nın “liderləri” ermənilərlə birlikdə döyüşdüklərini etiraf etdilər
4 yaşlı oğlan dahi sayıldı
Məşhur ulduzun bənzəri tapıldı-FOTO
Uşaqlarda xüsusi öyrənmə çətinliyi
Motivasiya testi
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Dünyanın ən gözəl qadınları
Mark Zükerberqin "üzən saray"ı - FOTOLAR
"Game of Thrones "10 Emmy mükafatını qazanıb
Dünyanın ən yaşlı “Youtuber”i vəfat etdi - 107 yaşında
Kolleclərin ixtisas seçimi başa çatır
Dodaq boyasını yeniləmək
Yuxu mövqeyinizə görə əlaqəniz
Vitaminli xörəklər - 5
Şokoladlı şirin pizza (foto-resept)
Xanımlar və geyim...
Hərbi əsirlərin siyahısı BQXK-yə təqdim edildi
Facebook film çəkməyə başlayır
O da “Atiye” də rol alacaq
Paşinyan erməni əsgərlərinin döyüş meydanından qaçdığını etiraf etdi
Hər bürcün öz gizli silahı olduğundan xəbəriniz var?
Meşədə qarşınıza ayı çıxsa, nə etməli?
- ŞƏRHLƏR