"Azərbaycan dilində iki variantda yazılan 50-yə yaxın söz orfoqrafiya lüğətindən çıxarılır".
Qadin.Net xəbər verir ki, bunu trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.
Onun sözlərinə görə, hazırda yeni orfoqrafiya lüğətinə daxil olacaq sözlərin yazılışı yenidən yoxlanılır. Lüğətin sentyabrda çapa verilməsi nəzərdə tutulur: "Ola bilsin ki, lüğətə daxil olan bəzi sözlərin yazilişı ilə bağlı Nazirlər Kabineti və Prezident Administrasiyasından kiçik düzəlişlər edilsin. Bu düzəlişlərin nədən ibarət olacağını hələ dəqiq deyə bilmərəm".
M.Nağısoylu əlavə edib ki, yeni orfoqrafiya lüğətinə 2013-cü ildən sonra - son 6 il ərzində dilimizə daxil olan 4000 yeni söz daxil edilib, hazırkı lüğətdə mövcud olan təxminən 1000 söz isə lüğətdən çıxarılıb:
"Lüğətdən çıxarılanlar qondarma, ikivariantlı sözlərdir. Bəzi sözlər həmin lüğətdə ikivariantlı yazılıb. Məsələn, lüğətdə altun da, altın da, adəm də, adam da, nəqqaş da, naqqaş, adinə də, adına da var. Onlarla bağlı müzakirələr aparmışıq, sonda belə ikivariantlı sözlərin yalnız birini yeni lüğətdə saxlamışıq. Saxladığımız sözlər dilimizdə daha çox qəbul edilən, izahlı lüğətdə verilən sözlərdir. Məsələn, yeni lüğətdə naqqaş yox, nəqqaş, adəm yox, adam, altın yox, altun, adinə yox, adına yazılıb. "Adinə" sözü adına sözünün klassik variantı olsa da, dilimizdə daha çox işlək olan "adına" sözünü saxlamışıq".
Akademik qeyd edib ki, hazırkı lüğətdə iki variantda yazılan sözlərin sayı 100-ə yaxındır. Yeni lüğətə isə həmin sözlərdən dilimizdə daha çox işlək olanı daxil ediləcək, buna görə də əvvəllər iki variantda yazılan sözlərin 50-yə yaxını lüğətdən çıxarılacaq.
M.Nağısoylu yeni lüğətdə ümumilikdə 110-115 min sözün olacağını da nəzərə çatdırıb.
Qeyd edək ki, Azərbaycan dilinin son orfoqrafiya lüğəti 2013-cü ildə çap edilib.
Bu il Nazirlər Kabineti tərəfindən Azərbaycan dilinin yeni orfoqrafiya normaları təsdiqləndikdən sonra yeni lüğətin hazırlanması və çap edilməsi zərurəti yaranıb.
XƏBƏR LENTİ
"Qarabağ" çempion oldu
Handenin makiyajsız halı_FOTO
Elm yoxsulluğunun yaratdığı dəhşət
"Tatlı" paxlava (foto resept)
Patoloji qısqanclıq və ya Otello sindromu
Acılı əzmə (foto resept)
Azərbaycanda 11 bank ləğv olunur
Bu göbələk bütün xəstəlikləri sağaldır
İsti su içməyin 5 faydası
Möhtəşəm valideynlər
Azərbaycanda valideynlərin övladları üzərində nəzarəti gücləndirilir
Koronavirusla bağlı son STATİSTİKA
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Hormon dəyişmə qanunu
"Həkim, mənə ölüm ver..."
Ermənilər terrorçuları Qarabağa gətirirlər
Azərbaycanda koronavirus xəstələrinin sayı 400-ə çatdı
Ebru Gündeş Bodrumda dincəlir-FOTO
Yaz dekorasiyası
Xəzərin Bakı sahillərində delfin görüntülənib? - AÇIQLAMA + VİDEO
Asfaltı dəlib çıxmış göbələklər müzakirələrə səbəb oldu - VİDEO
Möhtəşəm don modelləri
Acun Ilıcalı Hülya Avşarın qonağı oldu
İşgüzarlığı artıran qidalar
Hansı dövlətin pasportu ilə vizasız daha çox ölkə gəzmək olar?
Britaniyalı model 16 illik sirrini açıqladı
Reynmen koronavirusdan sağaldı
Hava necə olacaq?
Vətən daşını yastıq edən qəhrəmanlar – VİDEO
Çempionlar Liqası finalının biletləri satışda
Ana ölən qızı ilə dörd ildən sonra danışdı - VİDEO
Səhər yeməyinin əvəzedilməz ərzaqları
Hollivudun ən çox gəlir gətirən aktyoru məlum oldu
Hava haqqında
Ebru Gündeş rekord gəlirlə “O səs Türkiyə”yə qayıdır
Cazibədar xanımlara gəlinlik nümunələri
Yay çantaları
Alman dili 9-cu dərs
Arnold Şvartsnegger bomj oldu
Çaydanlar
Azərbaycanlı həkimlər Qəzzaya getməyə hazırdırlar
Azərbaycan tarixindən yüz şəxsiyyət-32
Leyla Əliyeva uşaqlar üçün bayram tədbirində - FOTO
Xanımlara sual!
Azərbaycanda 4387 yeni yoluxma qeydə alındı: 38 nəfər vəfat etdi
Günün qoroskopu:Uğurlu gündür!
Təhsil Nazirliyi dərsliklərin hazırlanmasına və çapına doqquz milyon manat xərcləyəcək
Azərbaycan əhalisinin sayı AÇIQLANDI
Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salındı
Cəbhədən son xəbər