"Müəllimlərin diasqnostik qiymətlədirməsinin nəticəsi əsasında məlum oldu ki, təhsil sahəsində öz ixtisas fənlərini kifayət qədər yaxşı bilməyən insanlar var. Sayı çox olmasa da belə müəllimlər bu gün də sistemdə çalışırlar".
Qadin.Net trend-ə istinadən xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva müəllimlərin işə qəbulu prosesini izləmək üçün dəvət edilən media tur iştirakçıları ilə görüşdə deyib.
Sağlamlıq imkanları əmək fəaliyyətini davam etdirməyə yol verən 65 yaşlı müəllimlərlə əmək müqaviləsinə xitam verilməsinin səbəblərinə də aydınlıq gətirən nazir müavininin sözlərinə görə, çalışma müddəti 65 yaşda başa çatan işçilərlə müqaviləyə xitam verilərkən nəzərə alınan amillərdən biri həmin məktəbdəki ümumi dərs saatlarının sayıdır:
"Vaxtilə işəgötürənlərin məsuliyyətsizliyi, sui-istifadə hallarına yol verməsi nəticəsində lazım olmayan əlavə işçilər işə götürülüb. Bu hal rayon, kənd məktəblərində xüsusilə məşhur idi. Bu gün görürsən ki, məktəbdə fənn üzrə cəmi 15 dərs saatı var, amma 3 müəllim işləyir. Elə məktəblər var ki, orada 18 ibtidai sinif, 26 ibtidai sinif müəllimi var. Təbii ki, həmin məktəblərdə optimallaşdırma aparmaq üçün yollardan biri çalışma müddəti başa çatan işçinin əmək müqaviləsinə xitam verməkdir. Çünki digər halda bu məktəbdə dərs saatını tənzimləmək mümkün deyil. Həmin dərs saatının da tənzimlənməsi zamanı nəzərə alınan amillərdən biri müəllimin diaqnostik qiymətləndirməsinin nəticəsidir. Məktəbdə dərs saatı azdırsa, müəllimin də diaqnostik qiymətləndirmə nəticəsi zəifdirsə, artıq o müəllimi məktəbdə saxlamaq üçün heç bir əsas yoxdur".
M.Vəliyeva əlavə edib ki, əgər müəllimin dərs saatı çoxdursa, sağlamlığı imkan verirsə və onun dövlət təltifləri varsa, əmək müqaviləsinə xitam verilmə zamanı istisnalara yol verilir.
Nazir müavini 65 yaşı tamam olan ibtidai sinif müəllimləri ilə əmək müqaviləsinə xitam verilmə zamanı istisnalara yol verilir: "Əgər ibtidai sinif müəllimi 64 yaşında 1-ci sinfi götürübsə, demək o, 68 yaşında ibtidai sinfi təhvil verməlidir. Biz burada varisliyi gözləmək üçün həmin müəllimlərlə müqavilənin müddətini uzadırıq. Müəllim sinfi təhvil verməyə qədər həmin müəllimlə əmək müqaviləsinə xitam verilmir. Amma bu, bütün fənn müəllimlərinə şamil olunmur. O yerdə ki, kadr çatışmazlığı var, orda nə yaşa, nə də bala baxılır".
XƏBƏR LENTİ
“Çölçü” filmi yenidən mükafata layiq görülüb.
NASA kosmosda “robot otel” qurur
Bakını toz bürüyəcək
Ayaqqabınızın ömrünü uzadın
O bir ilə 620 milyon qazandı
Məşhur aşbaz Sıla haqqında
Övladlarımıza rəhbər olaq, yoxsa dost?
Fahriyə Buraka qadağa qoydu
İnsan bədəni qüsursuzdur
Yeni serial başlayır-"Kızım"-VİDEO
Kəsmikli, peçenyeli piroq (foto resept)
Evli cütlüklərin eyni iş yerində işləməsi düzgündür?
Təmizlik xəstəliyi
Qozun faydaları
Dəbli şalvar modelləri
Cinsi həyatınızın qayğısına qalın
Bananlı keks (foto-resept)
Nazirlik bahalığı "ucuzlaşdırmağa" çalışır
İranda QİÇS-ə yoluxma halları artıb
İtaliya nəşri Füzulidən reprotaj hazırladı - VİDEO
Ziynet Salı ərə gedir-FOTO
Bakıda dünya çempionatı olacaq
Yeni toy "adətləri"
Bacılar da bir-birini qısqanır...
Bakı Metropoliteni yeni iş rejiminə keçəcək
Amerikalılar Milli Şirniyyatlarımızı yeyəndə...
Yaponiya pilotsuz poçt maşınının sınağına başlayıb
MakSim ərə gedir-FOTO
21 Fevral-Ana dili günüdür!
Qızının ev tapşırığı atanın həyatını xilas etdi - FOTO
Hicablı makiyaj ustası
"Erkenci Kuş" un məşhur cütlüyü evlənir-FOTO
Hindistanda koronavirusa qarşı üç peyvənd sınaqdan keçirilir
Bakı ABŞ, Rusiya, Fransya səsləndi
Möcüzə enerji-2
Planşetə çevrilə bilən xrombuk
Vətən Müharibəsində kəşfiyyatçı meşədə övladını itirib: “Oğlum gözümün qabağında vuruldu” - VİDEO
Əliyev, Putin və Sarkisyan sambo yarışında
Çində matəm elan edildi
Bu gün milli mətbuatın 143-cü ildönümüdür
Həccin vaxtı açıqlandı
Azərbaycan atletlərindən möhtəşəm qələbə!
Tramp: “Seçki günündən sonra daxil olan bülletenlər sayılmayacaq”
Təmizlik zamanı edilən səhvlər
Allahşükür Paşazadə 40-cı anım günündə Tovuz şəhidlərinin məzarlarını ziyarət edib
Maşınlar (Pazl)
Murat Yıldırım çəkiliş vaxtı zədələndi
Ayaqqabı modelləri
Dəniz Çakır bir çox saytların bloklanmasını tələb edib
WhatsApp-da daha bir yenilik