Dağlıq Qarabağ münaqişəsi zonasında aprelin 1-də hərbi əməliyyatlar başlanandan sonra Ermənistan sarsıdıcı zərbələr alıb.
Ermənistanın Dağlıq Qarabağda yerləşdirdiyi hərbi hissələrdə və birləşmələrdə itkilərin sayı açıqlanan rəsmi rəqəmlərdən dəfələrlə artıq olduğundan bu durum ermənilər arasında təlaş və qorxu yaratmaqla yanaşı, Yerevandakı iqtidara qəzəbi daha da artırıb.Ermənilər döyüşlərlə bağlı Yerevanın yaydığı məlumatları ələ salırlar.
Milli.Az Ermənistanın epress.am saytına istinadən sosial şəbəkələrdə ermənilərin statuslarının sadəcə, bəzilərinin tərcümələrini təqdim edir:
"Uşaqlar, döyüşlərlə bağlı bizə verilən məlumatlara inanmayın! Hamısı yalandır!"
"Fikir verdinizsə, dünənə qədər söydüyünüz, "debil" adlandırdığınız və yalanlardan bezdiyinizi dediyiniz Serj Sarkisyanın dediklərinə indi inanır, paylaşırsınız""Azərbaycan əsgərləri Dağlıq Qarabağda postlarımızı ələ keçirəndə rəsmi qurumlar bu barədə bir kəlmə də demədilər. Biz daha nəyi bilmirik?"
"Hərbçilər barədə videolar paylaşmayın! O videolarda hərbi hissələrin nömrələri, qoşunların hərəkətləri, komandirlərin ad və soyadları, hətta telefon nömrələri aşkarlanır. Belə axmaq olmayın!"
"Ermənistan müdafiə nazirinin mətbuat xidmətinin rəhbəri Harsrun Hovanisyanın dediklərinə inanırsınız? Bu degenerat yalan danışmağına nə zaman son qoyacaq?""Onlar bizə deyirlər: "Qarabağa get, həlak ol, sənə medal verəcəyik! Qorxma, öl, əvəzində Ermənistanda yenisi doğulacaq. Onu da 18 yaşı tamam olanda müharibəyə göndərəcəyik, öləcək. Öl, öl, əhsən sənə". Budur bizə dedikləri"
"Bu müharibədə udan Sarkisyan və onun dəstəsi, uduzan isə Ermənistandır, yəni bizik. Müharibədə məğlub oluruq, amma bizə "Əhsən sizə, qalib gəlirik!" deyirlər""Bu, mənim savaşım deyil! Bu, rüşvətxor, korrupsiyaya boğulmuş hakimiyyətin, Serj Sarkisyanın dövlət maşınının savaşıdır. Sarkisyanın dəstəsi siyasi qələbələr, iqtisadiyyatdakı bərbad vəziyyəti ört-basdır etmək üçün köpüklü vətənpərvərlik dalğası yaratmaq üçün savaşır. Sənlə mən isə sadəcə, günahsız insanların ölümünü alırıq. Adi insanlar bu savaşda qalib gəlmir. Bax, buna görə də baş verənlər mənim savaşım deyil".
"Fövqəladə vəziyyətlərdə Ermənistanın kütləvi informasiya vasitələri 1-ci Kanalın klonlarına, bütün siyasi partiyalar isə iqtidardakı Ermənistan Respublika Partiyasının eybəcər "əkiz"lərinə dönürlər. Artıq nifrət edirəm bu ölkəyə! Tərk edəcəyəm bu dövləti!""Bizə deyirlər, "Gedin, azərbaycanlıları öldürün!" Axı niyə, nə üçün, kimə və nəyə görə? Onlar haqsızdır, biz haqlı?! Yalandır! Bütün bunlar "Serjik"ə hakimiyyətdə qalmaq üçün gərəkdir. Bizə deyirlər, qan tökün, qatil olun, cəlladlıq edin, amma danışıqlar istəməyin, sülh arzulamayın. Getsəm, vuruşsam, azərbaycanlı əsgər məni öldürsə, ən uzağı, Facebook-da "Tanrı onun ruhuna xeyir-dua versin" yazacaqlar. Bu qədər - anam kasıblıqda yaşamağa davam edəcək, bir dəmir parçasını da "medal" adı ilə verəcəklər ona ki, sakitləşsin. Bizdən tələb olunur ki, vətənpərvərlik edək, Serj Sarkisyanı dəstəkləyək. Bizə silah verəcəklər, sonra da "Vur onu!" deyəcəklər. Çünki Yerevandakı hakimiyyətə qan gərəkdir. Biz də razılaşacağıq, erməni analar oğullarını savaşa, o ət maşınına göndərəcəklər""Ermənistan 2008-ci ilin martın 1-də Serj Sarkisyan kimi adamın prezidentliyinə razılaşmasının hesabını ödəyir. Mən burada, Yerevanda isti mənzildə oturmuşam, oğlunu müharibədə itirmiş Yeranik nənə isə Varazabun kəndində oturub və sabah sağ qalıb-qalmayacağını bilmir""Axı niyə anlamırıq ki, Azərbaycanın rayonlarını ələ keçirsək də, o torpaqları həmişə saxlaya bilməyəcəyik?! Rusiya bizi Azərbaycanın üstünə qısqırdır, diaspor qısqırdır, böyük dövlətlər qısqırdır, bizi köpək sayırlar. Biz isə köpək yox, insanıq".
"Serj Sarkisyan deyəndə ki, "18 hərbçi itirmişik, 35 yaralımız var, amma Qarabağda situasiyaya nəzarət edirik" - ona inananlar tapılır. Sanki indiyədək yalan danışan bu adam deyil, onun başçılıq etdiyi Ermənistan Respublika Partiyası da ölkədə insanları qətlə yetirmir, qarət etmir. Sizə nə oldu belə?!"
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
İşinizdən razısınızmı?
Azərbaycana yeni vəzifə həvalə edildi
Qərb 1919-cu ildə də uydurma soyqırımını araşdırmaqdan qaçıbmış
Tarkan xanımı üçün yollara düşdü
"Peyvəndi ya Acun, ya da Nusret tapacaq"
6 aylıq hamilə qadın: "Gündə 20 banan yeyirəm" - FOTO
Lauranın maraqlı makiyaj nümunələri
Qadın.netlilərin ləhcəsi (1)
Niyə məhz Qadın.Net?
Ayaq incəldən idmanlar
Günün qoroskopu: səbr edin
Sürücülərə xəbərdarlıq edildi
İnsanların çipləşməsinin qiyməti açıqlanıb - FOTO/VİDEO
Yeni doğulan körpəni görən MƏƏTTƏL QALDI-FOTO
Çində dünyanın ilk sürətli asma dəmir yolu körpüsü açılır
Cırıq qaloşlar muzeyə qoyuldu
İspan dili 20-ci dərs
Ronaldodan təsirli paylaşım -FOTO
Dəriyə qulluq üçün istifadə olunan təbii yağlar
Gəlinlik seçərkən...
Bakı Avro-2020 üçün 19 şəhərlə yarışacaq
Nazirlik: Azərbaycanda bir həftəlik istirahət 800 dollar təşkil edir
Milli Qəhrəmanımızla bağlı anım tədbiri keçirilib
HAVA necə olacaq?-22 İyul
Tərəvəzli gül boxçalar (foto resept)
Balqabaqlı oladi (foto-resept)
Microsoft-dan yeni smartfonlar
Lazer epilasiyasından əvvəl bilməli olduqlarınız
Sabahdan I sinifə qəbul başlayır
Şəkiyə güclü qar yağıb
Gülbən Ergən yenidən gəlin olacaq-FOTO
Bakıda yolun çökməsinin səbəbi bilindi
Notr-Damın damında bağ salına bilər
Ən “təhlükəli” qan qrupu açıqlanıb
Sizdən bir xahişim var!..
Əllərimizi soğan iyindən qoruyaq
Keçmişin fəlsəfəsi və ya tarix necə yazılır? (1)
Turşu suyunun faydaları
Məktəb bufetlərində bunların satışı qadağandır!-SİYAHI
Azərbaycana gələn turistlərin sayı açıqlandı
Məşhur aktrisadan gözlənilməz Açıqlama
Tolstoydan qızıl məsləhət: “Qadınlardan uzaq dur”
Dilqəm Əsgərov və Şahbaz Quliyevin saxlanıldığı Şuşa həbsxanasından görüntülər - VİDEO
Düşmən təcavüzü nəticəsində Azərbaycanın verdiyi itkilər açıqlandı - RƏSMİ
Dünyanın ən ağır çəkili uşağı 100 kq arıqladı-FOTO
Badamın inanılmaz faydaları
Psaki girovlar barədə danışdı
Tək övladların hərbi xidmət məsələsi Milli Məclisdə yenidən müzakirəyə çıxarıla bilər
Su zanbağının hazırlanması
Azərbaycanda vətəndaşlara evdən çıxmaq qadağan olundu - RƏSMİ