Gecə səmasında gördüyümüz ən parlaq ulduzların böyük əksəriyyətinin adı məhz ərəb mənşəlidir. Bu adların bir qismi hələ İslamdan əvvəl ərəblər tərəfindən həmin ulduzlara verilmişdi. Məlum olduğu kimi, ərəblərdə nücum elmi yüksək səviyyədə inkişaf etmişdi. Ucsuz-bucaqsız səhralarda və okeanın ənginliklərində azmamaq və istiqamətləri təyin etmək üçün ərəblər nücum (astronomiya) elmini bilməyə məcbur idilər. İslam dini tərəqqi etdikdən sonra müsəlman alimlər astronomiya sahəsindəki bilikləri daha da zənginləşdirdilər. Orta əsrlərdə uzun müddət boyunca astronomiya sahəsində müsəlmanlar söz sahibi olduqları üçün ən məşhur ulduz adlarının da ərəb mənşəli olması təəccüblü görünmür.Aşağıdakı məqalədə ərəb mənşəli ulduz adlarından bir neçəsini sizə təqdim edirik. Bu zaman astronomik məlumatları bacardıqca sadə və anlaşıqlı dildə verməyə, bununla yanaşı dəqiqliyi qorumağa çalışmışıq.Cənub yarımkürəsinin səmasına aid edilən Cənub Balığı bürcünün ən parlaq ulduzu (alfa ulduz) kataloqlarda Fomalqaut adlandırılır. Bu ulduz Şimal yarımkürəsində də müşahidə edilir. Əsasən şimal yarımkürəsinin cənub bölgələrində yaşayan xalqlar, o cümlədən ərəblər bu ulduzu müşahidə edir, hətta dənizçilər iqtiqaməti təyin etmək üçün ondan faydalanırdılar. Fomalqaut sözünün mənşəyi ərəb dilində "füm əl-hut" ifadəsidir ki, mənası "balığın ağzı" deməkdir. Bu ulduz Cənub Balığının sanki ağız hissəsində yerləşdiyi üçün ərəblər onu bu adı vermişdilər.Persey bürcünün iki ən parlaq ulduzu da ərəb adlarını daşıyır. Bürcün alfa ulduzunun (ən parlaq ulduzunun) adı "Mirfak"dır. Ərəb dilində "mirfəq" - dirsək deməkdir. Bürcün xəyali fiqurunun dirsək hissəsində yerləşdiyi üçün ulduza bu ad verilib. Persey bürcünün ikinci parlaq ulduzu (betta ulduz) Alqol adlanır. Ərəb dilində "ğul" - cin, div mənasını verir. Məsələ bundadır ki, Alqol astronomik anlamda "dəyişkən ulduzlar" sinfinə aiddir. Yəni bu ulduzun parlaqlığı kəskin dəyişir; o, gah işıqlı, gah da zəif görünür. Dəyişkən parlaqlığa malik olduğuna, bəzən aydın, bəzən də çətinliklə göründüyünə görə, ərəblər onu xəyali varlığa bənzədirdilər.Buğa bürcünün alfa ulduzu Aldebaran da ən parlaq ulduzlardan biri sayılır. Gecə onu səmada tapmaq çox çətinlik törətmir. "Aldebaran" adı ərəbcə "əl-dəbəran" sözündən götürülüb və mənası "ardıyca gələn, izləyən" deməkdir. Bu ulduz Buğa bürcünün sərhədləri daxilində yerləşən Pleyada ulduz topasının sanki ardıyca hərəkət edir. Yerdən baxan müşahidəçiyə elə gəlir ki, ulduz sanki Pleyadanı izləyir və ona uyğun şəkildə səmada öz yerini dəyişir.Şimal yaırımkürəsində yaşayanlar yay və payız aylarında gecə səmasında üç ən parlaq ulduzu asanlıqla müşahidə edirlər. Azərbaycan ərazisində də bu ulduzlar gözəl görünür. Üç ulduz sanki səmada üçbucaq əmələ gətirir. Ona görə də bu üç ulduza "yay-payız üçbucağı" deyirlər. Maraqlıdır ki, hər üç ulduzun adı ərəb mənşəlidir. Hər üç ulduz öz bürcündə ən parlaq (alfa) ulduz sayılır. Lira bürcünün alfa ulduzu olan Veqanın adı "aşağı enən qartal" mənasını bildirən "əl-nasr əl-vaqi" ifadəsinin sonundakı "vaqi" (enən) sözündən alınıb. Qədim xalqlarda Lira bürcü üzü aşağı şığıyan qartal şəklində təsəvvür edilirdi.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
İşinizdən razısınızmı?
Azərbaycana yeni vəzifə həvalə edildi
Qərb 1919-cu ildə də uydurma soyqırımını araşdırmaqdan qaçıbmış
Tarkan xanımı üçün yollara düşdü
"Peyvəndi ya Acun, ya da Nusret tapacaq"
6 aylıq hamilə qadın: "Gündə 20 banan yeyirəm" - FOTO
Lauranın maraqlı makiyaj nümunələri
Qadın.netlilərin ləhcəsi (1)
Niyə məhz Qadın.Net?
Ayaq incəldən idmanlar
Günün qoroskopu: səbr edin
Sürücülərə xəbərdarlıq edildi
İnsanların çipləşməsinin qiyməti açıqlanıb - FOTO/VİDEO
Yeni doğulan körpəni görən MƏƏTTƏL QALDI-FOTO
Çində dünyanın ilk sürətli asma dəmir yolu körpüsü açılır
Cırıq qaloşlar muzeyə qoyuldu
İspan dili 20-ci dərs
Ronaldodan təsirli paylaşım -FOTO
Dəriyə qulluq üçün istifadə olunan təbii yağlar
Gəlinlik seçərkən...
Bakı Avro-2020 üçün 19 şəhərlə yarışacaq
Nazirlik: Azərbaycanda bir həftəlik istirahət 800 dollar təşkil edir
Milli Qəhrəmanımızla bağlı anım tədbiri keçirilib
HAVA necə olacaq?-22 İyul
Tərəvəzli gül boxçalar (foto resept)
Balqabaqlı oladi (foto-resept)
Microsoft-dan yeni smartfonlar
Lazer epilasiyasından əvvəl bilməli olduqlarınız
Sabahdan I sinifə qəbul başlayır
Şəkiyə güclü qar yağıb
Gülbən Ergən yenidən gəlin olacaq-FOTO
Bakıda yolun çökməsinin səbəbi bilindi
Notr-Damın damında bağ salına bilər
Ən “təhlükəli” qan qrupu açıqlanıb
Sizdən bir xahişim var!..
Əllərimizi soğan iyindən qoruyaq
Keçmişin fəlsəfəsi və ya tarix necə yazılır? (1)
Turşu suyunun faydaları
Məktəb bufetlərində bunların satışı qadağandır!-SİYAHI
Azərbaycana gələn turistlərin sayı açıqlandı
Məşhur aktrisadan gözlənilməz Açıqlama
Tolstoydan qızıl məsləhət: “Qadınlardan uzaq dur”
Dilqəm Əsgərov və Şahbaz Quliyevin saxlanıldığı Şuşa həbsxanasından görüntülər - VİDEO
Düşmən təcavüzü nəticəsində Azərbaycanın verdiyi itkilər açıqlandı - RƏSMİ
Dünyanın ən ağır çəkili uşağı 100 kq arıqladı-FOTO
Badamın inanılmaz faydaları
Psaki girovlar barədə danışdı
Tək övladların hərbi xidmət məsələsi Milli Məclisdə yenidən müzakirəyə çıxarıla bilər
Su zanbağının hazırlanması
Azərbaycanda vətəndaşlara evdən çıxmaq qadağan olundu - RƏSMİ