Hesab olunur ki, qulyabani və vampirlər haqqında əfsanələr porfiriya xəstəliyi əsasında formalaşıb. Qədimdə bu xəstəliklərdən əziyyət çəkənləri təhlükəli olduqları üçün ya asır, ya da yandırırdılar. 1520-ci ildən başlayaraq yalnız Fransada qulyabani hesab olunan 30 min insan öldürülüb. Müasir alimlər hesab edir ki, qulyabani ovuna çıxanlar xeyli günahsız və xəstəliyi olmayan insanları öldürüblər. Belə ki, vampir olduqları üçün cəzalandırılan insanlar əslində porfiriya (yunan dilində "porphyros" tünd-qırmızı) adlanan nadir genetik xəstəlikdən əziyyət çəkirdilər. Bu xəstəliyin yayılmasına səbəb isə yaxın qohumların arasında nikahların bağlanması idi. Porfiriya xəstəliyi təxminən 1000 il bundan əvvəl daha çox Transilvaniyanın kiçik kəndlərində yayılmışdı.
Terapevt Orxan Babayevin sözlərinə görə, porfiriya dəri xəstəliyidir: "Bu xəstəliyin qurbanları gün işığına çıxdıqda dözülməz ağrıları başlayır. Onlar günəş şüalarından gizlənməyə məcburdurlar. Günəş şüaları altında olarkən tez bir zamanda dərinin müxtəlif nahiyələrində köpüklər, səpkilər əmələ gəlir. Dəri sanki "yanmağa" başlayır, ağrı hiss olunur".
Statistikaya görə, bu nadir genetik patologiyadan hər 200 nəfərdən biri əziyyət çəkir. Bu xəstəlik irsi keçir. Valideynlərdən biri xəstədirsə, 25 faiz hallarda bu gen uşağa da keçəcək. Genetik xüsusiyyətlərdən başqa insanın həyat tərzi də vacib rol oynayır. Belə ki, xəstəliyin daşıyıcısı olan genə sahib insanların 85 faizi onlarda bu xəstəliyin olduğundan xəbərsiz yaşayırlar. Dəridə olan səpkilərisə belə adamlar adi allergiya kimi qəbul edirlər.
Həkimin dediyinə görə, elə hallar var ki, onlar xəstəliyi qıcıqlandıra bilər: "Belə ki, stress, bəzi dərman vasitələrinin qəbulu, ağır pəhrizlər, zərərli, kimyəvi maddələrlə işləmək, qadınlarda aybaşı və hamiləliklə əlaqədar hormonal vəziyyətinin dəyişməsi, infeksiyalı xəstəliklər (xüsusilə də hepatit C), spirtli içkilərin qəbulu bu xəstəliyin inkişafına səbəb ola bilər. Bu xəstəlikdən əziyyət çəkənlər xəstəxanaya adətən qarınlarında kəskin tutma şəklində ağrılardan şikayətlə daxil olurlar.
Onlarda ürəkbulanma, qusma və qəbzlik də müşahidə olunur".
Çox vaxt bu xəstəliyə düzgün diaqnoz qoyulmadığını deyən həmsöhbətimizə görə, səhv diaqnozun qoyulması və müalicəsi nəticəsində porfiriya xəstəliyinə tutulanların 60 faizinin həyatı faciəli şəkildə bitir.
Qeyd edək ki, porfiriya xəstəliyinin kəskin formasında dodaq və damaq ətrafındakı dəri quruyur. Dodaqlar damağa qədər yığılır və dişlər görünür. Dişlərin üstündə porfirin maddəsi yığılır və dişlər qırmızımtıl rəng alır. Bədənin və üzün dərisi nazilir, günəş şüalarının təsiri nəticəsində partlayır, dəridə yaralar və çapıqlar yaranır. Xəstəlik qığırdaq, qulaq və burnu zədələyir. Barmaqlar halqa şəklində əyilir. Gün işığı bu xəstələrə əzab verir. Belə ki, məhz gün şüalarının nəticəsində hemoqlabin parçalanır və porfirinlər artır. Bu səbəbdən də porfiriyadan əziyyət çəkənlər alatornalıq və gecə vaxtlarda küçəyə çıxa bilirlər: "Xəstəlik müalicə olunmasa, ağırlaşdıqca, xəstənin psixikasında dəyişikliklər başlayır. Bu insanlar psixi pozuntulardan, aqressiv və qeyri-adekvat davranışdan da əziyyət çəkir".
Terapevtin dediyinə görə, bu nadir xəstəlik zamanı hemoqlobin düzgün sintez olunmur. Nəticədə orqanizmdə toksik maddələr - porfirinlər yığılır: "Porfirinlərin hədsiz çoxluğu bütün orqanizmə toksik təsir edir. Patoloji vəziyyətlərdə eritrositlərdə porfirinlərin miqdarı 10-15 dəfər çoxalır. Qaraciyərin funksiyasının pozulması nəticəsində porfirinin öd ifrazına çevrilməsi və zərərsizləşdirilməsi azalır. Bu porfirinlərin artmasına gətirib çıxarır. Gün şüalarının təsiri altında porfirinlər daha da artır. Bu səbəbdən də bu xəstəlikdən əziyyət çəkənlərdə gün şüalarına qarşı həssaslıq müşahidə olunur".
Mənbə: Ekspress.Az
XƏBƏR LENTİ
Şəfalı masaj necə olmalıdır?
Burak Özçivit və Fahriye Evcendən yeni qərar_FOTO
Sualtı aləmə səyahət-2
24 karatlıq tualet kağızı
Uşaqlara ingilis dilini robotlar tədris edəcək
Hülya Avşar efirlərə qayıdır?
Çexiyada üç yerə bölünən UNO lentə aldılar – VİDEO
Azərbaycan incisi payızın rənglərinə büründü
Mehmet Ali Erbilin gənc sevgilisi danışdı-FOTO
Masallıda "Cənnət ağacı"
Günün qoroskopu: Ətrafınıza nəzər salın!
HAVA necə olacaq?- 5 MART
Ata olmağın məsuliyyəti
Səkinə İsmayılova “Şöhrət” ordeni ilə təltif edildi
Kosmosdan çəkilmiş ilk şəkil yayıldı
Rihanna yeni brendini təqdim edib - FOTO
Sınaq imtahanında 2 nəfər 700 bal topladı
Bakının məşhur məktəbi niyə sökülür?
Messiyə nə olub?
Məşhur aktrisa hər kəsin rəğbətini qazandı-FOTO
Bakıda 15 nəfərə məzar olan binanın yanmasından bir il ötür
Məşhur aparıcının arxiv FOTOsu tapıldı
"Ağıllı" pəncərələr də yaradıldı
HAVA necə olacaq? 15-yanvar
Ağ şokoladlı biskuvit (foto-resept)
Araz çayı dondu
Arvadını ayının əlindən aldı
Yay makiyajı necə olmalıdır?
"Taxt oyunları"nın finalından danışan 30 milyon cərimələnəcək
Türkiyədə qış vaxtına keçid təxirə salındı
Yuxusuzluq üçün şəfalı daşlar
Dəbli paltolar
Ankara Papaya nota verdi
Göbələkli salat (Foto-resept)
"Pələng balası" salatı (foto resept)
Prezident Təhsil Nazirliyinin səlahiyyətlərini artırdı - FƏRMAN
2014-cü ildə Azərbaycan dövlət büdcəsinin xərcləri 25 milyard manatı ötəcək
Azərbaycanda hava kəskin soyuyur
Ancelina Coli Oğurluqda Günahlandırılır
Bu gün Səyavuş Aslanın doğum günüdür
Həqiqət acı olsa da...
Ajda Pekkan davranışı ilə təəccübləndirdi-FOTO
5 ən qorxulu reklam çarxı...
Bütün şəhər kəpənəklərlə doludur-SƏBƏB
BÜRCLƏR bizə nə vəd edir?-26 Yanvar
Onların dərsi 30 dəqiqə olacaq
Qadına şiddət olmaz!
Hava haqqında
Yenilənmiş Dodge Charger - FOTO
Bakıda ilk müsəlman qız məktəbi belə yaranmışdı...
- ŞƏRHLƏR