Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında sərəncam imzalayıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, sərəncam gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədi daşıyır.
Sərəncamla Nazirlər Kabinetinə 2020-ci ilin Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi tapşırılıb.
Sərəncamda bildirilir ki, Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır.
Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.
Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılmış, normativ hüquqi baza təkmilləşdirilmiş, dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilmiş, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etmiş, gənclərimizin həyat tərzinə çevrilmişdir. ASAN, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” Tələbə könüllülüləri və digər könüllü hərəkatları yaranmış, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşmışdır.
Könüllülərimiz öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs vermiş, ölkəmizdə Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, “Formula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynamışlar.
Bu il 5 dekabr Beynəlxalq Könüllü Günü ərəfəsində Azərbaycanda ilk dəfə keçirilmiş və bütün könüllüləri əhatə etmiş Könüllülük Həftəsi ölkəmizdə könüllülüyün yeni mərhələyə qədəm qoyduğunu və böyük potensiala malik olduğunu nümayiş etdirmişdir
XƏBƏR LENTİ
Bengünün HAMİLƏLİK xəbəri yayıldı
Kianu Rivz ilk dəfə ETİRAF ETDİ-FOTO
Maskalardan bu zaman imtina edəcəyik
Təkər, Lada adını qoymaq istədilər-FOTO
Üzdəki sızanaqlar nədən xəbər verir
Azərbaycanda güclü şaxtalar - RƏSMİ
Rahat yuxu üçün yataq dəstləri
Belə getsə, Azərbaycanda bir neçə ilə evlənməyə qız tapılmayacaq
Qəhvəli buz kubları (foto-resept)
Azərbaycanda 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına nə vaxt icazə veriləcək? - RƏSMİ
38 yaşlı modeldən çimərlik FOTOsu
HAVA necə olacaq?-11 yanvar
Övladınızın istedadlı olmasını istəyirsinizsə...
Siqaret tərgitmək üçün.
Dekorasiyada qış rəngləri
5 yaşına kimi uşaqlarda qidalanma necə olmalıdır?
Səhər saatlarından düşmən rayonlarımızı artilleriya atəşinə tutub - RƏSMİ
Bu günün hava proqnozu-01.11.2013
Polyaklar dilimizi öyrənəcəklər
Günün qoroskopu: Bədxərclik etməyin!
Minsk sammitində razılıq əldə olunub
Hava xəbərdarlığı- qar, yağış qayıdır
Sağlam ayaqlar üçün baxım
I Vitse-prezident Mehriban Əliyeva konfransda çıxış etdi
Gürcüstanın yeni prezidenti Azərbaycana ilk rəsmi səfərinə gəlir
Buyurun, söz sizindir - "Bizim Tarla" Yaşıl noxud məhsulu
Kseniya Sobçak boşandı-SƏBƏB
Məşhurlara bənzəyən sadə insanlar (FOTO)
Suqovuşan kəndindən VİDEOREPORTAJ
Qonaq otağı üçün masa dekorasiyası
Mehriban Əliyeva: “Bu, ədalətin təntənəsidir”
Qəbul imtahanlarının vaxtı açıqlandı
Meg Ryan yenə uğursuz əməliyyat etdirdi-FOTO
Qoca qadın dəfnində "dirildi", ağladı - FOTO
AFFA tərəddüd etdi, Moldovanın yolu açıldı
Philips-dən yaşlılar üçün telefon
Barışdıqdan sonra İLK Dəfə əl-ələ-FOTO
Gel boyalarda xərçəng təhlükəsi aşkarlanıb
İki yaşlı uşaq maska taxmadığı üçün ailə təyyarədən qovuldu - VİDEO
Taksilərdə qiymət artımı olacaqmı? - VİDEO
Daxili İşlər Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ
Yeni il üçün hazırlanan salatlar (2) (foto resept)
Bizdə hansı vitaminlər çatışmır?
Gəlinlik modelləri
O ölməlidir ki, biz yaşayaq - 10 min ağcaqanad və Bekhem
Gecə geyimləri-2
Övladımız üçün uşaq bağçası seçərkən nələri bilməliyik?
Nazirlikdən hava ilə bağlı açıqlama
Bu işçilərin maaşı artırıla bilər
Mars torpağı Yerdə analiz ediləcək