Sünnət oğlan uşaqlarında cinsiyyət orqanının başını örtən dərinin müəyyən bir formada və ölçüdə kəsilməsidir. Bizim cəmiyyətimizdə, ümumiyyətlə, dini səbəblərlə və bəzən də tibbi səbəblərlə tətbiq edilir. Müalicə məqsədi ilə olmadığı halda bütün cərrahi əməliyyatlar arasında ən çox sünnət ilk sıranı tutur. Sünnətin bir tibbi müdaxilə olduğu unudulmamalı və uyğun şərtlərdə edilməsi təmin olunmalıdır.
Əvvəllər yalnız dini öhdəlik olaraq edilən sünnətin bir çox tibbi faydaları bizə məlumdur.
* Sünnətli oğlan uşaqlarında sidik yolu infeksiyaları daha az olur;
* Kişi cinsiyyət xərçəngi sünnət olmayan kişilərdə daha çox müşahidə edilir;
* Yoluxucu xəstəliklərə sünnət olmayan kişilərdə daha çox rast gəlinir;
* Sünnət olmayan uşaqlarda Balanitis (cinsiyyət başı iltihabı) başlayır;
* Balano postitis (cinsiyyət başı və dərisinin iltihabı) xəstəliyi meydana gəlir;
* Fimozis (sünnət dərisinin cinsiyyət başına yapışıq) olması sünnəti tibbi zərurət halına gətirmişdir.
Bəs sünnət hansı yaşda edilməlidir? Hisar Intercontinental Hospitalının həkimi Saleh Somuncu sünnət üçün ən uyğun dövrlərinin 6-15 ay, 2-4 yaş və 7-10 yaş arası olduğunu bildirib.
Saleh Somuncu "Sünnət cərrahi bir müdaxilə olsa da uşağın inkişafında əhəmiyyətlidir. Xüsusilə müəyyən yaş qrupları arasında edilməsi uşağın zehni inkişafı üçün əhəmiyyətlidir. 4-6 yaş dövründə oğlan uşaqlarının ruhi-cinsi inkişafı baxımından kritik bir dövrdür. Uşağın xəsarət almadan ruhi-cinsi inkişafını tamamlaya bilməsi üçün tibbi cəhətdən zərurət olmadıqca 4-6 yaş arasında sünnət edilməməsi məsləhətdir" deyib. Bu dövrdə sünnəti atası tərəfindən cəzalandırılma və sanki kişilik orqanının kəsilməsi kimi qəbul edə bilər.
Ailələr üçün sünnət bir qürur qaynağıdır. Sünnət həm də cəmiyyətimizdə uşaqların kişiliyə ilk addımı atdıqları gün kimi qəbul edilir.
Sünnət evdə deyil, xəstəxanada edilməlidir!
Sünnət ciddi bir cərrahi əməliyyat olmadığı üçün hər hansı bir keyləşdiricidən və yaxud narkozdan istifadə edilmədiyini deyən Somuncu "Keyləşdirici altında sünnət edilən uşağın ağrı hiss etməsi mümkün deyildir. Üstəlik, bunlardan istifadə edilməzsə, uşaq narahatlıq və qorxu yaşaya bilər. Bundan əlavə, uşağın narahatlığı və reaksiyalarından təsirlənən cərrah işinu tələsik görməyə cəhd göstərir və bu da səhv riskini artırır. Bu məsələdə həkimlərin də səhvi var. Buna görə də əvvəlcə həkim seçiminə ciddi yanaşılmalıdır. Sünnət digər əməliyyatlarından daha asan bir əməliyyat deyil. Səhv edildikdə səbəb ola biləcəyi mənfiliklər uşağın bütün həyatına təsir edə bilər. Bütün valideynlərin arzusu övladının sağlam olmasıdır. Valideynlər diqqətli olmalıdır, adi bir səhv övladını bədbəxt edə bilər" deyə bildirib.
Saleh Somuncu sünnətin tibbi faydalarını belə sıralayıb:
*Cinsiyyət orqanının ucunun təmizliyinin təmin edilməsi;
* Təkrarlanan iltihabların qarşısının alınması;
* Uşaq təzə anadan olmuşsa, sidik yolu iltihabının daha az baş verməsi;
* Cinsi yolla keçən xəstəliklərin azalması;
* Sünnətli kişilərin cinsi təmasda olduqları qadınlarda uşaqlıq ağzı (serviks) xərçəngi riskinin azalması;
* Cinsiyyət orqanı başı xərçəngi riskinin azalması.
XƏBƏR LENTİ
Rus dili - РљРє
Ədviyyatlı sarımsaq soslu badımcan(foto resept)
Neft ucuzlaşıb
Həftənin ilk iş günü hava necə olacaq?
Bakıda “Sülh ağacı”
Dünyanın ən qapalı ölkəsi
Kivi mürəbbəsi (foto resept)
İmmunitet sistemini gücləndirmək üçün 3 qayda
Tarkanın maşını TƏƏCCÜBLƏNDİRDİ-FOTO
2014-cü il Louis Vuitton çantaları
Hava haqqında
Ağıllı və güclü kişilər niyə tənha olur?
Saçlara parlaqlıq qatacaq tövsiyələr
Qreypfrut yağının 14 möcüzəvi faydası!
Pelin Akıl “Eşkiya dünyaya hükümdar olmaz” serialında
Xoşbəxt qadın olmaq üçün 16 qadağa
Təhsil işçilərinin sosial vəziyyətlərinin yaxşılaşdırılmasının YENİ YOLU
Ağıllı insanların ortaq xüsusiyyətləri
“Hababam Sınıfı”nın Mahmud hocası öldü (FOTO)
Günün ulduz falı
Körpələrdə göbək yırtığı
8 yaşlı YouTuber 22 milyon qazandı
Yaşam indeksi ən yüksək olan şəhərlər – SİYAHI
Əqiq və ya firuzə daşlı üzük taxmağın savabı varmı?
Ermənilər üçün faciəvi proqnoz
ABŞ Marsda 10 minlik şəhər tikəcək
Qadınların kişilərdə sevmədiyi 5 xüsusiyyət
Uşaqlarınıza dərs deyən SAXTA müəllimlər
Azərbaycanda istirahət günü hava necə olacaq?
Ailəmizin məzəli əhvalatları
Piroq
Bu ilin dəbi - narıncı
Riyaziyyat bəyi şoka saldı
Bu gün "Qarabağ" çempion olacaq?
HAVA necə olacaq?
Meyvə çayları dişlərə zərərlidir
Bakı bulvarı tamamilə internetləşdiriləcək
HAVA necə olacaq?
Həyat yoldaşınıza papaq toxuyun
Yeni ildə Tbilisiyə getmək istəyənlərə şad xəbər
Pandemiya dövründə öskürək terror kimi qiymətləndirilə bilər
LC Waikiki
Vahid Bayramov: "Milli Gimnastika Arenası bu idman növünün inkişafı üçün atılan çox vacib addımdır"
İrina Şeykdən yeni FOTO
Yeni il tortları
Dünyanın sonudur - yeni tarix açıqlandı
Qənirə Paşayevadan peşə əmək qabiliyyətini itirən vətəndaşlarla bağlı TƏKLİF
İşğaldan azad edilən Qubadlının peyk görüntüsü
Şokolad souslu rulet (foto-resept)
Azərbaycanda ən çox qar yağan yer açıqlandı
- ŞƏRHLƏR