Hər birimizin zaman-zaman yaşadığı hallardan biridir, gün ərzində halsızlıq, işə həvəssiz yanaşma və ümumi yorğunluq. Həmişə olduğu kimi sevdiyimiz işimizə gəlmişik, lakin halsızlıq və pis əhval-ruhiyyə bizə işləməyə mane olur. Güclü yuxu hissi bizi tərk etmir. Bəs bununla necə mübarizə aparaq?
Əvvəlcədən qeyd edək ki, əgər bütün gecəni rəqs etmisinizsə, yolda olmusunuz, imtahanlara hazırlaşmısınız, o qədər maraqlı kitab olub ki, onu bitirmədən yatmamısınız, və ya elə aşiq olmusunuz ki, istəsəniz belə bütün gecəni yata bilməmisinizsə bu təbiidir. Gecənin yuxusunu gündüz yatmalı olacaqsınız.
Yox əgər gecəni bir körpə uşaq kimi yatmağınıza baxmayaraq gündüz də yuxu sizi tərk etmirsə və bu 4 həftədən uzun müddət olarsa deməli siz artıq həkimə müraciət etməlisiniz. Bu artıq sizdə xroniki xəstəliyə çevrilə bilər. Və sizin həyatınıza mənfi təsir edəcək qədər təhlükəli ola bilər.
Səbəb:
1. Mütamadi olaraq yuxu gətirici həblərdən istifadə etmək.
2. Havalandırılmayan otaq
3. Yatdığınız otağın temperaturunun vəziyyəti
4. Çarpayınızın narahatlığı
5. Gecə bir neçə dəfə yuxudan oyanmaq
6. Xoruldayırsınızsa bu sizin tez-tez oyanmanıza səbəb olar.
Şəhərlərdə yaşayan insanların 50% -i bu xəstəlikdən əziyyət çəkir. Çünki çirklənmiş hava, hərəkətsiz həyat tərzi, daha çox süni qidalardan (fas-food kimi) istifadə bütün bunlara səbəb olur.
Əlamətləri:
1. Səhər saatlarında yüksək arterial təzyiq
2. Tez yorulma
3. Baş ağrısı
4. Cinsi istəyin azalması
5. Maddələr mübadiləsinin pozulması və bir qayda olaraq, bədən çəkisinin artması.
Qadınları isə hər zaman artıq çəki problemi narahat edir. Artıq çəki də yuxusuzluğa səbəb olur.
Çox zaman yuxusuzluğa son qoymaq üçün müxtəlif içkilərdən istifadə edirik. Əsasən də qəhvədən daha çox istifadə edirik, lakin əgər bu təbi üyüdülmüş qəhvədirsə bizə bir müddət yardım edəcək. Lakin bir müddət sonra ondan asılı vəziyyətə düşdüyümüzü anlamış olarıq. Başqa rəngli içkilər də yuxusuzluğa səbəb olan amillərdəndir. Bütün sağlam düşüncəli insanlar bütün bu üsullardan ümumiyyətlə imtina etməyə çağırır. Çünki bütün bunlar yalnız illüziya, sağlamlığa zərərili vərdişlərdir.
Bu zaman nə etməli?
Əgər siz iş zamanı dəhşətli yuxuya təslim olmaq istəmirsinizsə o zaman qədim çin təbabəti üsulları sizin köməyiniz olacaq. Nahar fasiləsi zamanı qulaqları, burnu və ayaq pəncələri massaj edin. Bu zaman qan dövranı tənzimlənəcək və özünüzü daha yaxşı hiss etməyinizə səbəb olacaq. Təbii üyüdülmüş və dəmlənmiş qəhvə sizə yalnız 1 saat kömək edə bilər. Lakin siz bunun əvəzinə yeni dəmlənmiş çay içsəniz daha yaxşı olar. Ancaq qəti paket çay olmamalıdır.
Ən yaxşı üsullardan bir də işlədiyiniz məkanı bir neçə dəqiqəlik tərk etməkdir. Siz yaxındakı maqazinə mineral su almaq üçün gedə bilərsiniz. Məkan dəyişikliyi və təmiz hava oyanmağınıza yardım edəcək. Xüsusilə yaz fəslində insanlar yuxusuzluqdan əziyyət çəkirlər. Bu zaman iş yerində də bir neçə dəqiqəlik musiqi sədaları altında idmanla məşğul ola bilərsiniz. Bir plitka qara şokolad da yaxşı təsir edəcək.
İşdə yatmamaq üçün nə etməli?
1. Gecə yatmazdan əvvəl kofe və şokolad yeməmək.
2. Yatmazdan əvvəl yemək yeməyin. Lakin ac da yatmayın.
3. Çalışın hər zaman eyni vaxta yatın və oyanın.
4. Yatdığınız otağı hər gün havalandırın, otağın temperaturu nə isti nə soyuq olmalıdır.
5. Bacardığınız qədər problemlərinizi düşünməməyə çalışın. Belə bir atalar sözü var" Gündüzün şəri gecənin xeyrindən yaxşıdır"
XƏBƏR LENTİ
Azərbaycan klubunun Avropada möhtəşəm uğuru
Məşhur aktyorlar çəkiliş meydançasında öldülər-FOTO
İncikliyim- bədbəxtliyim...
Toxuma işlərim
Məşhur aktyor yeni serialla efirlərə qayıdır
Əməkdar artist xəstəxanaya yerləşdirildi
Arnold Şvartsenegger koronavirusdan belə qorunur – VİDEO
BÜRCLƏR bizə nə vəd edir?- 3 fevral
Avropada terror riskinə görə ölkələrin REYTİNQİ - SİYAHI
Günün ulduz falı
Qurban bayramında neçə gün iş olmayacaq?
Fantastik şəkillər əvvəl və sonra
Bakı Metropolitenindən sərnişinlərin təhlükəsizliyi ilə bağlı açıqlama
Bakıda atəşfəşanlıq olacaq
Qeyri-adi yataq dəstləri
İnsanı yavaş-yavaş məhv edən stress
Permanent makiyaj - Mövcud risklər
Kuklaya bənzəmək üçün 1 gündə 6 əməliyyat keçirdi -FOTO
Məşhur aktyor hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Bakıda böyük bir ərazinin taleyi dəmir lövhələrlə qaranlıq edilib - FOTO
Ərdoğan: "Xocalı soyqırımı 20-ci əsrin ən böyük faciəsidir"
Facebook yeni layihə hazırlayır
İradə İbrahimova stili
Mastopatiya
Arıqladan dadlı detoks
Qırmızı kələm salatı (foto resept)
Pentaqon UNO-nun görüntülərini paylaşdı - TARİXDƏ İLK
Düzgün qidalanaq
Atanın qızı istəmədiyi oğlana verməyə ixtiyarı varmı?
Qış xəstəliklərindən necə qorunmalı?
Qadın zəif deyil, zərif olur
Məşhur futbolçu qonşuları tərəfindən ağır təhqir edildi – VİDEO
HAVA necə olacaq?- 17 MART
Bu da yeni Nissan Juke
"Instagram"da Yeni TƏLƏB
Acun rəsmi olaraq boşandı!-Son xəbər
Ən çox yağ yandıran idman növləri
Dağlardakı ayaq izləri naxışlara çevrilir
Kıvanç Tatlıtuğ yeni biznesə başladı
Selma Hayekdən 100 milyonluq yardım
Ömrün uzunluğunu əvvəldən görmək olacaq
Qırışlar əleyhinə kremi özünüz hazırlayın
Emin ad günü etdi-FOTO
TQDK nəticələri açıqladı
Günün ulduz falı
Əsəbləri sakitləşdirən üsullar
Dilqəmdən daha bir mərdlik
Günün qoroskopu: yaxşıca düşünüb-daşının
Dəbli iş qadınları üçün kombinlər
Noxudlu bisküvit (foto resept)
- ŞƏRHLƏR