Boyun ağrılarının ən əhəmiyyətli səbəbi onurğanın boyun hissəsindəki kirəcləşmə və boyun yırtıqlarıdır. Fəqərələr arasındakı disklər sinirlərə təzyiq edərək ağrıya yol aça bilər. Ağrını azaltmaq üçün əzələlərdəki spazm dediyimiz sıxılmanı aradan qaldırmaq lazımdır. Bu sıxılmanı azaltmaq üçün boyun əzələlərində bəzi hərəkətlər edilir. Bu boyun hərəkətləri bəzən təhlükəli ola bilər. Boyun tomoqrafiyası çəkilməli, əgər yırtıq və əməliyyata göstəriş varsa, əməliyyat olunmalıdır. Kirəcləşmə və ya əzələ sıxılmasında isə fizioterapiya müalicəsindən faydalanmaq olar.
Stressli bir mühitdə başınızı qaldırmadan gərgin bir şəkildə işləyirsiniz. Bu gərginlikdə gündüz fasilələrini çox gözləyirsiniz. Halbuki, yemək fasiləsi zamanı da boynunuzda, qollarınızda, hətta qıçlarınızda dözülməz ağrılar yaşayırsınız. Oturaraq çalışdığınız, passiv həyat tərzi keçirdiyiniz üçün hər kəsdə belə ağrıların olduğunu düşünürsünüz. Əsla belə düşüncələrlə özünüzü aldatmayın. Çünki orqanik bir səbəb olmadan belə ağrı hiss etməyiniz və bunun uzun müddət davam etməsi mümkün deyil.
Boyun ağrılarından necə qurtulmaq olar?
Boyun yırtıqlarında ən çox rast gəlinən şikayətlər arasında qolda keyləşmə ilə yanaşı ağrılar da vardır. Bu şikayətlər diskin hansı bölgəyə təzyiq etməsindən asılıdır və ümumiyyətlə tək tərəflidir. Ağrı boynun geriyə bükülməsi və ya rotasiya (fırlanma) hərəkətləriylə artar. Təzyiq altında olan sinirin inervasiya etdiyi əzələ qruplarında gücsüzlük görünə bilər. Onurğaya olunan təzyiqdən asılı olaraq qollarda gücsüzlük tam iflic vəziyyətinə qədər gedə bilər.
Bu cədvəldə ən çox risk daşıyan qrup isə 30-40 yaş arasındakı insanlardır. Boyun ağrılarının birdən başlayaraq gecələr artır. Erkən diaqnoz çox əhəmiyyətlidir və diaqnozu qoymaq üçün bir sıra üsullardan istifadə edilir:
1 - Traksiya testi: Müayinə zamanı xəstənin arxasına keçilərək dirsəklər xəstənin çiyininə qoyulur və hər iki əllə xəstənin başı yuxarı doğru qaldırılıb bir müddət tutulsa ağrılarda azalma olar.
2 - Lhermite testi: Başın önə əyilməsi vəziyyətində boyundan aşağıya bir elektrik cərəyanı keçirmiş kimi hiss edilər.
3 - Spurling testi: Təpədən basılanda ağrının artmasıdır.
4 - Çiyin Abduksiya üsulu: Xəstənin ağrıyan qolunun başının üzərinə qoyulan zaman ağrı azalar.
Müalicənin yüzdə 95-ini dərmanlarla reallaşdırmaq mümkündür. Tətbiq edilən müalicəni sıralasaq: antibiotiklər, ağrı kəsicilər, dartma və masaj.
Boyun bölgəsindəki fəqərələrə servikal fəqərələr deyilir. Bunlar yeddi ədəd olub, boynumuzun hər tərəfə asanlıqla hərəkət etməsini təmin edir. Boyun fəqərəli arasından çıxan sinirlər qollarımıza doğru yayılır. Yenə onurğalar arasında disk dediyimiz qığırdağa bənzər bir maddə də onurğaların bir-birinə sürtünmədən, hərəkətlərini asanlaşdıran, sinirlərin sıxılmasınının qarşısını alan toxuma parçası vardır. Bunun olduğu yerdən çıxaraq sinirlərə təzyiq etməsi halında boyun yırtığı meydana gəlir.
Boyun yırtığı zamanı boyun bölgəsində ağrı olub, çiyinə, kürəyə və qola yayıla bilər. Təzyiq altında qalan sinirə görə əlamətlər dəyişir. C3- C4 və C5- C6 bölgələrində yırtıq əmələ gələ bilər. Steroid iynələrlə sıxılan sinirdəki şişlik azalır. Bu da ağrıların qismən azalmasına gətirib çıxarır. Təzyiq altında qalan sinir, dərmanın təsiri keçəndə yenidən şişəcək və ağrılar təkrar başlayacaq. Ən yaxşı həll yolu əməliyyat ilə yırtığın düzəldilməsidir.
Ağrıları azaltmaq üçün həyatımızı rahatlaşdıraq
İndiki vaxtda insan - maşın ətraf əlaqələri araşdırılanda, mövcud şəraitdə lazımlı tənzimləmələr edilərək insanların sağlam və məhsuldar şəkildə işlərini təmin etməsi əhəmiyyət qazanmışdır. İş mühitində edilən sadə nizamlamalar insanın rahatlığını və məhsuldarlığını böyük ölçüdə artıra bilər.
Bəzi hallarda iş rahatlığını artıran köməkçi işçilərdən faydalanmaq lazımdır (kreslo və masa dizaynları, kresloda kürək və qol dəstəkləri, ayaq dəstəkləri və s.)
Həm də iş mühitində edilən sadə məşqləri təcrübədən keçirə bilərsiniz:
Daimi fərqli vəziyyətlərə keçin və eyni mövqedə uzun müddət qalmayın;
Telefon və ya bənzəri iş vasitələrini götürmək üçün əlinizi uzadarkən məcburedici hərəkətlərdən çəkinin.
Dirsək, qol və biləklərin sərt səthlərə söykənməsindən çəkinin;
Gün içində qısa fasilələr verin, əzələ və oynaqlara istirahət və yenilənmə fürsəti verin;
Eyni əzələlərin həddindən artıq istifadəsinə mane olmaq üçün fərqli əzələ qruplarını işlədin;
Gün boyu müəyyən aralıqlarla ayağa qalxın. Kreslonun yerini dəyişdirmək, oynaqların duruşunu dəyişdirməyi təmin edər. Heç bir mövqenin uzun müddət ideal qala bilməyəcəyi unudulmamalıdır.
Hər yarım saatda 30-60 saniyəlik gərilmə məşqləri, qan dövranını nizamlayar, müəyyən bir mövqedə uzun müddət oturmaqdan əmələ gələn narahatlığı azaldır, məhsuldarlığı artırır və səhv etməyi önləyir.
Boyun ağrısına masaj yaxşı təsir edir
Boyun ağrısı zamanı onurğaya əllə edilən masajın, fiziki müalicədən daha təsirli olduğu təyin olundu. Hollandiyalı elm adamları tərəfindən 183 xəstə üzərində hazırlanan araşdırmada, 18-70 yaşlar arasındakı xəstələrin 60 nəfərinə əllə masaj, 59 nəfərinə məşq ağırlıqlı fiziki müali, 64 nəfərinə də dərman müalicəsinə başlandı. Narahatlıqlarıyla əlaqədar olaraq məlumatlandırılan və özlərinə tövsiyələr edilən xəstələrin 26 həftə davam edən müalicəsindən sonra, masaj edilən xəstələrin digərlərinə nisbətən daha tez yaxşılaşdığı və narahatlığın əhəmiyyətli ölçüdə keçdiyi müşahidə edildi.
Boyun ağrısı və mezoterapiya
Mezoterapiyanın ən çox tətbiq edilən ölkəsi Fransadır. Çox incə bir iynə ilə içində kortizon olmayan təxminən 30 növ dərman xəstəliyə görə ağrılı və ya müalicə edilməsi lazım olan bölgənin dərisinin içinə yeridilir.
Mezoterapiyanın istifadə edildiyi xəstəliklər çoxdur. Bunlar əməliyyat tələb edən, yumşaq toxuma xəstəlikləri oynaq kirəcləşmələrində (artrozlar), bəzi dəri və damar xəstəlikləri, iltihabı xarakterdə olmayan bəzi dəri xəstəlikləri, selülit və qırışlar və s. Dərman yalnız xəstəlik olan bölgəyə verildiyindən, mədə və qaraciyərə mənfi təsirləri olmur, ağrıkəsici təsiri də ağızdan alınan bir dərmana və ya edilən bir iynəyə nisbətən o bölgə üçün daha çox olur.
Sellülit və qırışların müalicəsində də xeyli müvəffəqiyyətli olan bu müalicə üsulunda istifadə edilən dərmanlar hər kəs tərəfindən qəbul edilən dərmanlardır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dünya çempionatda bu topla oynayacaqlar
Ünvanlı sosial yardım üçün sənədlər sadələşdirildi
10 addımda yenilən
Elmira Ələkbərzadə yeni imicdə-VİDEO
Dəhşətli yanğından qurtulan uşaq anasına qovuşdu
Üzüm
Azərbaycanın sürüşmə və subasma təhlükəsi olan əraziləri AÇIQLANDI
İş axtaranlara şad xəbər
Bu nənəni 2 milyon nəfər izləyir - FOTO
NASA xəbərdarlıq etdi-FOTO
İranda zəlzələ oldu
Bakıya gələn nəhəng ördək cırıldı
Amerikalı alimdən valideynlərə SOS
İngiltərədə dinozavrın skeleti 650 min dollara satıldı
Bibərli çörək (foto resept)
Azərbaycana yay gəlir
Bu dərmanı almayın!
Sevgili tapmağın 30 üsulu
Burak Özçivit Yeni İmicdə-FOTO
2019-cu il hansı bürclərə düşərli olacaq?
Ozan Güven və Cem Yılmaz dostluğu bitdi-SƏBƏB/FOTO
Həyat etirafım
Əhali gəlirinin 70 faizini ərzağa xərcləyir
Azərbaycanda yükdaşıma tarifləri bahalaşıb
UNESCO-nun baş direktoru İrina Bokova Prezident İlham Əliyevi təbrik etd
Düşmən qruplaşması mühasirəyə alındı - RƏSMİ
Çox yemək mədə xərçənginin yaranmasının əsas səbəblərindən biridir - alim
BMT: May ayında İraqda 870 nəfər ölüb, 1450 nəfər yaralanıb
Ancelina Coliyə iki mükafat verildi
Oğuzhan bütün şəkilləri sildi-SƏBƏB
Azərbaycanda komendant saatı tətbiq edilə bilər? - VİDEO
Süni tənəffüs cihazındakı xəstələrin sayı azaldı
Azərbaycan muğamı rusları valeh edib
Məşhur aktrisa nişanlısından ayrıldı
Sadə burma (foto resept)
Kuklaların gözəllik müsabiqəsi
Ezgi Mola gələcək yoldaşından danışdı
Azərbaycanda dərman vasitələrinin qiymətini dövlət tənzimləyəcək
Honda alanlara bəd xəbər
Ramazanın 5-ci gününün duası
Tovuz atəşə tutuldu
"Qaş alan qadınlar Allah tərəfindən lənətlənib" - Azərbaycanlı dindardan qalmaqallı sözlər
Süzülən zamanımız: vaxt hara itir?
Prezident seçkiləri ilə bağlı qeyri-iş günlərinin sayı açıqlandı
Selena Gomez sevənlərini kədərləndirdi
Kəs və yapışdır-22
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində də hərbi vəziyyət ləğv edilir - FƏRMAN
Qız bürcü qadınına nə hədiyyə etməli?
Namaz: ucadan, yoxsa astadan?
Hər bitkidə bir əlac var
- ŞƏRHLƏR