Qarın nahiyəsindəki estetik pozulmaların bir çox səbəbi var:
Qarın əzələləriniz qocaldığı üçün elastikliyini itirirsə, arıqlayıb kökəlməklə əlaqəli çatlarınız varsa, hamiləlik sonrası sallanmalar və piylər kefinizi pozursa, bel nahiyəsindəki piylənmələr sağlamlıq problemləri yaradırsa dəri altındakı toxumaların çoxu yağlanır, qarın divarının anatomik quruluşu yenidən şəkil almağa başlayır. Qarın nahiyəsindəki estetik pozulmalar bir çox səbəblərlə meydana gələ bilir. Hormonal dəyişikliklər, hərəkətsiz bir həyat tərzi, hamiləlik və doğumlar, yaşlanma, genetik faktorlar, tez kökəlib arıqlamaq bu səbəblərdən bəziləridir. Xüsusilə hamiləlik və kökəlib arıqladıqdan sonra qarında dəri sallanması, əzələ boşalması, çatlaq meydana gəlməsi və yağlanma estetik cəhətdən çox narahat edici ola bilər. Arıqlama sonrası qarın əzələsi və dəri quruluşundakı deformasiya kişilərə görə qadınlarda daha çox sallanma və boşalmalara səbəb olur.
Estetik Plastik və Rekonstruktiv Cərrahı Mütəxəssisi Op. Dr. Mətn Kerem sallanmaları, dəri çatlarını və qarın divarı zəifliklərinin "abdominoplastı" (qarın yığdırma) əməliyyatı ilə aradan qaldırılmasının mümkün olduğunu deyir. Bu əməliyyatda göbək və genital bölgə arasında qalan, keyfiyyəti pozulmuş dəri və dəri altı toxumaların götürüldüyünü, dərinin yığılmasını, qarın divarındakı əzələ bütövlüyünün yenidən təmin edildiyini diqqətə çatdırır.
Qarın yığdırma əməliyyatından sonra yenidən yağ yığılırmı?
Op. Dr. Mətn Kerem xəstənin bel və üst qarın nahiyəsində, omba və qıç içi kimi həddindən artıq yağlanma olan yerlərində qarın yığdırma əməliyyatıyla birlikdə Liposuction və ya lazer Liposuction ilə yağ götürmə əməliyyatının da mümkün olduğunu söyləyir: "Ümumiyyətlə qarın yığdırma əməliyyatına bir neçə bölgə Liposuction da əlavə olunar. Çox vaxt bel və üst qarında qarın yığma prosesi ilə birlikdə həddən çox yağlar olduğundan bu cür əməliyyatlara təşəbbüs edərik. Çünki məqsəd "qarın yığmaq" deyil, düz, möhkəm və gözəl bir qarın yaratmaqdır."
Hamilə qadınlar qarın yığdıra bilərmi?
Op. Dr. Mətn Kerem qarın yığma əməliyyatının hamilə qalmağı qarşısını aldığını, əməliyyat sonrası yaxşılaşma dövrünün həkim nəzarətində saxlamaqla hamiləlik təqviminin təyin olunmasının lazım olduğunu ifadə edir. Yaxşılaşma dövrünün 6 ilə 12 ayda reallaşdığını, buna görə də əməliyyatdan ən az bir il sonra hamiləlik haqqında düşünməyi tövsiyə edir. Ancaq qarın deformitesinin ikinci hamiləlikdə təkrar meydana gələ biləcəyini də xatırladır. Op. Dr. Kerem: "Qarın yığma əməliyyatı yaxşılaşdıqdan sonra hamiləliyə mane deyil. Lakin ikinci bir hamiləlik qarının quruluşunu təkrar poza bilər. Belə bir vəziyyətdə ikinci bir əməliyyata ehtiyac olur. Buna görə də ən doğrusu bütün doğumlar bitdikdən sonra birdəfəlik bu əməliyyatı etdirməkdir" deyir.
Əməliyyat necə tətbiq olunur?
Op. Dr. Mətn Kərəm qarın bölgəsindəki yağlanma nisbətinin, dərinin sallanma dərəcəsinin, əzələnin boşalma ölçüsünün göz qarşısında olduğunu və xəstəyə uyğun planlaşdırma sonrası əməliyyatın ümumi nəzarət altında edildiyini ifadə edir. Ümumiyyətlə bir gün sonra xəstənin xəstəxanadan çıxa biləcəyini, 7 - 10 gün ərzində normal həyata döndüyünü söyləyir. Xəstənin qarın yığma əməliyyatı sonrasında 3 həftə boyunca korset istifadə etməsi lazımdır.
XƏBƏR LENTİ
Gözlər qəlbin aynası
Azərbaycanda bir rayonda 11 nəfər koronavirusdan ölüb - RƏSMİ
Koronavirusla bağlı SON STATİSTİKA
Həftənin ilk iş günü Azərbaycanda hava necə olacaq?
Galaxy Note 3 gəlir
Hava XƏBƏRDARLIĞI
Çin hökuməti vətəndaşlara müraciət etdi: Uşaq dünyaya gətirin
Məşhur bəstəkar vəfat etdi-FOTO
Mirvari necə meydana gəlir?
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev adına İdman-Konsert Kompleksi və Bakı Olimpiya Stadionunda təmir işlərinin gedişi ilə tanış olublar
Kobe Brayantla vidalaşmağa 30 min adam gəldi
Mübariz İbrahimovun atası: “Oğlumun intiqamı alındı, qanı yerdə qalmadı”
Moskvada Qurban bayramında 100 min müsəlman namaz qıldı
Məşhurların məktəb illəri
Məşhur azərbaycanlı qarmon ustası vəfat edib
Sadə xaçapuri (foto-resept)
Harry Potter (2001-2016)
Dodaqların şərab kimidir...
Sevgili olduqlarını niyə gizlədirlər?
Milad qara gəldi: bayram alt-üst oldu
Divar saatları
Sobada badımcan (foto-resept)
Pəhriz üçün möcüzəvi qidalar
Saç kəpəyinin yaranma səbəbi (2)
Meray Keri açıqlamaları ilə hər kəsi təəccübləndirdi
Cemli rulet (foto resept)
Azərbaycana Hollandiya və Fransadan keçilər gətirilib
Dünyanın ən böyük vulkanı tapıldı
Yeni turizm sahəsi yaranır
Rihannadan pərəstişkarlarına yeni il "hədiyyə"si - VİDEO
Anar Eyvazov: Ordumuz yeni dayaq məntəqələrini azad edib
İyul ayında HAVA necə olacaq?
"Ən Qəribə Ad"müsabiqəsinin qalibi bəlli oldu-FOTO
Soyuq qışın donmuş xəstəlikləri
Hande Ataizi bu tarixdə ərə gedəcək
Günün qoroskopu: qüvvə və səylərinizi əsas işə sərf edin
Azərbaycan əhalisinin sayı AÇIQLANDI
Azərbaycanda məscidlərin açılmasının əsas şərti bilindi - RƏSMİ
Fərqlilik sevənlər üçün gəlinliklər
Evlənmədən əvvəl cavablanmalı suallar
Şəhid olmuş hərbi qulluqçuların ailələrinə pensiya necə təyin edilir? - AÇIQLAMA
Avtomobillərin dövlət nömrə nişanları dəyişdirilir – QƏRAR VERİLDİ
Əsl donuz faciəsi
Balacalara tort bişirilməsi qaydası(foto)
Evdə karamel (foto-resept)
“Titanik” gəmisinə sualtı tur təşkil ediləcək
Qadın.Net-lilərin 2012-ci il görüşlərinin davamı
Burma kartof (foto resept)
Bakıda metro terrorundan 20 il ötür
Bakıda torpağın qiyməti artıb
- ŞƏRHLƏR