İmtahandan əvvəl və yaxud da imtahan günü abituriyentlərin beynini məşğul edən suallardan biri də imtahan günü yaşaya biləcəkləri qarın ağrısı, ishal, köp və s narahatçılıqların qarşısını necə almaqlarıdır. Valideyinlər isə hansı qidaların zehnə daha yaxşı təsir etməsi ilə maraqlanırlar. Şagirdlər qidalanma zamanı bəzi xırda nüansları nəzərə alsalar həm imtahandan əvvəl həzm problemi yaşamazlar, həm də imtahan boyu özlərini yaxşı hiss edərək uğur əldə etmiş olarlar.
İmtahana bir həftə qalmış
Gigyenik qaydalara əməl olunmadan hazırlanan bir çox qida zəhərlənmələrə səbəb ola bilər. Bəzi qida zəhərlənmələri qısa müddətli olub tez həll ounsa da, digərlərinin sağalması uzun çəkə bilir. Bu səbəbdən də şagirdlər çöldə satılan qidalardan uzaq durmalıdırlar. Buna məcbur olan gənclər isə yemək yedikləri məkanın təmizliyinə diqqət yetirməlidirlər. Küçələrdə satılan qidaların əvəzinə qapalı qutularda satılan süd, yoqurt, ayranlara üstünlük verməlidirlər. Satın alınan bütün qidaların son istifadə tarixinə fikir verilməlidir.
Ümumi olaraq hamıya məsləhət görülən həftədə 2-3 dəfə balıq yeyilməsi fikri şagirdlər üçün də keçərlidir. Balıq tərkibndə olan omeqa 3 yağı sayəsində yaddaşı gücləndirir. Lakin imtahana bir həftə qalmış hər gün balıq yeməyin də möcüzə yaratmayacağını bilməlisizniz.
İmtahan səhəri
İmtahan günü həyəcandan iştahınız küssə də səhər yeməyini qətiyən təxirə salmayın. Səhər yeyilən yemək yaddaşınızı sabitləşdirir. Süfrədə kəpəkli çörək, qaynadılmış yumurta, pendir, pomidor, alma kimi qidalar hökmən olmalıdır. Süd, yumurta, pendir kimi zülal qaynağları toxluq hissini uzadacaq, bu səbəbdən də imtahanda aclıq çəkməyəcəksiniz. Mürəbbə, bal, bəhməz və digər bu kimi qidalar təkbaşına yeyiləndə qan şəkərini sürətlə qaldırıb endirə bilir, nəticədə də orqanizm yemək istəyir. Ona görə də qidalanma zamanı miqdarı nəzərdən qaçırmayın.
İmtahan günü daha əvvəldən yemədiyiniz qidanı yemək qəti şəkildə düzgün deyil. Həmin gün tərkibindəki kafein səbəbi ilə çay, kofe içməyiniz məsləhət deyil, əvəzində isə süd, bitki dəmləməsi içməyiniz məqsədəuyğundur.
İmtahan vaxtı
Ölkəmizdə geniş yayılmış bir fikir var ki, nə qədər şirin tamlı qidalar yeyilsə bir o qədər güc qüvvət almaq olar. Lakin bu fikir düzgün deyil. Çünki bu qidalar qan şəkərini sürətlə yüksəldir və düşürdür. Qan şəkərinin sürətlə düşməyi də yaddaş pozğunluğuna, diqqət yayınmasına səbəb ola bilir. Şəkər və tərkibində şirin maddələr olan qidalar əvəzinə qan şəkərini tədricən tənzimləyən qidalara üstünlük verilməlidir.
Şagirdlər imtahan vaxtı acmaqlarından narahatdırlarsa ən zərərsiz qidalar, məsələn quru süd, fısdıq, fındıq, qoz, ayran kimi yağlı qidalar, ətrafı narahat etməyəcək qidalar, banan, quru qaysı və s bu kimi qidalara üstünlük verməlidirlər.
Bu qidaların yanında bir dilim qara çörək, yaxud da qara undan bişirilmiş kek ola bilər. Imtahanın başlanğıcında susuzluq hiss edən və su içmək istəyən şagirdlər tualet ehtiyacını fikirləşərək tərəddüd edirlər. Belə bir narahatçılığı olan şagirdlər bilməlidirlər ki, soyuq su orqanizmdən daha tez ifraz olunur. Ona görə də şagirdlər soyuq su əvəzinə otaq tempraturunda olan suyu içməlidirlər.
Ümumiyyətlə sağlam qidalanmağın həyatımızdakı əhəmiyyəti gün getdikcə daha da aydınlaşır. Dünya üzrə aparılan araşdırmalar və alınan nəticələr sağlam qidalanmağın ömrü uzatdığını və daha keyfiyyətli yaşamağa təkan verdiyi məlum olmuşdur.
Sağlam qidalanmaq gündəlik yox bir ömürlük vərdiş halına gətirilməlidir. Anadangəlmə xasiyyət olmadığına görə sağlam qidalanma vərdişini aşılamaq valideynlərin öhdəsinə düşür. Sağlam qidalanmaq ölçüsündə və tənzimli qidalanmağa deyilir. Bu müvazinət pozulduğunda orqanizmdə vitamin boşluğu yaranır. Bu isə müxtəlif xəstəliklərin yaranması üçün bədənin müqavimətsiz olacağına işarədir. Yüksək təyziq, qan şəkəri, ürək xəstəlikləri bu qəbildəndir.
Dörd ana qida qrupu var ki, o qidaları hər naharda qəbul etməliyik. Bu qruplara daxildir:
1 Süd və süd məhsullar
2 Ət və ət məhsulları
3 Dənəli bitkilər
4 Meyvə tərəvəz məhsulları
Əlavə olaraq yağ və şəkərli qidaların orqanizm üçün o qədər də xeyri yoxdur. Yağlar bəlkə də bir az bədənin düzgün işləməsi üçün kömək edə bilər, amma şəkər sadəcə müvəqqəti enerji mənbəyidir. Sağlam qidalanma deyərkən işin incəlikləri təxminən aşağdakılardan ibarətdir:
Az-az və tez-tez qidalanın. Bununla da metobalizmanız güclənər, qan şəkəriniz tənzimlənmiş olar.
Suya əhəmiyyət verin. Su həyatın başlanğıcıdır. Və həyatın davam etdirilməsi üçün əvəzsiz vasitədir. Çalışın ki, gün ərzində 8-15 bardaq su için.
Ətləri yağları ilə birgə yeməyin. Bu sizin ürəyiniz üçün təhlükəlidir.
Qırmızı ətdən də az da olsa istifadə edin. Son vaxtlarda qırmızı ətə qarşı bir düçmənçilik yaranıb. Buna baxmayaraq onun tərkkibində dəmirin olduğunu nəzərə alsaq həftədə 1-2 dəfə qırmızı ət yemək lazımdır.
Həftə ərzində 2-3 dəfə balıq yeyin. Balığın tərkibində olan omeqa-3 həm ürək sağlamlığınıza, həm də yaddaşın güclənməsinə müsbət təsir göstərir.
Gündə 2-3 bardaq süd için. Süd minerallı qidalar içərisində kalsumla ən çox zəngin olan qidadır. Sümüklərin möhkəmlənməsinin ən güclü zəmanətçisi olan südün qəbuluna diqqət edin. Gündə 2-3 bardaq süd və yaxud 1-2 dilim pendir yeyin.
Dənli bitkilər sağlam qidalanmağın təməlidir. Vücudumuzun ehtiyac duyduğu enerjini qazanması üçün dənli bitkilər əvəzsiz vasitədir. Sağlam şəkildə qidalanmağımız üçün gün ərzində 5-7 pors çörək, düyü və digər dənli bitkilər qəbul edilməlidir. Lakin çalışın ağ çörək əvəzinə qara çörəkdən istifadə edəsizniz.
Gündə 5-9 pay təzə meyvə-tərəvəzdən istifadə edin. Tərkibində olan mineral, vitamin, antioksitlər meyvə-tərəvəzi sağlam qidalanmağımız üçün mühim rollu edir. Hər ana öynədə tərəvəzli qidalara, ara öyünlərdə isə meyvələrə önəm verməklə daha sağlam şəkildə qidalanmış olacaqsız.
XƏBƏR LENTİ
Günün qoroskopu: sizi təxribata çəkənlərlə belə, münaqişə etməyin
Şahzadə ölkəni şoka saldı
Hande anasından danışdı-FOTO
Hava haqqında - 06.04.2014
Neslihan və Kadir Doğulunun İsveçrə tətili Diqqət Çəkdi
Yadplanetlilər Türkiyəni basdı
"Ağ şəhzadə" tortu (foto resept)
“Qara qızıl” kəskin bahalaşdı
Kişilərdə cinsi istəksizliyin səbəbləri
Qadın.Net-lilərin ilk məktəb həyəcanı...
Azərbaycanda zəlzələ
Brabus-dan kabriolet Mercedes
Ece Seçkinin 600 minlik hədiyyəsi-FOTO
Ayaqqabı və çantalar
Qarğıdalı salatı (foto resept)
Xanımlar üçün pijama modelləri
Rus Dili dərs-11
İkinci uşağa sahib olmağı düşünürsünüzsə, bunları nəzərə alın!
Uçan Motosiklet təqdim olundu-FOTO
Aleyna 158 minə avtomobil aldı-FOTO
Məşhur müğənni PULSUZLUQDAN ŞİKAYƏT ETDİ
Yağıntılı havalar meyvə ağaclarına hansı təsiri göstərib?
Tələbə və pensiyaçılar üçün ictimai nəqliyyat güzəştli OLA BİLƏR
Təhsil Nazirliyindən YENİLİK: “Dərs vaxtı” proqramında “Virtual məktəb” dərsləri
Pazllar ("Barboskinlər")
Rəngarəng çantalar(2)
Pekində 42 illik rekord yeniləndi
Uşaqlarda diş baxımı
Yol Polisi qəfil reyd keçirdi
Azərbaycanın ən uzunömürlü seçicisi səs verib
MTN-də gözlənilməz təyinat - Prezident sərəncam verdi
Ailə mübahisəsinə son
BÜRCLƏR bizə nə vəd edir? - 16 mart
65 il bir yerdə yaşayan ər-arvad eyni gündə öldü
Xocalı faciəsi Avropa Parlamentində
64 -cü Kann film festivalı
Bakı metrosunda bayram ab-havası-FOTO
Uşaqları onurğa əyriliyindən qorumağın yolları
Kolonoskopiya haqqında
Bakıda nəyə görə addımbaşı dayanacaq var?
Ceyda sevənlərini TƏƏCCÜBLƏNDİRDİ-FOTO
25 yaşından sonra niyə kökəlirik?
İlham Əliyev OPEC-lə zarafat etdi
Azərbaycan ciddi seçim qarşısında qalıb.
16 kameralı smartfon gəlir
Prezidentin köməkçisindən karantin rejimi ilə bağlı MÜHÜM AÇIQLAMA: “Mayın 31-dən sonra...” - VİDEO
Facebook-da alver etmək olacaq
Ən yaşlı qəzet internetə keçir.
Bu ilin ilk Ay tutulması başladı
Kişilər sırqa taxmalıdırmı?
- ŞƏRHLƏR