22 Sentyabr Hilton otelində Yapı Kredi Bank Azərbaycan və Yapı Kredi Bankçılıq Akademiyasının təşkil etdiyi “2nd WORLD Marketing Day” tədbiri baş tutmuşdur. Daha əvvəl də xəbər verildiyi kimi tədbirdə Azərbaycandan və Türkiyədən marketinq, marketinq kommunikasiya, müştəri məmnuniyyəti mövzularında ixtisaslaşmış ekspertlər Emin Vəliyev və Ozan Kuşçu çıxış etmişlər. Tədbirdə ölkəmizdə fəaliyyət göstərən və Marketinq sahəsində kifayət qədər tanınmış təcrübəli şəxslər iştirak etmişlər.
Açılış nitqində Yapı Kredi Bank Azərbaycanın İdarə heyətinin sədri canab Altan Şentürk bankın əldə etdiyi uğurlardan danışaraq 2800-dən çox POS terminala sahib olduqlarını və yaxın zamanda Azərbaycada olan Worldcard sistemi ilə Türkiyədəki Worldcard sistemlərini birləşdirəcəklərini söylədi. Belə ki, bu sistemlərin birləşməsindən sonra, Azərbaycanda yaşayan Worldcard sahiblərinin Türkiyədə də müxtəlif taksit və bal avantajlarından faydalanacaqlarını qeyd etdi.
Tədbir spikerlərin maraqlı çıxışları ilə yadda qaldı. Emin Vəliyev öz çıxışında marketinq, məhsul, məhsul kommunikasiyası ilə bağlı məqamlara aydınlıq gətirdi və iştirakçıların suallarını cavablandırdı. “Məhsul yoxdursa, reklam anti-reklamdır” deyən Emin Vəliyev, məhsulun hədəf kütləyə uyğun və bir o qədər də sadə olmasının vacibliyini vurğuladı.
Türkiyədən dəvət edilmiş və müştəri məmnuniyyəti, biznesin inkişafı, müştəri münasibətləri üzrə kifayət qədər təlimlər vermiş Ozan Kuşçu isə “Sadiq müştəri 10 qat daha çox müştəri qazandırar” deyərək müştəri ilə şirkətlər arasındakı münasibətlərdə nəzərdən qaçan bir neçə mövzulardan bəhs etdi. Sonda isə gitara ilə iki mahnı ifa edən Türkiyəli spiker müştərilərə gözlənilməyən sürprizlər etməyin faydalı olduğunu bu yolla anlatdı.
Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycanın Yapı Kredi Bankçılıq Akademiyası ilə birgə təşkil etdiyi sayca ikinci olan “Marketing Day” tədbirinin məqsədi bankın World Üzv Ticarət Obyektləri ilə ortaq müştərilərinə marketinq vasitəsilə daha effektli xidmət göstərməkdir.
XƏBƏR LENTİ
190 manat ailədən bir neçə nəfərə verilə bilər - Rəsmi
Karantinə fərqli yanaşma-FOTO
Noutbukun üstünə su dağılarsa nə etməli?
"Tezbazar" salatı (foto resept)
Uşaq otaqları üçün fərqli dizaynlar
Putin Türkiyə şərti qoydu
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Hava haqqında - 21.01.2014
Bakının ən böyük yolkası harda qurulur?
Harvard qatığın faydasını tapdı
"Facebook"ın işində PROBLEM yarandı
Şuşanın ətrafı minalardan təmizlənir - VİDEO
Ayrıldınızsa, unudun!
Putin İrana nadir Quran apardı
Şokoladlı portağal dilimləri (foto-resept)
HAVA necə olacaq?
İslamda qeybət edənin cəzası
Tarkan gənclik FOTOsunu paylaşdı
Qaz olmayacaq!
Öskürəyin əlamətlərinə görə koronavirus olub-olmadığınızı təyin edə bilərsiniz
Sevgi ruhu canlandırır
Bir həkimin dilindən...
Kraliça yeni işçi axtarışına çıxdı-FOTO
Onun əl işi Azərbaycanda ilkdir - FOTOLAR
Yay salatı (foto resept)
Qar yağacaq, külək əsəcək
“Düşmənin texnikası məhv edilməsəydi, atılacaq raket Bakıya düşə bilərdi” - RƏSMİ
Bakıda ət kəsimi yerləri ləğv edilir
Ağdamla birlikdə Milli Qəhrəmanın məzarı da azadlığa qovuşdu
Düşmən bir günə daha 59 hərbçisinin məhv olduğunu etraf etdi
Qarabağın ən son görüntüləri-Video
Boşanmalar ən çox hansı yaşda qeydə alınır?
Ermənilər yenə səfirliyə yumurta atdılar
Xanımlarımızın kompleksləri
Arıqlamaq üçün ideal bitki-Razyana
Koronavirus bu şəxsləri öldürmür - ARAŞDIRMA/VİDEO
2100-cü ildə Çin əhalisi azalacaq
Suqovuşandakı son vəziyyət “Haber Global”ın kamerasından... - VİDEO
Dünənki qoxu ilə bağlı analizlərin nəticəsi məlum oldu
Əkiz hamiləliyin yaranma səbəbi və riskləri
Yeni “Nu poqodi”də Canavarın 3D görüntüsü təqdim olunub - FOTO
Günün qoroskopu: nə istədiyinizi anlayacaqsınız
Şüuraltı
Zoğalın bilmədiyimiz faydaları
Qadınların yaşını göstərən bədən üzvləri
30 minlik borc sənədi Ebruya göndərildi
Dünyanın ən kök qadını 5 həftəyə 140 kq arıqladı
Yeni il salatı (foto-resept)
Azərbaycanda yağış yağacaq
Cennifer yenidən Diqqət Mərkəzindədir
- ŞƏRHLƏR