Qadin.NET / Yapı Kredi Bank Azərbaycan marketoloqlar üçün tədbir keçirdi

Yapı Kredi Bank Azərbaycan marketoloqlar üçün tədbir keçirdi

22 Sentyabr Hilton otelində Yapı Kredi Bank Azərbaycan və Yapı Kredi Bankçılıq Akademiyasının təşkil etdiyi “2nd WORLD Marketing Day” tədbiri baş tutmuşdur. Daha əvvəl də xəbər verildiyi kimi tədbirdə Azərbaycandan və Türkiyədən marketinq, marketinq kommunikasiya, müştəri məmnuniyyəti mövzularında ixtisaslaşmış ekspertlər Emin Vəliyev və Ozan Kuşçu çıxış etmişlər. Tədbirdə ölkəmizdə fəaliyyət göstərən və Marketinq sahəsində kifayət qədər tanınmış təcrübəli şəxslər iştirak etmişlər.
Açılış nitqində Yapı Kredi Bank Azərbaycanın İdarə heyətinin sədri canab Altan Şentürk bankın əldə etdiyi uğurlardan danışaraq 2800-dən çox POS terminala sahib olduqlarını və yaxın zamanda Azərbaycada olan Worldcard sistemi ilə Türkiyədəki Worldcard sistemlərini birləşdirəcəklərini söylədi. Belə ki, bu sistemlərin birləşməsindən sonra, Azərbaycanda yaşayan Worldcard sahiblərinin Türkiyədə də müxtəlif taksit və bal avantajlarından faydalanacaqlarını qeyd etdi.
Tədbir spikerlərin maraqlı çıxışları ilə yadda qaldı. Emin Vəliyev öz çıxışında marketinq, məhsul, məhsul kommunikasiyası ilə bağlı məqamlara aydınlıq gətirdi və iştirakçıların suallarını cavablandırdı. “Məhsul yoxdursa, reklam anti-reklamdır” deyən Emin Vəliyev, məhsulun hədəf kütləyə uyğun və bir o qədər də sadə olmasının vacibliyini vurğuladı.
Türkiyədən dəvət edilmiş və müştəri məmnuniyyəti, biznesin inkişafı, müştəri münasibətləri üzrə kifayət qədər təlimlər vermiş Ozan Kuşçu isə “Sadiq müştəri 10 qat daha çox müştəri qazandırar” deyərək müştəri ilə şirkətlər arasındakı münasibətlərdə nəzərdən qaçan bir neçə mövzulardan bəhs etdi.  Sonda isə gitara ilə iki mahnı ifa edən Türkiyəli spiker müştərilərə gözlənilməyən sürprizlər etməyin faydalı olduğunu bu yolla anlatdı.
Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycanın Yapı Kredi Bankçılıq Akademiyası ilə birgə təşkil etdiyi sayca ikinci olan “Marketing Day” tədbirinin məqsədi bankın World Üzv Ticarət Obyektləri ilə ortaq müştərilərinə marketinq  vasitəsilə daha effektli xidmət göstərməkdir.

23 sentyabr 2014
GO BACK