Valideyn-uşaq münasibətlərində problemlərə şahid olduqca bir sual məni düşündürür.
Görəsən, uşaq böyütmək bu qədər məşəqqətli işdir, yoxsa indiki dövrdə valideyn olmaq çətinləşib? Uşaq və yeniyetmə terapevti Mehtap Kayaoğlununun “Özü-sözü gözəl uşaq” kitabında bəzi suallarıma cavab tapa bildim.
Günümüzdə kitab müəllifi olmaq iki vur iki qədər asan olduğu üçün, xüsusilə, pedoqogikaya aid kitablarda seçici olmağa çalışıram. Yazıçının bu sahədəki təhsili əsas önəm daşıyır mənim üçün. Mehtap Kayaoğlu 1995-ci ildə Mərmərə Üniversitetinin Təlim-təhsil və psixoloji məsləhətçilik fakültəsini bitirib, məzun olduğu il həmin universitetin magistr təhsilinə yiyələnib. Uşaq psixologiyasına aid bir sıra radio və televiziya proqramları hazırlamaqla bərabər küçə uşaqları üçün layihələr həyata keçirib. Türkiyənin müxtəlif şəhərləri, eləcə də Almaniya, Avstriya, İsveçrə, Belçika, Fransa və Hollandiyada valideynlər üçün seminarlar təşkil edib. Bu kitab yazıçının 6-ci kitabıdır və 6 bölmədən ibarətdir.
1.Gülərüzlü olmaq
2. Mərhəmətli olmaq
3. Yardımsevər olmaq/çalışqan olmaq
4. Doğrucul olmaq
5. Vicdanlı/etibarlı olmaq
6. Sülhsevər olmaq
İlk olaraq bizi Mehtap xanımın uşaqlara müraciəti qarşılayır.
"Yazın..
Qələm tutmağa başladığınız andan etibarən yazın. 6 yaşınızda 60 yaşınız üçün tövsiyələr yazın. Gələcəkdə uşaqlıq hisslərinizlə yazdığınız bu dəftəri oxuyarkən hər sətrin arasında özünüzü tapacaqsınız. Oxuduğunuz hər xırda detalda özünüzü görəcək, daha çox sevəcəksiniz. Siz olmağınıza səbəb olan gözəl xüsusiyyətlərinizi görəndə təəccüblənəcəksiniz"
Kitabın hər səhifəsi altını xətlədiyim cümlələrlə doludur. Bir dəfə oxunulacaq kitablardan deyil. Çünki hər bölməsində valideynlərə çox dəyərli məsləhətlər verilir. Mənim kimi bir çox valideynin stolüstü kitabına çevriləcəyinə əminəm. Övladlarımızla münasibətlərdə yol verdiyimiz səhvlərdən tutmuş, hər hansı problemin düzgün həll yollarına qədər hər şeyi tapa bilərsiniz. Uşaqlara düzgün yanaşma, doğru ünsiyyət qurma metodları barədə geniş məlumat verilir. Hər hansı hadisəyə verdikləri reaksiyaların mənbəyi araşdırılır. Yalan danışan, oğurluq edən, söz eşitməyən, tənbəl uşaqların valideynlərinin harada səhv etdikləri göstərilir. Görəsən, onları bu hərəkətləri etməyə sövq edən səbəblər nələrdir?
“Uşağın tənbəl olmasının bir səbəbi də ailəsindəki böyüklərin istiqamət vermək məsələsində zəiflik göstərməsidir”.
Tərbiyə prosesində yaşadığımız bütün problemlərin həllini bu kitabda asanlıqla tapa bilərsiniz. Məsələn, tənbəl uşaq, dünyaya tənbəl kimi gəlir, yoxsa, onu tənbəl olmağa yönəldən amillər (ananın ürəyiyumşaqlığı, atanın əzizləməsi) var? Müəllif qarşılaşdığımız çətinliklərin dərininə enməklə onu həll etməyin doğru yolunu göstərir.
“Tənbəllik ailədəki bəzi problemlərə qeyri-iradi etiraz forması ola bilər”
Kitabı oxuduğum müddətdə yol verdiyim səhvlərin fərqinə vardım. Anladım ki, uşaqlarla ünsiyyətdə qurduğumuz cümlələrə, səs tonumuza, üzümüzdəki ifadəyə, hətta göz məsafəmizə belə diqqət etməliyik.
Kitabda qarşıladığım bir cümlə məni dərindən təsirləndirdi.
“Uşaq psixologiyası yoxdur. İnsan psixologiyası var”.
Bu fikir əvvəlcə qəribə göründü. Lakin mənasını başa düşdükdə necə önəmli məsələdən bəhs olunduğunu anladım. Məncə, bu, valideynlərin həssas yanaşmalı olduğu nüanslardandır.
“40 yaşına gələn mən səbətdən düşərək birdən-birə 40 yaşında olmamışam ki. Yavaş-yavaş böyümüşəm, inkişafımın hər mərhələsində də həmin şeyləri əlavə etməklə həyat trayektoriyam boyunca irəliləmişəm. 6 yaşında sevilməsəydim 40 yaşında sevməyi haradan biləcəkdim”.
Yazıçının da dediyi kimi, əgər “Özü-sözü gözəl uşaq” böyütmək istəyiriksə, öncə onun mənəvi tərəfdən doydurmalıyıq. Sevgi və qayğı əsikliyi yaşayan uşaq bunu 5 yaşında bəlli etməsə də, gələcək münasibətlərində hansısa şəkildə əskikləyini yaşayacaq.
Kitabdan öyrəndiyim önəmli məsələlərdən biri də bu oldu ki, ananın körpəsinə lazım olduğu qədər süd verə bilməməsi (hər nə səbəblə olur-olsun) onun təkcə qida çatışmamazlığı yaşamasına səbəb olmur. Həm də mənəvi boşluğa gətirib çıxardır. Və bu, gələcəkdə uşaqda qaraqabaqlıq, eqoistlik, ərköyünlük, söz eşitməmək kimi əlamətlərlə özünü göstərir.
Əziz oxucular, valideynlər, gənclər lütfən, bu qəbildən olan kitabları mütaliə siyahınızın ilk sıralarına əlavə edin. İnanın, uşaqlarımızla düzgün münasibət qura bilmədiyimiz hər keçən gün onlardan bir addım uzaqlaşmış oluruq. Bəzi hallarda bərpa etmək mümkün olsa da, əksər hallarda problemi həll etmək çox çətin olur.
Uşaq böyütmək çətin peşədir. Gözəl, sağlam, gülərüz, vicdanlı və xoşbəxt uşaqlar böyütmək istəyirsinizsə, bu peşənin dərinliklərini və sirlərini öyrənməlisiniz. “TEAS Press”in dəyərli nəşrlərindən olan bu kitab sizə müxtəlif problemlərin həllində kömək olacaq. Gəlin, uşaqlarımızı gözəl böyüdək. Gözəl böyüdək ki, gələcəyimizin bağçası gözəlliklərlə dolu olsun!
Aygün ƏLƏKBƏROVA
XƏBƏR LENTİ
Ermənilər qoşun yeritdi
Hələ yaşamağa dəyər
Məşhur müğənni pul yağışına tutuldu-FOTO
Saç boyasının zərərləri
Bitcoin-in qiyməti 2500 dolları keçdi
Bakı sürücülərinin nəzərinə: yol dəyişdi
Azərbaycandan ABŞ-a etiraz
Bəzi "İPhone" telefonları bloklanacaq
Yeniyetmələrin 15 faizə qədəri yaşlarına uyğun olmayan saytlara daxil olurlar
Serotonin nədir və təbii yollarla necə artırılır
Biskvitlı tort (foto resept)
"Birinci ledi" lərin geyim stilli
Feysbildinq- üz üçün məşqlər
Kişilər hansı qadınlara meyillidirlər?
Kristina Bazan
Dünya üzrə koronavirusa yoluxanların sayı yarım milyonu ötdü
Uşaq aləmi
Yazda cücərdərəm səni…
Kökəlmədən yeyə biləcəyiniz 4 ərzaq
7 addımda gözaltı torbalardan xilas olun!
Yarpız haqqında bilmədiklərimiz
Bakıda küçə sənətçiləri üçün yerlər ayrılacaq
Serbiyada Üzeyir Hacıbəylinin xatirəsi yad edilib
Həftənin ilk iş günü Azərbaycanda hava necə olacaq?
"Qabusnamədən dəyərli sözlər" I hissə
Azərbaycanın bəzi rayonlarında sərt karantin rejimi uzadıldı - SİYAHI
Məşhur ulduz intihar etdi
Jerar Deparde təcavüzdə günahlandırır
İşə velosipedlə getməyin faydaları
"Çelsi" Kostaya 16 milyon təklif edir
"Terminator"un ulduzu vəfat etdi
Tanış olun: dünyanın ən yaşlı insanı odur
4D ultrasəs nə işə yarayır?
Binə hava limanı bağlanır
Şuşanın azadlığını Qurani Kərim, namaz və tortla qeyd etdilər - VİDEO
Bugünkü evliliklərin ən böyük problemi
23 yaşlı gənci övladlığa götürdü, sonra ona ərə getdi - FOTO
Putin ordu rəhbərliyi ilə iclasda: “Siz məndən qorxursunuz yoxsa məni sizdən qoruyurlar?”
Uşağınızın sizi sevdiyini bildirən 7 işarə
Şokoladlı bezeli tort (foto resept)
Əkizlərin festival keçirildi-FOTO
Depressiyada olduğunuzu göstərən 4 xüsusiyyət
Erməni yalanları ifşa edilir
Polis gücləndirilmiş iş rejiminə keçdi
NAMAZ-VI Dərs-Azan və İqamə, Namazın fərzləri
Dazlaşma problemi olanlar, çarə tapıldı
Məryəm Üzerlidən gözlənilməz ETİRAF
Kommunal xərclərlə bağlı yenilik – Adambaşına düşən limit artırılır
Şuşada xəngəl bişirən əsgərlərimiz - VİDEO
Nelson Mandela haqqında bilmədiklərimiz
- ŞƏRHLƏR