17 - İşlərimiz düz getmədikdə bu 8 şeyi xatırlamaq lazımdır
1. Ağrı inkişafın bir hissəsidir. Bəzən həyat üzümüzə qapıları ona görə bağlayır ki, hərəkət etmək vaxtıdır. Bu da yaxşı əlamətdir. Çünki biz, adətən şərait bizi məcbur etdikdə hərəkət edirik. Ağır zamanlar baş verdikdə bunu xatırlayın ki, heç bir ağrı hədəfsiz gəlmir.
Sizə nə ağrı verirsə, ondan uzaqlaşın. Ancaq onun sizə verdiyi dərsi heç vaxt unutmayın. Sizin mübarizə aparmağınız o demək deyil ki, siz uğursuzluğa mübtəla olmusunuz. Hər bir böyük uğur ləyaqətli mübarizənin aparılmasını tələb edir. Yaxşı bir şey zaman tələb edir. Səbirli olun, özünüzə inanın. Hər şey öz yerini tutacaqdır. Onun dərhal baş verməməsi mümkündür. Yadda saxlayın ki, iki cür ağrı vardır: biri sizi yaralayır, digəri isə sizi dəyişir. Həyat boyu irəlilədikcə onunla əlləşib-vuruşmaqdansa, ona sizi daha da dəyişməsi üçün imkan yaradın.
2. Həyatda baş verən hər şey müvəqqətidir. Yağış yağarkən bilirsən ki, o, gec-tez qurtatarcaqdır. Hər dəfə sizi yaralayanda yara sağalır. Qaranlıqdan sonra həmişə aydınlıq gəlir. Bunu sizə hər gün səhərin açılması xəbər verir. O sizə bildirir ki, gecə həmişəlik deyildir. Əgər siz özünüzü yaxşı hiss edirsinizsə, bunun kefini çıxarın. Bu, həmişə belə keçməyəcəkdir. Əgər özünüzü pis hiss edirsinizsə, narahat olmayın, nigaran qalmayın, çünki bu da həmişəlik deyil. Həyatın yüngül və rahat olmaması o demək deyil ki, siz gülə bilməzsiniz. Sizi bir şey narahat edirsə, bu o demək deyil ki, siz təbəssüm edə bilməzsiniz. Hər bir an sizə – ya yeni başlanğıc, ya da yeni sonluq verir. Hər saniyə siz ikinci şans əldə edirsiniz. Sadəcə bundan istifadə edin.
3. Narahtçılıq və şikayət heç nəyi dəyişmir. Kim ki hamıdan daha çox şikayət edir hamıdan daha az nəaliyyət əldə edir. Daha böyük bir şey edib uğursuzluğa düçar olmaq heç nə etmədən hər şeyə çatmağa çalışmaqdan yaxşıdır. Əgər siz uduzmusunuzsa, heç nə sona çatmayıbdır. Şikayət etdiyiniz zaman hər şey bitmiş olur. Əgər siz nəyəsə inanırsınızsa, cəhd etməyə davam edin. Nəticədə nə baş verəcəyindən asılı olmayaraq, anlayın ki, həqiqi xoşbəxtlik yalnız o vaxt gəlir ki, siz şikayətlənməyi kənara qoyur və malik olmadığınız problemlərə görə təşəkkür edirsiniz.
4. Malik olduğunuz çapıqlar sizin qüvvənizi tərənnüm edir. Həyatın üzərinizdə buraxdığı çapıqlardan xəcalət çəkməyin. Çapıqlar onu göstərir ki, ağrılar daha yoxdur, yara dartılmışdır. Bu onu göstərir ki, siz ağrıya qalib gəlmisiniz, dərs çıxarmısınız, daha güclü olmusunuz, irəli getmisiniz. Çapıq zəfərin əlamətidir. Çapıqların sizi əsir saxlamasına imkan verməyin. Onlara sizi qorxu içərisində saxlamasına şərait yaratmayın. Onlara güc nişanəsini kimi baxmağa başlayın. Cəlaləddin Rumi demişdir ki, yaralardan daxilinizə nur sirayət edir. İztirablardan ən güclü qəlblər ortaya çıxmışdır. Bu dünyada ən öndə gedən insanların üzəri çapıqlarla doludur. Öz çapıqlarına bir şüar kimi bax: “Bəli, Mən bunu etdim! Mən bunu adlaya bildim. Bunu sübut etmək üçün mənim çapıqlarım vardır. İndi mənim daha güclü olmaq şansım vardır.
5. Hər bir kiçik döyüş irəliyə atılan bir addımdır. Əgər bir şeyi dadmaq istəyirsinizsə, sona qədər gedin. Yoxsa ki başlanğıcda heç bir anlam yoxdur. Bu elə görsənə bilər ki, stabilliyinizi itirmisiniz, müəyyən vaxtda dincliyinizi itirmisiniz, hətta ağlınızı da itirdiyiniz kimi görsənə bilər. Ola bilər ki, siz yeməyi azaltmalı olacaqsınız, az yatacaqsınız, dinclik əhatənizini dəyişməli olacaqsınız. Sizə tanış olan şeyləri qurban verməli olacaqsınız. Sizə güləcəklər. Tənhalıq kimi də görünə bilər. Tənhalıq, əslində bir çox şeyləri mümkün edə bilmək üçün sizə hədiyyə edilən bir bəxşişdir. Siz ehtiyaclı olduğunuz bir auranı əldə etmiş olacaqsınız. Yerdə qalan şeylər isə sizin dözümlüyünüz üçün bir testdir. Bu da sizin hədəfə çatmağınız üçün nə qədər istəyə malik olduğunuzu aşkar etmək üçündür. Əgər siz bunu istəyirsinizsə, fikir ayrılıqlarına, uğursuzluqlara baxmayaraq reallaşdıracaqsınız. Hər addım özünüzü daha da yaxşı hiss edəcəksiniz. Belə ki, bu heç sizin ağlınıza da gələ bilməz. Anlayacaqsınız ki, mübarizə aparmaq qarşınızda bir sədd deyil, sadəcə bir yoldur.
6. Başqa insanların neqativ davranışları sizin probleminiz deyil. Pis insanlar sizi əhatə etdikdə özünüzə inamı əldən verməyin. Başqaları sizi məğlub etmək istədikdə gülümsünün. Bu, fərdi ruh yüksəkliyinizi saxlamağınız üçün ən yüngül üsuldur. Başqaları haqqınızda xoşagəlməz şeylər danışdıqda özünüz olmağa davam edin. Heç vaxt başqalarının danışıqlarına sizi dəyişmək imkanı verməyin. Siz hər şeyi ürəyinizə sala bilməzsiniz. Hətta bu sizə şəxsi gəlsə belə. Belə düşünməyin ki, insanlar nəyisə sizə görə edirlər. Onların etdikləri yalnız özlərinə görədir. Ən əsası, heç vaxt sizin kifayət qədər yaxşı olmadığınızı deyərək sizdə təəssürat yaratmaq istəyən adama görə dəyişməyə çalışmayın. O vaxt dəyişin ki, bu sizi daha yaxşı edəcəkdir, sizi daha parlaq gələcəyə çatdıracaqdır. İnsanlar sizin etdiklərinizdən və ya işi nə qədər yaxşı etmənizdən asılı olmayaraq, onsuz da danışacaqlar. Özünüzə görə nigaran olun. Başqalarına görə narahat olmağa dəyməz. Əgər siz nəyəsə inanırsınızsa, onun uğrunda mübarizə aparmaqdan qorxmayın. Mümkünsüz bir şeyin öhdəsindən gəlməklə böyük qüvvəyə sahib olmaq mümkündür.
7. Əgər bir şey baş verməlidirsə, baş verəcəkdir. Siz qışqır-bağırdan, şikayətdən imtina etdikdə və gülümsəyib, həyatınızı dəyərləndirdikdə güc qazanırsınız. Hər bir mübarizədə bir xoşbəxtlik gizlənmişdir. Ancaq siz onları görmək üçün qəlb və ağılınızı açmağı bacarmalı, buna hazır olmalısınız. Siz hər şeyi baş verməyə məcbur edə bilməzsiniz. Siz yalnız çalışa bilərsiniz. Müəyyən vaxtda siz durumu boşlamalı və sizin üçün müqəddər olan şeyin baş verməsinə icazə verməlisiniz. Həyatınızı sevin, intuisiyalara güvənin, risk edin, nələrisə itirərək xoşbəxtlik tapın, təcrübələrdən yararlanın. Bu, uzun bir səyahətdir. Siz nigarançılığı kənara qoymalısınız. Nəticədə siz hara çatmalısınızsa, ora da yetişəcəksiniz.
8. Hərəkət etməyə davam edin. Məyus olacağınızdan qorxmayın. Yenidən sevməkdən çəkinməyin. Qəlbinizdəki cızıqların qabara çevrilməsinə imkan verməyin. Anlayın ki, güc hər gün artmaqdadır. Anlayın ki, cəsarət mədh ediləndir. Qəlbinizdə başqalarının təbəssümünə səbəb olacaq şeyləri tapın. Başa düşün ki, siz öz həyatınızda çoxlu insanların olmasına ehtiyaclı deyilsiniz. Buna görə də daha çox insanla dostluq etməyə can atmayın. Ağır günlər üçün özünüzü güclü edin. Yadda saxlayın ki, həyatda baş verənlər nizam əsasında baş verir. Səhv olduğunuzda boynunuza alın, bundan dərs çıxarın. Hərdən arxaya çevrilib nələr qazandığınıza diqqət yetirin.
XƏBƏR LENTİ
Ermənilər qoşun yeritdi
Hələ yaşamağa dəyər
Məşhur müğənni pul yağışına tutuldu-FOTO
Saç boyasının zərərləri
Bitcoin-in qiyməti 2500 dolları keçdi
Bakı sürücülərinin nəzərinə: yol dəyişdi
Azərbaycandan ABŞ-a etiraz
Bəzi "İPhone" telefonları bloklanacaq
Yeniyetmələrin 15 faizə qədəri yaşlarına uyğun olmayan saytlara daxil olurlar
Serotonin nədir və təbii yollarla necə artırılır
Biskvitlı tort (foto resept)
"Birinci ledi" lərin geyim stilli
Feysbildinq- üz üçün məşqlər
Kişilər hansı qadınlara meyillidirlər?
Kristina Bazan
Dünya üzrə koronavirusa yoluxanların sayı yarım milyonu ötdü
Uşaq aləmi
Yazda cücərdərəm səni…
Kökəlmədən yeyə biləcəyiniz 4 ərzaq
7 addımda gözaltı torbalardan xilas olun!
Yarpız haqqında bilmədiklərimiz
Bakıda küçə sənətçiləri üçün yerlər ayrılacaq
Serbiyada Üzeyir Hacıbəylinin xatirəsi yad edilib
Həftənin ilk iş günü Azərbaycanda hava necə olacaq?
"Qabusnamədən dəyərli sözlər" I hissə
Azərbaycanın bəzi rayonlarında sərt karantin rejimi uzadıldı - SİYAHI
Məşhur ulduz intihar etdi
Jerar Deparde təcavüzdə günahlandırır
İşə velosipedlə getməyin faydaları
"Çelsi" Kostaya 16 milyon təklif edir
"Terminator"un ulduzu vəfat etdi
Tanış olun: dünyanın ən yaşlı insanı odur
4D ultrasəs nə işə yarayır?
Binə hava limanı bağlanır
Şuşanın azadlığını Qurani Kərim, namaz və tortla qeyd etdilər - VİDEO
Bugünkü evliliklərin ən böyük problemi
23 yaşlı gənci övladlığa götürdü, sonra ona ərə getdi - FOTO
Putin ordu rəhbərliyi ilə iclasda: “Siz məndən qorxursunuz yoxsa məni sizdən qoruyurlar?”
Uşağınızın sizi sevdiyini bildirən 7 işarə
Şokoladlı bezeli tort (foto resept)
Əkizlərin festival keçirildi-FOTO
Depressiyada olduğunuzu göstərən 4 xüsusiyyət
Erməni yalanları ifşa edilir
Polis gücləndirilmiş iş rejiminə keçdi
NAMAZ-VI Dərs-Azan və İqamə, Namazın fərzləri
Dazlaşma problemi olanlar, çarə tapıldı
Məryəm Üzerlidən gözlənilməz ETİRAF
Kommunal xərclərlə bağlı yenilik – Adambaşına düşən limit artırılır
Şuşada xəngəl bişirən əsgərlərimiz - VİDEO
Nelson Mandela haqqında bilmədiklərimiz
- ŞƏRHLƏR