Əziz Qadın.Netlilər. Çoxdan istəyirdim ki, sizə aksesuar hazırlamaq haqda xəbər təqdim edim. Çox fikirləşdim ki, nə hazırlayım? Həm hər bir ləvazimat əlinizin altında olsun, həm də çox asan və dəbdə olan bir aksesuar olsun... Nəhayət, belə qərara gəldim ki, sizə bu il ən çox dəbdə olan şambala adlı qolbağın hazırlanmasını göstərim. Məncə, hamımızın evində haradasa saxladığımız muncuqlar var. Onlardan kimdə görsəm nəsə hazırlayıb verirəm özünə. Siz də evdə nə muncuğunuz varsa, götürün və onları dəyərləndirin. Mənim bu gün hazırladığım qolbaqların muncuğu taxta muncuq olacaq. Bəlkə siz taxta muncuğu xoşlamırsınız və ya əlinizdə olan muncuq tam başqa muncuqlardır, fərq etməz, əsas odur ki, bəyəndiyiniz muncuq olsun. Deyəsən çox danışdım, bəlkə başlayaq?
Bizə lazım olanlar:
1) 5-6 ədəd muncuq: istəyə bağlıdır, istəsəniz bunu 1 muncuqdan 10 muncuğa qədər artıra bilərsəniz.
2) İp: bu iplər xüsusilə "çanta sapı" adı ilə satılır, istənilən rəngdə olur, mən qəhvəyi və qara iplərdən hazırladım
3) Qayçı
4) Alışqan (iplərin ucunu yandırmaq üçün)
5) Skoç (hazırlayacağımız aksessuarı rahat hazırlamaq üçün bərkidəcəyik)
1.40 sm uzunluğunda qalın qəhvəyi ip, 30 sm uzunluğunda qara bir az nazik ip, 6 ədəd muncuq və skoç götürürük.
İlk öncə nazik qara ipimizə muncuqlarımızı keçiririk, sonra hər iki ucunu skoç vasitəsilə bərkidirk ki, tərpənməsin və işləməyimizə mane olmasın.
Gördüyünüz kimi ipin bir ucunu qara ipin altından salıb, qəhvəyi olan ipin içindən çıxarırıq.
Və bu düyünləri hardasa 10-15 dəfə təkrar edib təxmini bu uzunluğa qədər toxuyuruq.
Daha sonra muncuqlarin birini yuxarı çəkib onun altına da bu düyünlərdən edirik, mən burda iki düyün etmişəm, siz istəyə bağlı olaraq 2, 4, 6 düyün edə bilərsiniz, yəni iki-iki artıra bilərsiniz. Muncuqların arasında olan bu məsafələri düyünlər əvəz edir və hər dəfə üstünə bir muncuq atıb davam edin.
Bu minvalla davam edirik, muncuqlar bitdikdən sonra əvvəldə neçə düyün atmışıqsa, ən sonda da eyni sayda düyün atırıq və bitdikdən sonra iplərin sonunu yandırmaq yaddan çıxmasın.
Daha sonra isə iki ipi üst-üstə qoyuruq (şəkildə göründüyü kimi) və yeni eyni vəziyyətdə düyünlər atmağa başlayırıq, bu düyünlərin sayını bilmək üçün onu bilək qalınlığına görə ölçüb düyünlər atacaqsınız.
Sonda iplərin hər iki ucunu ya düyün edin, ya da əgər əlinizin altında həmin rəngə uyğun kiçik muncuq varsa, ipin sonuna keçirin. Bir də onu deyim ki, bu qolbağı qola taxmaq çox asandır, ipləri hər iki tərəfdən dartsanız, qolbaq böyüyəcək, biləyinizə keçdikdən sonra ipləri yığmaqla qolbağı bilək ölçünüzə görə yığacaqsınız.
İnşAllah razı qaldınız, bu dəfəlik bu qədər, bəyənsəniz ardı olacaq.
XƏBƏR LENTİ
Uşaqlara MANNA və DÜYÜ sıyığı
Çuğundur və gavalı salatı (foto resept)
Məşhur aparıcıdan ETİRAF
Peraşki (foto resept)
Zövqlü xanımlar üçün
Qadını düzgün dəyərləndirək
Dəcəl Qadın.Net xanımları (2)
Azərbaycanda uşaq bağçaları yenidən açılır? - RƏSMİ
Yağları əridən içkilər
Bu gecə 24 oyun olacaq
İlham Əliyev Varşavada Əfqanıstan prezidenti ilə görüşüb - YENİLƏNİB
Dəbli cins kurtkalar
Gözümüzü qırpmasaq, nə olar?
Bu günün hava proqnozu - 08.11.2013
Petek Dinçöz Şəkiyə gəlir
Yuxuda bizi yoran vərdişlər
İnternetin qiyməti artacaqmı?
Mehriban Əliyeva dünya azərbaycanlılarını təbrik etdi
Murat Dalkılıça Hande Erçeldən dəstək
1963-cü ilin gitarası 400 min dollara satıldı
Planetin ən yaşlı insanı vəfat edib
Yol polisindən sürücülərə xəbərdarlıq
Dahi Stiv Cobs: 59 il əvvəl...
Roma mədəniyyəti - 2
Qonaq otağı dizaynları
Tibbin aciz olduğu xəstəlik- FOTO
Savadsız həkimlərimizin sayı AÇIQLANDI
Körpələr üçün bələklər
Meqan Markl kral ailəsindən ayrılmağın əsl səbəbini AÇIQLADI
Lüks həyatı olan 16 yaşlı Raşid-FOTO
Revmatizma ağrısını aradan qaldıran bitkilər
Dəniz suyunun faydaları
Siena beynəlxalq şəkil mükafatları
Yanvarın 10-dan 11-nə keçən gecə Ay tutulması olacaq
Uşağa nece xeyr demək olar
Güzgüylə dizayn edilmiş otaqlar
104 yaşını 400 nəvə-nəticəsi ilə qeyd etdi - FOTO
Azərbaycanda həkim çatışmazlığı var? - RƏSMİ
Məşhur aktyor müalicəsinə 120 min ödədi-FOTO
2016-cı ilədək çini qabların idxalına görə xüsusi rüsum tətbiq edib
Sağlam pəhrizin incə məqamları
İrem Sak Kvançı təriflədi
Birlikdə keçirdiyiniz vaxt
Mobil qurğular məsləhətçiləri əvəzləyir
Ən yaxşı qısa saç modelləri
Yenəmi eyni hədiyyələr? Biz harada səhv edirik?
“Azəriqaz”-dan sumqayıtlılara şad xəbər
Kəsmikli rulet (foto-resept)
Baş həkim beynəlxalq axtarışa veriləcək
Azərbaycanda bağçalara qəbul yaşı dəyişdirilir
- ŞƏRHLƏR