Dünya, sənin pəncərəndən
Qoy doyunca baxım sənə.
Həyat mənə dar olubdur,
Qayğılarım cox olubdur,
Gözüm sanki kor olubdur.
Görməmişəm səni hələ,
Qoy doyunca baxım sənə.
Nə tez keçdi uşaqlığım,
Nə tez keçdi cavanlığım,
Qonaq gəlir qocalığım.
Doymamışam səndən hələ.
Qoy doyunca baxım sənə.
Qəm-qüssəndən qaçırt məni
O sehirli xalçan üstə
Xoşbəxtliyə uçurt məni.
Göstər mənə gülüşünü,
Yoxusunu, enişini
Bu dünyanın gərdişini.
Doymamışam səndən hələ
Qoy doyunca baxım sənə.
Dünya, sənin sirrin nədir?
Dünya, sənin sehrin nədir?
Əfsanəsən, nağılmısan?
Bir cavabsız sualmısan?!
Axı sənin pəncərəndən
Gedən bir də gələ bilməz.
İstəsən də gələ bilməz,
Səsləsən də gələ bilməz,
İzi qalar, sözü qalar
Bir quruca adı qalar.
Qovma məni pəncərəndən
Doymamışam hələ səndən.
Ölümünü vermə səssiz,
Vermə vaxtsız-vədəsiz,
Qoyma məni pəncərəsiz.
Doymamışam səndən hələ
Qoy doyunca baxım sənə.
Göz yaşları
Axma belə, göz yaşlarım,
Gizlən yenə əvvəlkitək.
Gözlərimdən ürəyimə
Gedən yolla qayıt geri.
Ürəyimin sən isimli
Ümmanına qayıt geri.
O ümman ki, sahilindən
Bir kimsənin xəbəri yox.
Sakit-sakit ləpəsindən
Bir kimsənin xəbəri yox.
O ümman ki, ürək adlı qayasına
Çırpıldıqca nalə çəkən dalğasından
Bir kimsənin xəbəri yox.
Axma belə, göz yaşlarım.
Sən axdıqca alçalıram,
Əzilirəm, kiçilirəm.
Damla-damla axdıqca sən,
Damla-damla əriyirəm.
İstəmirəm qarşımdakı görsün səni.
İstəmirəm heç özüm də görəm səni.
Axma belə, göz yaşlarım, qayıt geri.
Ürəyimin sən isimli
Ümmanına qayıt geri.
Bir kimsənin bilmədiyi
Duymadığı, görmədiyi
O ümmana,
O ünvana,
Öz yuvana qayıt geri....
Müəllif: Nəcibə-Vüsal
Sumqayıt
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
İmtahandan əvvəl düzgün qidalanmaq
Günün ulduz falı
Qalıcı arıqlamağın yolu
Dünyanın ən faydalı 10 yeməyi - siyahı.
"Ermənistanın daxili vəziyyəti Serj Sarkisyanın istefasını aktuallaşdırıb"
Tibb Universiteti şəhid olan məzunlarının adını açıqladı
Prezidentin köməkçiləri tanınmış videoblogerlə görüşdü
Marmelad (foto-resept)
Azərbaycanda ehtiyacı olan tələbələrə müjdə
Hava haqqında
Meqan Fox aparıcılıq edəcək-FOTO
Hansı nazirliklər işçilərə sosial şəbəkələrdən istifadəni qadağan edib?
“Azərbaycanda COVID-19-a qarşı mübarizədə ciddi irəliləyişlər müşahidə etdik” - RƏSMİ
İlham Əliyev ailə üzvləri ilə səs verdi
Ledi Qaqa yıxıldı-FOTO
Karantin rejimi daha bir ay uzadıldı - RƏSMİ
Dedi-qodular bitdi-FOTO
Kvadrat şəkilli dırnaqların dizaynı
Milli Məclisdən "avtoş"lara zərbə!
HAVA necə olacaq?
Arqan yağı maskası
Övladlarını təqlid etdilər - FOTO
Kamçatka vulkanı 5,5 kilometrədək kül püskürdü
Xaçmazın qalmaqallı “Telefonçu qız” abidəsi götürüldü
Kimsəsiz uşaqları sevindirdilər
Azərbaycandakı şizofrenlərin sayı açıqlandı
71 yaşlı sənətçi qoyulan qadağaya əməl etmədi - FOTO
Hazır qidaların zərərləri
Xalq təbabətindən məsləhətlər
Həmyerlimiz Vilnüsdə həmsədr seçilib
Bayden zənginlər üçün vergiləri artıracağını elan etdi
iPhone və iPad üçün çoxdan gözlənilən yenilik
Musiqi məktəblərində xalq çalğı alətlərinə maraq azalıb
Yeyilməyən meyvələr
İlin ən varlı müğənnisi bəlli oldu
Kimlər mütəmadi olaraq tibbi maskalardan istifadə etməlidir?
Şeyma Subaşı da “karantin yastıq çellenc”ə qoşuldu - FOTO
“iPhone”nun yeni modelləri lağa qoyuldu - FOTO
Prezident nazirləri topladı
Sellülit
Şokoladlı portağallı muss (video-resept)
Günün qoroskopu:Diqqətli olun!
Kor olmaq istəmirsinizsə, ondan uzaq durun
Xoşbəxtəm çünki...(5)
Ən təhlükəli adalar
Pınar Altuğ uşaqlıq şəklini paylaşdı-FOTO
Muroveynik peçenyesi (foto resept)
Paltaryuyan maşını kifdən qorumağın ən sadə üsulu
Şarliz Teron oğlunun geyimlərindən danışdı-FOTO
Yeni dayanacaqlar - DÜNYADA İLK DƏFƏ - FOTO
- ŞƏRHLƏR