Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara.
Yalnız, yalnız sağ olanda,
Hər kəs əsl qiymətini bilər onda,
Bu sözlərim düz olmasa töhmət edin.
Sizdən rica eləyirəm milyon kərə,
Şairlərə sağlığında hörmət edin,
Sağlığında heykəl qoyun ölməzlərə...
Gələcəyə çox da ümid bağlamayın,
Sözünüzü sonralara saxlamayın.
Zəhləm gedir sonralardan,
Vaxtsız dinən zurnalardan,
Boşboğazdan, avaradan,
Toydan sonra nağaradan.
Sağlığında sevindirin təmizləri,
Siz həyatda bu amalla addımlayın.
Sağlığında ifşa edin xəbisləri,
Satqınlara sağlığında satqın deyin,
Tülkü deyin tülkülərə, aslan deyin aslanlara.
Sağlığında qiymət verin insanlara...
Hər kəs bilsin öz yerini necə sağdır,
Bu, pislərin həyatını qısaltmaqdır,
Yaxşıların həyatını uzatmaqdır...
Bu nədəndir ölən kimi,
qəlbimizdə Adamlara sevgi, hörmət aşıb-daşır.
Ölən kimi yaxşılar da yaxşılaşır,
Yamanlar da yaxşılaşır...
Çirkinlər də təmiz olur ölən kimi...
Yadlar belə əziz olur ölən kimi...
Xatirələr söyləyirik, nekroloqlar qollayırıq,
Hamısını ucdantutma yaxşı deyib o dünyaya yollayırıq.
Bu gecikmiş xeyir-dua kimə gərək?
Bundan məzar böyüyəcək, ya ölənmi diriləcək?
Xoşum gəlmir bu köhnəlmiş adətlərdən, xoşum gəlmir...
Bu sərdaba sevgilərdən, hörmətlərdən xoşum gəlmir.
İstəmirəm vaxt-vədəsiz şöhrəti mən,
Bir an ömrü milyon qızıl ölüm gələ, dəyişmərəm...
Diri üçün iynə boyda hörməti mən
Ölü üçün min heykələ dəyişmərəm...
Düz deməsəm, onda məni bağışlayın,
Üz tutaram uşaqlara, qocalara, cavanlara,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağ olanda yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara
XƏBƏR LENTİ
Ürək döyüntüsü şüur itkisinə səbəb olur
Demi Lovato hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Günün ulduz falı - 27.08.2013
Boşanma zamanı uşaqların hüquqları necə qorunmalıdır?
Tox tutan qidalar
Sənubər İsgəndərli güclü qadınları başına yığdı
“Barbi”yə bənzəmək üçün... – FOTO
Stil ikonu kimdir?
Yeniyetmə sərbəst güləşçilər Kiyevdə qüvvələrini sınayacaq
Rihanna ana olacaq?
İran Səudiyyədən itkin zəvvarlarını tələb edir
Yaşamaq üçün ən yaxşı şəhər seçildi
Azərbaycanda vergi yığımında dəyişiklik
Viktoriya Bekhem Moda dünyasını Silkələdi-FOTO
Ancaq qadınların bildiyi hallar
Qorxu filmi kimi moda həftəsi
Havayı yaşamağın 10 yolu
İnfiniti –nin iddialı genişlənmə planları zəngin irsə əsaslanır.
Ən asan toyuq salatı (foto-resept)
Hər kəsin qorxduğu qadın-FOTO
1 aylıq körpəsinin fotosunu paylaşdı
Kasilyas almanların gücündən danışdı
Kompüter satışları niyə azalır?
Kral ailələri Azərbaycana istirahətə gəldi
Çoxobrazlı Aygün Kazımova stili
Azərbaycana 23 santimetr qalınlığında qar yağdı
Eynəyinizi üz formanıza görə seçin
Günün ulduz falı
Günün ulduz falı - 22.12.2013
Araik Arutyunyan Azərbaycan Ordusu tərəfindən vurulub - İDDİA
Cennifer Lopezdən maraqlı addım-VİDEO
Şahzadə Diananın qardaşı qızı 60 yaşlı biznesmenə ərə gedir-FOTO
Bengünü Cey Loya bənzətdilər - FOTO
Türkan Şoray Kadir İnanır haqqında İLK DƏFƏ
Çin qəbiləsinin qadınları-FOTO
Mayli Sayrus ərə getdi-FOTO
Saçlarınız qırılır?
İtaliya nəşri Füzulidən reprotaj hazırladı - VİDEO
Gözəllik və cavanlıq vannaları
Qəzaya düşən xalq artistinin bel sümüyü sınıb
Şimal qütbünün təzə sahibi çıxdı
Paşinyan bir saat ərzində iki dəfə Putinə zəng etdi
Görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin doğumundan 106 il keçir
Klublarımız Çempionlar Liqası ilə vidalaşdı
“İnsan mühəndisi” – orijinal yanaşma və gerçək mesaj
Ən ağır dərdləri onlar sağaldır
Gülən insanın yaddaşı yaxşıdır
Neftin qiyməti düşdü
"Sürpriz" buterbrodu (foto resept)
Kişi ətiri seçərkən nəyə diqqət etməli?
- ŞƏRHLƏR