Gülxar bekarçılıqdan lap darıxmağa başladı. Otaqları o baş, bu başa gəzdi, sonra da bədənnüma güzgünün qarşısında durub xeyli qamətinə baxdı. "Deyəsən məni alan olmayacaq. Artıq 30 yaşım var, belə getsə evdə qarıyıb qalacam". Öz-özünə fikirləşdi: "Yəni heç bir oğlanın xoşuna gəlmirəm? Məhlədə gör nə qədər oğlan var, hmm, mənim yaşda olanlar artıq evləniblər. Subay oğlanlar da məndən kiçikdir. Bir oğlan tanışım da yoxdur, yəni elə bir vasitə də yoxdur ki, heç olmasa bir oğlanla tanış olum, bəlkə xoşuna gəldim, kənddə yaşamaq məni lap bezdirdi, şəhərdə olsaydım məni görən çox olardı və tez də bəyənərdilər. Lap fikir aldı onu, sonra yadına düşdü ki, evdə qalan bircə o deyil, ondan başqa qızlar da var , qonşuda, qonşu məhəllələrdə. Ürəyinə bir az toxtaqlıq verdi. İri qara gözlərini lap aynaya yaxınlaşdırdı, aynada gözünün içinə baxmaq istəyirdi ki, birdən yadına düşdü ki, anası ona dükana getməyi tapşırmışdı. Çörək, yağ, qənd və digər ərzaqlar almaq lazım idi. "Elə bil balaca uşağam, dükana da məni göndərirlər, bir də ki, evdə məndən başqa kimsə yoxdur axı, özüm getməliyəm" Pulu və səbəti götürüb evdən çıxdı.
Hava getdikcə istiləşirdi, günortaya az qalırdı. Gülxar ərzaqları almaq üçün qonşu məhəlləyə getməli idi. Yolu bir qədər uzun idi. Xeyli getmişdi, dükana çatmağa az qalırdı. Uzaqdan Güləxanım nənə görünürdü. Küçə qapısının ağzında durmuşdu. Əllərini belinə qoyub yuxarı-aşağı gedənə tamaşa edirdi. Bəzilərini yolundan saxlayıb, nə isə danışır, elə hey üyüdüb tökürdü. Kim idisə söhbəti bitirib Güləxanım nənədən uzaqlaşdı. Tək durub baxırdı, deyəsən yenə də danışmağa adam axtarırdı. Gülxarı ürəyində gülmək tutdu, onunla danışmaq üçün beynindən keçənləri götür-qoy etdi. Artıq nənəyə çatırdı, bir anlıq fikirləşdi ki, görəsən bu arvad xəbəri neçə dəqiqəyə yayır, Güləxanım nənənin bildiyi xəbəri bir-iki dəqiqənin içində bütün kənd bilməlidir. Bəlkə yoxlayım, görüm, bəlkə deyim ki, rəfiqəm Dilşad qaçıb, elə-belə yalandan. Artıq nənəyə yaxınlaşmışdı. Salaməleykum edəndən sonra , "Sən necəsən? Mən yaxşıyam. Bəs sən necəsən? Mən də yaxşıyam". Bu şablon hal-əhvaldan sonra, Gülxar bir anlıq duruxdu, sonra "Güləxanım nənə, deyirlər Dilşad bir oğlana qoşulub qaçıb" deyərək ondan uzaqlaşdı. Güləxanım nənə Gülxarı çağırsa da, Gülxar " Tələsirəm" deyib yeyin addımlarla ondan uzaqlaşdı. Nənəni fikir aldı, görəsən düz deyir, belindəki adyalı möhkəm dartıb arxadan düyününü bərk-bərk çəkdi. Nə isə fikirləşirdi.
Gülxar dükana çatmışdı, ərzaqları almağı bir qədər çəkdi. Alış-veriş edəndən sonra evə döndü. Günəşin istisi adamın lap başına vururdu. İstidən yerimək olmurdu. Birtəhər yaşadığı məhəlləyə çatdı, elə qapının ağzına çatmışdı ki, qonşu qız onu yaxaladı:
- Ay qız Gülxar, deyirlər rəfiqən Dilşad bir oğlana qoşulub qaçıb.
Gülxar bir anlıq əlində dolu səbət yerində ləngər vurdu, iri ala gözlərini biraz da iri açdı, boğazı istidən qurumuşdu, ya nədən idi, elə bil kim isə ortadan iti ülgüclə kəsirdi, qulaqlarında sanki şimşək çaxdı. Nənə xəbəri ildırım sürətilə yaymışdı.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Azərbaycanda onlarla ana və körpəsi koronavirusa yoluxub - VİDEO
Dima Bilan əməliyyat olundu-SƏBƏB
Uşaq otağı üçün nümunələr
Butulkadan ev
Ən çox radiasiya yayan smartfonlar - SİYAHI
Pendirli-şokoladlı tort (foto resept)
Yeni müdafiə naziri general-polkovnik poqonu taxdı
Xanım Qafarova dəfn edildi
"Jozefina" tortu (foto resept)
Kremli peçenye (foto resept)
Dəbli geyimlər
Qadınların seks haqqındakı yanlışları
YUNESKO Komitəsi sənəd qəbul edilib
Cazibədar qadın olmaq üçün
Muncuqla işlədiyim tablolar
Evimizin yaraşığı pərdələr
Qırmızı avtomobillər
Karrinin xeyri və zərəri
Prezident Mərkəzi Bankla bağlı sərəncam verdi
Niyə kişilər özlərindən böyük qadınları seçirlər? - SƏBƏBLƏRİ
Azərbaycana yeni radarlar gətirilir
“Taxt-tac oyunları” -nın məşhur aktyoru koronavirusa yoluxdu-FOTO
Sarımsaq deyib qaçmayın
Kosmosda peçenye bişirdilər - VİDEO
Övladımıza cinsi təhsili nə vaxt verməliyik?
Hava haqqında
Ana südü və əmizdirmə
Rəqəmsal dünya - Estoniya birinci, Türkiyə isə ...
Dekolte bölgələrinə qulluq
Həkim koronavirus xəstəsini qucağında apardı - FOTO
Ermənilər ora da göz dikiblər
"Google" Krımı Rusiyaya verdi
Eva Lonqoriya və platyaları
Azərbaycan üçün böyük qorxu
Çağatay Ulusoyun niyə kökəldiyi məlum oldu-FOTO
Almaniyanın bu şəhərində cəmi 1 avroya illik ev kirayələmək mümkündür
Qoruyucu ruhunuzun sizə göndərdiyi 4 ismarıc
Həkimə baş çəkmə vaxtları
Tərəvəzlərin bahalaşması haqqında RƏSMİ AÇIQLAMA
Məşhur serialda yenilik-FOTO
Adəti ilə diqqət çəkən şəhər-FOTO
Şahzadə və sevgilisi bal ayını Türkiyədə keçirmək istəyir
HAVA necə olacaq?-7 Mart
Qaməti dikəltmək üçün
Kəsilmiş ruletlər (foto resept)
"ASAN" Səyyar xidmət Cəlilabad sakinlərinin xidmətindədir
“Çukur”da yeni aktyor-FOTO
Böyrək daşı şikayəti ilə xəstəxanaya getdi, uşaq doğdu-FOTO
Qiymət artımına nəzarət gücləndirilir
Aslı Enver məşhur aktyorla görüşdü-SƏBƏB/FOTO
- ŞƏRHLƏR