Budur, mənə də iltifat göstərdilər. Büroya gəlmək üçün dəvətnamə göndərdilər və mən də getdim. Büroda hamı mənlə mehriban davranırdı. Çinovnik kartotekadan kartoçkamı çıxardı və "Hm" dedi. Mən də "Hm" dedim.
- Hansı ayağınızdır? - çinovnik soruşdu.
- Sağ.
- Başdan-ayağa?
- Başdan-ayağa.
- Hm, - yenə uzatdı və müxtəlif kağızlara göz gəzdirdi. İcazə verdilər ki, oturum.
Nəhayət, çinovnik ən münasib saydığı kağızda dayandı.
- Məncə, - o dedi, - bu elə sizin üçündür. Əla şeydir. Oturaq işdir. Respublika meydanındakı ictimai tualetlərdə çəkmə təmizləyən. Necədir?
- Çəkmə təmizləyə bilmirəm. Yaxşı təmizlənməmiş çəkmələr ucbatından həmişə cəncələ düşmüşəm.
- Öyrənmək olar, - çinovnik dedi. - Hər şeyi öyrənmək olar. Alman hər şey edə bilər. İstəsəniz, ödənişsiz təlim kursu keçə bilərsiniz.
- Hm, - dedim.
- Nə deyirsiniz, yarayar?
- Yox, - dedim. - İstəmirəm. Belə gəlir məni qane etmir.
- Siz dəli olmusunuz, - mülayim şəkildə və mərhəmətlə dedi.
- Dəli olmamışam, heç kim mənə kəsilmiş ayağımı qaytara bilməz. Hətta siqaret satmağa da icazə vermirlər. İndidən imkan vermirlər.
Çinovnik stula yaslandı və sinəsini hava ilə doldurdu.
- Əziz dost, - başladı, - sizin ayağınız dəhşət bahalı ayaqdır. Kartoçkada göstərilib ki, iyirmi doqquz yaşınız və sağlam ürəyiniz var, ümumiyyətlə, amputasiya edilmiş ayağınızı nəzərə almasaq, daş kimi oğlansınız. Siz yetmiş il yaşaya bilərsiniz. Zəhmət olmasa, hesablayın görün bu nə qədər edir: hər ay yetmiş marka, on iki dəfə və bunları yaşayacağınız qırx bir ilə vurun; deməli, yetmişi on ikiyə, sonra qırx birə. Bunları hesablayın və üzərinə faizi də əlavə edin və nəzərə də alın ki, təkcə sizin ayağınız belə deyil və ehtimal var ki, uzun ömür sürəcək tək insan da siz deyilsiniz. Siz isə çox gəlir əldə etmək istəyirsiniz! Bağışlayın məni, ancaq siz havalanmısınız.
- Cənab, - deyərək mən də stula yaslandım və sinəmi hava ilə doldurdum, - görünür ki, siz mənim ayağımı layiqincə qiymətləndirmirsiniz. O, çox bahadır, dəhşət baha. İş burasındadır ki, təkcə ürəyim sağlam deyil, başım da işləyir. Diqqətlə qulaq asın.
- Vaxtım çox azdır.
- Qulaq asın! - dedim. - İş burasındadır ki, ayağım indi elə də pis təqaüd almayan çoxlu insan həyatı xilas edib.
Bu belə olmuşdu: tək-təhna ön tərəfdə uzanıb düşməni gözdən qoymamalıydım ki, bizimkilər vaxtında aradan çıxa bilsinlər. Arxa cəbhədəki ştablar tez-tələsik yığışdılar, ancaq nə lap tez, nə də lap gec əkilmək istəyirdilər. Vaxtında olsun istəyirdilər. Əvvəl iki nəfər idik, ancaq ikincini çox tez öldürdülər. Ona daha xərciniz çıxmayacaq. Düzü evli idi, amma arvadı sağlam idi və işləyə bilər. Ona görə narahat olmağınıza dəyməz. O, büdcəyə ucuz başa gəldi. Cəmi bir ay xidmət etmişdi və bütün xərcləri bir poçt kartı ilə əsgər suxarı payokunda cəmləşdi. Namuslu əsgər idi, ən azından özünü qaydaya uyğun öldürməyə icazə verdi. Belə, tək qaldım, qorxuya qatlaşdım, sümüyümə kimi dondum və artıq yorulmuşdum, qərarə gəldim...
- Vaxtım çox azdır, - çinovnik təkrar edib karandaşını axtarmağa başladı.
- Yox, siz qulaq asacaqsınız, -dedim. - Ən maraqlısı indi başlayır. Belə, elə ki, özümü buraxdım, birdən ayağımla bağlı bu hadisə baş verdi. Ayağa qalxa bilmədiyimdən fikirləşdim: onlara siqnal edərəm; siqnal etdim və bizimkilər əkildilər, növbə ilə, səliqə ilə, əvvəlcə diviziya, sonra polk, sonra batalyon və s., necə lazımdır o ardıcıllıqla. Məni isə axmaq bir vəziyyət alındı - məni götürmək yadlarından çıxdı, başa düşürsünüz? Çox tələsirdilər. Doğrudan axmaq vəziyyət alındı: ayağımı itirməsəydim, onların hamısını öldürəcəkdilər: generalı, polkovniki, mayoru, necə lazımdır o ardıcıllıqla və onlara təqaüd verməli olmayacaqdınız. İndi ayağımın dəyərini özünüz
hesablayın. Generalın əlli iki yaşı var, polkovnikin qırx səkkiz, mayorun əlli, hamısı bir nəfər kimi özləri sağlam, ürəkləri sağlam, ağılları başlarında. Əsgəri həyat tərzi ilə isə Hindenburq kimi ən az səksən yaşa kimi yaşaya bilərlər. Hesablayın, zəhmət olmasa, yüz altmışı iyirmiyə vurun, sonra otuza, orta hesabla otuz il götürmək olar da, düzdür? Ayağım dəhşət bahalı ayaqdır, bu dünyada ən bahalı ayaqlardan biridir, düzdür?
- Həqiqətən də havalanmısınız, - çinovnik dedi.
- Yox, - cavab verdim, - dəli-zad olmamışam. Təəssüf ki, başım da ürəyim kimi möhkəmdir və çox təəssüf ki, ayağım belə olmamışdan iki dəqiqə qabaq vurub məni öldürmədilər. Gör nə qədər pul qənaət etmiş olardınız.
- İndi deyin görək bu işə razısınızmı? - çinovnik soruşdu.
- Yox, - dedim və oranı tərk elədim.
XƏBƏR LENTİ
Bu evi necə pak etmək olar?
Kartof pəhrizi (3 günə 5 kilo)
Gündəlik geyim nümunələri
Modelin yaşını bilənlər-TƏƏCCÜBLƏNİR-FOTO
Yaddaş zəifliyini necə aradan qaldırmaq olar?
Uşaqlarda nitq geriliyinin səbəbləri
Lənkəran sakini su quyusu qazdırdı, qaz çıxdı - VİDEOREPORTAJ
Əhməd və Fatimənin dastanı: "Kim deyir ki, eşq yoxdur?"
Özünü təmir edən orqan-Qaraciyər
Bakıda nəqliyyatın iş saatları dəyişdirildi
Avstriya "soyqırım"ı tanıdı
Fərqli soyutma (foto resept)
"Timsah göz yaşları"
Başqası üçün sən
Maraqlı xalçalar
Qızı ilə eyni yaşda görünən qadının gözəllik sirləri
Nəmliyini itirən saçlar üçün maska
Köklüyünə görə ayrılan əri barışmaq istəyir
Türkiyə XİN məşhur aparıcıdan yardım istədi
Bakı sakinlərinə həkim xəbərdarlığı
Bu qidaları ac mədəyə yesəniz, daha sağlam olarsınız
FİFA Rusiyaya görə ABŞ-ı rədd etdi
Gün var əsrə bərabər: ötənləri yada salaq
Daha bir ştat 31 mart Soyqırımı Günü ilə bağlı qətnamə qəbul edib
2030-cu ildən gələn adam ŞOK AÇIQLAMA verdi-FOTO
Boğaz ağrısı zamanı HƏKİM MƏSLƏHƏTİ - Təbii resept
Tavada "Lahmacun" (video-resept)
“Eurovision 2019”un keçiriləcəyi şəhər dəyişdirildi
2018-in dəbi nələrdir?
Həyat yoldaşına toxunmaq və ya öpmək dəstəmazı pozarmı?
Sevgili tapmağın yolları
Azərbaycan yollarında cərimələnməmək üçün ən aşağı sürət həddi hansıdır?
Əhaliyə xəbərdarlıq: maqnit burulğanı var
150 illik tarixi bulaq bir gecədə oğurlandı - VİDEO
Yeni Türkiyə gözəli odur - FOTO
Ledi Qaqa pərəstişkarlarını yeni görünüşü ilə təəccübləndirdi - FOTO
Bal ayı adəti haradan gəlib?
Xoşbəxtəm, çünki... - I hissə
Bu mağazada ikisarılı yumurta satılır - mütəxəssislər isə xəbərdarlıq edir - VİDEO
Bayden prezident olmaq istəyir
Ölkəsini peşkəş verən hakimiyyət və susan xalq
Üst geyim dəbi
Pandemiya dövründə boşananların sayı AÇIQLANDI
Qabil Hüseynli: "Ərdoğan öz əkdiklərini biçməkdədir"
10 dəqiqəyə yeni saç düzümü
Şamaxı Rəsədxanasının qapısı qarşısında otel tikilir
Dollar kritik həddə ucuzlaşdı - Manatın məzənnəsinə necə təsir edəcək?
Dövlət büdcəsində təhsil sahəsi üçün nəzərdə tutulan vəsait artırıldı
Facebook videoreklamlara başlayır
Hava haqqında
- ŞƏRHLƏR