Tom Anderson hər dəfə uzun illər əvvəl ölən dostunu xatırladıqca az qala şam kimi əriyirdi. Çünki dostu məktəbdə onunla bir yerdə oynayanda bir qəza baş vermiş və dostu heç gözləmədiyi halda bu qəzada ölmüşdü. Onun bu ölümdə pis niyyəti olmasa belə, o gündən bu yana Tomun üzü qətiyyən gülmürdü.
Məktəbi çox çətinliklə bitirmişdi. O işdən bu işə keçmişdi. Hətta həyat yoldaşı ilə də ayrılmışdı. Ancaq birdən-birə onun həyatı öz axarına düşdü. Köhnə işindən daha yaxşı bir iş tapdı. Bir qədər sonra da həyat yoldaşı ilə barışdı. Bəli, o artıq əvvəlki Tom deyildi.
Bir gün dostlarından biri ondakı bu dəyişikliyin səbəbini soruşdu. O, bu dəyişikliyin səbəbini belə açıqladı. "Ömrüm boyu etdiyimiz səhvi heç kimin və heç nəyin düzlədə bilməyəcəyini düşündüm. Hər dəfə ölən dostumun adı yadıma düşəndə danışırdımsa, susdum, gedirdimsə, dayandım. Mənim bu faciəm həyat yoldaşımla da aramıza sədd çəkdi. Ancaq bir gün hər dəfə qarşılaşmaqdan qorxduğum bir insan qabağıma çıxdı. Bu insan ölən dostumun anası idi. Dostumun anası mənə yaxınlaşdı və dedi:
Oğlum! O hadisədə sənin günahının olmadığını və pis bir niyyətinin olmadığını anladım. Bunları anladığım üçün də uzun illər əvvəl səni bağışladım. Həyat yoldaşın da səni bağışladı. Hətta qohumların, qonşuların, dostların, yoldaşların da səni bağışladılar. İnşəallah çəkdiyin bu vicdan əzabı üçün Allah da səni bağışlayar. Ancaq görürəm ki, Tom Andersonu bağışlamayan hələ bir nəfər də var və o adam sənsən, sənsən, Tom. Tək sən qaldın. Bircə sən Tom Andersonu bağışlaya bilmədin..."
Tom bu sözləri deyəndən sonra kədər və sevinc qarışıq bir ifadə ilə dostuna baxdı və sonra da bu sözləri əlavə etdi:
-Dostumun anası bu sözləri deyəndən sonra başımı qaldırıb onun üzünə baxdım. Sanki, indi o mənə öz oğlu kimi baxırdı və mən ilk dəfə həyatda bağışlamaq, bağışlanmaq nə deməkdir, onu anladım. Ondan sonra da çox şükr ki, hər şey öz yoluna düşdü.
Mən bu hekayəni oxuyanda çox təsirləndim və qərara gəldim ki, sizinlə paylaşım. Bəyəm indi bizim cəmiyyətimizdə belə insanlar azdırmı? Və ya belə analar azdırmı? Dəxli yoxdur ki, nə səhv edirsən, əsas odur ki, vicdanın təmiz olsun və daim vicdanının səsinə qulaq asmağı bacarasan. Bunun üççün isə daim günahlardan çəkinməli və saf qalmağa çalışmalıdır insan.
Bağışlamağı yalnız böyük insanlar bacarır. Böyük deyəndə yaşca və ya titul, vəzifəcə böyükləri nəzərdə tutmuram, mənəviyyatı böyük, geniş olan insanları nəzərdə tuturam.
Bu həyatda başımıza nə gəlirsə gəlsin, unutmamalıyıq ki, yaxşı da pis də Allahdan gəlir və bunların hamısı bir sınaqdır, imtahandır. Bizim vəzifəmiz isə hər günümüzə şükr etmək və daim dua, səbr etməkdir.
XƏBƏR LENTİ
Günün ulduz falı
Putindən Dağlıq Qarabağda yerləşdirilən sülhməramlılarla bağlı FƏRMAN - FOTO
Mətbəxdə tapa biləcəyiniz nəmləndiricilər
Qaçqın və məcburi köçkünlər üçün salınmış yaşayış komplekslərinin aqibəti ilə bağlı AÇIQLAMA
“Verdiyimiz vədlər həmişə gördüyümüz işlərlə üst-üstə düşür”
Həyata sarıl
Əsl ananın əziz xatirəsinə
Yemək insanın xasiyyətinə necə təsir edir?
Payız depressiyası və ondan xilas yolları
Zövqlü don modelləri
Operativ Qərargah xəbərdarlıq etdi
Film üçün tanınmaz hala düşdülər
Lobyalı ət
Cana cəfa, yoxsa dərman kredit
Azərbaycanda tarixi abidə məhv olmaq üzrədir
Ordumuzda yenilik
Rəngarəng saatlar
Dünyanı onlar idarə edir?
Elm də təsdiq etdi: bürclərin insan xasiyyətinə təsiri var
Demet Akalın prezidentlə nə danışdığını Açıqladı
Emoji çanta düzəltmək
Sabah 36Лљ isti gözlənilir
Sən və mən
Azərbaycan Premyer Liqasında koronavirusa yoluxanlar - SİYAHI
42 dərəcə isti olacaq - HAVA PROQNOZU
Mahir sinoptiklər
Azərbaycanda uşaq bağçaları yenidən açılır? - RƏSMİ
Qəbələdə keçirilən mürəbbə festivalının qalibi müəyən olunub
Komada olan boksçu ayıldı
Boyası qaçmış saç diblərini necə gizləməli?
Ancelina Coli ona dəstək oldu-FOTO
Türkiyə prezidentinin bu jesti ermənilərə "tərs şillə" oldu
Hamiləlik dövründə həddindən artıq kökəlməmək üçün...
İlham Əliyev İtaliyanın “La Republica” qəzetinə müsahibə verib - VİDEO
Günün ulduz falı
Cindy Crawforddan enerji verən yaşıl içki
Erməni ordusunda hərbçi qıtlığının çirkin mənzərəsi
Sabahın hava proqnozu
2014-cü il üçün hazırlanan salatlar (1) (foto resept)
Evlərdə çatlar yarandı
Aleyna Tilkinin 15 minlik geyimi-FOTO
Kartoflu piroq (foto resept)
Diabetin dərmansız davası
Dəbli iş qadınları üçün kombinlər
Qayda pozuntuları mobil telefonlara göndəriləcək
Düşmən qruplaşması mühasirəyə alındı - RƏSMİ
Yay üçün hündürdaban ayaqqabılar
İnsan olduğumuzu unutmayaq...
Start
Selena Qomezdən gözlənilməz etiraf
- ŞƏRHLƏR