Bu gün sizə bir sirr açacağam. İnsanlığın xəbərsiz olduğu bir sirr.
Aramızda qalmasın...
Bir səltənətdə güclü sehrbaz yaşayırdı. Bir gün o, sehrli iksir hazırlayaraq onu səltənətin bütün sakinlərinin istifadə etdikləri su hövzəsinə tökür. Bu sudan içən hər kəs dərhal ağlını itirirdi. Ertəsi gün bu sudan içən bütün sakinlər artıq ağıllarını itirmişdilər.
Təkcə şah ailəsindən başqa. Çünki onlar içmək üçün başqa hövzədən istifadə edirdilər və sehrbazın əli o suyu zəhərləməyə çatmadı. Ölkədəki xaos və qarışıqlığı görən şah yeni fərmanlar verdi. Bu fərmanları görən ağlını itirmiş əhali şahı anlamadı və onun ağlını itirdiyi üçün belə ağılsız fərmanlar verdiyini düşündülər.
Əhali qışqırıqlarla sarayı mühasirəyə aldı və şahın taxtdan imtina etməsini tələb etməyə başladılar. Şah öz çarəsizliyini qəbul etdi, taxtı tərk etməyə hazırlaşırdı ki, ağıllarına belə bir fikir gəldi ki, onlar da bu sudan içsinlər. Əgər onlar hamı kimi olsalar əhalinin gözünə normal görünəcəklər. Onlar belə də etdilər.
Az sonra şah ailəsinin onlar kimi düşündüyünü görən əhali öz tələblərindən imtina etdilər, "Şahımız tam normal və ağıllı qərarlar verir" deyə fikirləşdilər.
Ölkədə sakitlik bərqərar oldu, baxmayaraq ki, burada heç kim özünü normal aparmırdı. Şah da ömrünün sonuna kimi ölkəni idarə edə bildi.
Uzun illər sonra sehrbazın nəticəsi yer kürəsindəki bütün suları zəhərləyə bilən iksir hazırladı. Bir gün də bu iksiri çayların birinə tökdü. Bir müddət sonra yer üzərindəki bütün sular zəhərlənmiş oldu. İnsanlar susuz yaşaya bilmədikləri üçün elə vaxt gəldi çatdı ki, bütün insanlar bu zəhərdən dadmış oldular. Tezliklə bir nəfər də ağıllı insan qalmadı. Hətta doğulmamış körpələr belə ana bətnində artıq ağıllarını itirmiş olaraq doğulurdular. Amma insanlar bundan xəbərsizdirlər. Lakin, bəzən yer üzündə elə insanlar doğulur ki, onlara bu zəhər təsir etmir. Onlar normal doğularaq, normal da düşünərək yaşayırlar. Bu normal insanlar, hətta digər insanlara onların hərəkət və qərarlarının ağılsız olduğunu anlatmağa çalışırlar. Amma adətən onları ağılsız sanaraq anlamırlar.
Diqqətlə baxın, əminəm ki, ətrafınızda belə "normal" insanlar var, çox vaxt onları "Elə bil aydan gəlmisən", "Sanki bu dünyanın adamı deyilsən", "Hansı zəmanədə yaşayırsan", "Dəlidir bu" kimi ifadələrlərlə qarşılayırıq.
Bir düşünək görək, kimdir ağılsız?
XƏBƏR LENTİ
"Kupça"sız əmlaka görə vergi verilməlidir?
Ürküdücü yerlər-2
Günün ulduz falı
Tuba Büyüküstün yeni serialda-VİDEO
Məktəbə gedən uşaqları virusdan belə QORUMAQ OLAR
Telekanallarda monitorinqlər başlanıldı
Winamp tarixə qovuşur
Quru dəriyə qulluq
Nazirdən Vətən Müharibəsində şəhid və əlil olmuş şəxslərlə bağlı VACİB AÇIQLAMA
Gələn il “BakıKart”ın yeni növü hazırlana bilər
Ataları fərqli olan əkizlər
Bu, tutuquşu deyil - FOTOSESSİYA
İyunun qeyri-iş günləri məlum oldu
Meray Keri ad gününü belə qeyd etdi - FOTO
Maaş artımı haqqında RƏSMİ
Hava haqqında - 28.01.2014
Novruz bayramı günlərində əhali hansı regionlarda istirahətə üstünlük verir?
Rusiyada avqustda qar yağdı
Azərbaycan kino tarixində bir İLK
Ötən gecə qanlı Ay vardı - FOTO
Bu il Azərbaycanda neçə nəfərə sürücülük vəsiqəsi verilib? - STATİSTİKA
Edam hökmü verilmiş azərbaycanlı milyarder haqda ŞOK faktlar
Stiv Cobs belə demişdi
Meyvəli 3 dəri maskası
Bütöv Azərbaycanın dialektoloji atlası hazırlanır
Dişlərinizi onunla qoruyun !
NASA Aya gedəcək heyəti açıqladı
"Facebook"dan möhtəşəm yenilik
Mətbəx mebelləri
Bakı polisi paytaxt sakinlərinə müraciət etdi
Günün ulduz falı
Bir gündə üç kitab təqdim ediləcək
Gəlin obrazı
Bürcünüzə görə hansı işdə işləməlisiniz?
İnsanların gözü qarşısında pitonunu çayda çimdirdi – VİDEO
2050-ci ildə kosmik lift istifadəyə veriləcəkgünün
Əlillərə və şəhid ailələrinə xoş xəbər
Filmə baxdıqdan sonra xəstəxanalıq oldu - FOTO
"Plyonka"ya icazə veriləcək?
Həftənin ilk iş günü yağışlı olacaq
Tramp 2 milyon dollar cərimələndi-SƏBƏB
Fərqli ayaq bilərzikləri
Windows Phone-da da İnstagram olacaq
Zəminə Əliqızı vəzifəsindən azad olundu
Moskva od tutub yanır
Məşhur aktrisa məsxərəyə qoyuldu-FOTO
Gümüş dəstləri
Dərimizi soyuqdan qoruyaq
Muratla Hande barışdı
Beren Saat həftəyə 200 min qazanır
- ŞƏRHLƏR