O ilk dəfə ‘Akademi Türkiyə’ deyilən bir star yarışmasında tanındı.
Mən o verlişə ilk dəfə baxanda Barış hamıdan sakitliyi ilə,uzun saçları ilə,qoluna,boynuna taxdığı maraqlı bəzək əşyaları ilə seçilirdi.Heç kimlə danışmırdı. Hamı gülüb danışanda,bir yerə yığışıb mahnılar oxuyanda o qarışmırdı,tək otururdu. Istər istəməz diqqət çəkirdi onun belə tənhalığı. Günlər keçdikcə başladı Barışın səsi çıxmağa. Sən demə bu müddət ərzində o kənardan seyr edirmiş ki,görüm kim-kimdi.
Rock janrında oxuyurdu. Yarışmada iki həftədən bir birinci yeri tuturdu. Yarışmanın bir qaydası var idi ki,bir həftə birinci yer olan o biri həftə artıq birinci ola bilməzdi. Yoxsa o hər həftə birinci olardı. Nəysə onlar aylarca o verlişdə oldular. Bir evin içində yaşayırdılar. Gecə gündüz canlı yayımla o evin içində kameralar çəkiliş edirdi. Mənim də günüm televiziyanın qarşısında keçirdi. Bütün gecəni oturub onlara baxırdım. Verlişə baxırdım amma, mənim verlişə baxmaq səbəbim Barış idi. Sırf o var idi deyə bütün günü izləyirdim. Aylar keçdi və Barış yarışmanın birincisi oldu. Sevincimin həddi hüdudu yox idi. Evdəkilər də mənimlə birgə Barış heyranı olmuşdular.
Artıq Barış evimizin bir sakini kimi olmuşdu. Harada onun qatıldığı verliş gedirdisə hamımız ona baxırdıq.
Barış artıq məhşur olmuşdu. İlk albomu çıxmışdı. Seriala çəkilməyə başladı. Bu arada ikinci albomu da çıxdı. Mən sırf onun original albomunu əldə etmək istədiyimə görə Türkiyədən hər iki albomunu,şəkillərini aldırmışdım. Otağımda divara onun şəkillərini vurmuşdum.
Mənim onu bu qədər çox sevməyimə səbəb onun insan olaraq möhtəşəmliyi idi. O qədər müsbət xarakterə malik idi ki,adam deyirdi ürəyin istəsən çıxarıb verər. Hər zaman gülərüzlü idi. Birdən birə elə məhşur olmağı onda qətiyyən eqo yaratmadı.
Və 29 iyun günü (həm də onun doğum günü idi) xəbərlərə baxdığım zaman,alt yazı olaraq <<gənc sənətçi Barış Akarsu Bodrum 4 yol qovşağında ağır avtomobil qəzası keçirib>> deyə bir yazı getdi. Əvvəl mənə çatmadı. Bir an Barış Akarsunun kim olduğun unutdum. Yazı təkrarlananda dik atıldım. Amma yenə də ciddiyə almadım. Yəqin yüngül bir şeydi,xəbərlər həmişəki kimi böyüdür dedim. Amma belə deyildi. Aparıcının Barış Akarsunun qaldırıldığı xəstəxanadan canlı yayıma qoşuluruq dediyi an işin ciddiliyin anladım. Dünya başıma fırlanırdı. O anlar nə etdiyimi anlamırdım. Həm ağlayır,həm qışqırırdım. Barış sevərlər,məhşur sənətçilər xəstəxanaya axın edirdilər. Mənim əlim çatmırdı. Sadəcə dua edə bilirdim. Barış komada idi. 6 günə yaxın komada qaldı. Son günlər artıq həkimlər ümüdsüz danışmağa başlamışdılar. 5ci gün həkimlər açıqlama verdi ki,artıq böyrəkləri fəaliyyətini dayandırır. Və iyulun 4ü gecə saat 11ə işləmiş həkimlər canlı yayımla Barışın öldüyünü açıqladı... Evdə tək idim,nə edəcəyimi bilmirdim. Həyatımın ən acı xəbəri idi. O günə kimi mən belə acı yaşamamışdım. Sevdiyin bir insanı itirməyin nə olduğun o gün hiss etdim. Günlərcə ağladım. Stressdən ayaqlarım tutuldu. Ağlamaqdan gözlərimə,qulağıma infeksiya düşdü.1 aya yaxın xəstə yatdım. Bu müddət ərzində bütün kanallar Barışdan bəhs edirdi. Onun son müsahibəsini verirdilər,qəzadan biraz əvvəl çəkdirdiyi şəkili,qaldığı otelin qarşısında çəkilən videonu verirdilər. Xaricdən gəlmiş turistlərlə şəkil çəkdirir və burdasızsa daha çox görüşərik dedi və sevdiyi qız İstanbuldan Bodruma onun doğum günü üçün gəlirmiş,onu qarşılamağa hava limanına getdi. Dönüşdə sevgilisi sürüb maşını,qəzanı da o edib. Bodrumda serialın çəkilişləri üçün qalırdı. Aktyor yoldaşları ilə birgə gəmidə keçirəcəkmiş doğum günün. Amma qismət olmadı...
Barış bir fırtına kimi,burulğan kimi gəldi və anidən yox oldu. 3-4 il çəkdi Barışın gəlməyi ilə getməyi. Amma o bu bir neçə il ərzində milyonlarla insanın qəlbində taxt qurdu və heç vaxt unudulmayacaq.
Bu şəkili qəzaya düşdüyü gün çəkdirmişdi.
XƏBƏR LENTİ
Daha bir ölkədə koronavirus mutasiyaya uğrayıb
Müraciət edənlərin sayı 23 mini keçdi
Castin Biberdən gözlənilməz AÇIQLAMA
Səhranın gözəlliyi
Kökəlmək istəyənlər bunları yesin - TÖVSİYƏLƏR
Kriştianu Ronaldudan inanılmaz fədakarlıq
Tatuaj necə silinir?
Nazirdən müharibə mesajı
Kişilərin inanılmaz xəyanət bəhanələri
Adriana Lima Metin Haranı sildi
DİQQƏT! Bu telefonlarda WhatsApp İŞLƏMƏYƏCƏK
55 yaşlı qadın üçəm dünyaya gətirdi
Müasir oğlan
Kayli Cenner rəfiqələrindən kömək istədi-SƏBƏB
Hər qadına 5 dost
Günün qoroskopu: Hisslərinizi cilovlayın!
Vanna otağında qara rəng trendi
Təbii gözəllik vasitəsi: Hind Yağı
Talassemiya xəstələrinin artmasının SƏBƏBİ açıqlandı
Düşmən cəbhədə mülki əhalini və yaşayış evlərini hədəf aldı - RƏSMİ
Özge Ulusoydan ayrılıq xəbəri
Mərci salatı (foto resept)
Bu həşəratları öldürərək təbiətə zərər veririk!
Saçları seyrəldən 5 vərdiş
“Twitter” satışda - Kim alacaq?
Hər zövqə uyğun paltarlar
Fotoşəkildə gözəl görünməyin 5 Yolu
Bu şəxslər ali məktəblərə müsabiqəsiz qəbul olunacaq
Qadınların cavan qalmasına kömək edən məhsullar
Rusiyalı rəssamın əl işləri
Nokia Lumia insanı xilas etdi
Maşınlar Bakının mərkəzində saxlanılarsa
Məşhur aktyor ata oldu
Günün qoroskopu: Münaqişə etməyin!
Microsoft daha onları yeniləməyəcək
"Çukur"un yeni mövsüm tizeri - Video
Dünyanın ən yaşlı əri öldü - FOTO
Bu cür insanlardan UZAQ DURUN!
Hava haqqında
TQDK-dan müraciət
TƏBİB əhaliyə müraciət etdi
Gündəlik salat (foto resept)
Şəkərli sadə peçenyelər (foto resept)
Hər gün bu tərəvəzi yeyən insanda xərçəng olmur
Bəşər Əsəd dürüstlük testindən keçdi
Berkay AÇIQLAMA VERDİ
Zakir Həsənov: "Düşmənə on qat zərbə vurulacaq”
Məşhur aktyor “Çukur” serialına qayıdır
Bakıda evlər ucuzlaşdı
Elektrik dirəklərini bəzədilər
- ŞƏRHLƏR