80-lərdə doğulub, 90-larda uşaq olmanın bir başqa aləmi vardı.
Xatirələr bitib tükənməzdir. Hələ-hələ 90-cı illərdirsə... Uşaqlıq illərimin yadda qalan xoş, maraqlı günləri deyərdim buna. Bütün bunlara o qədər alışmışdıq ki, daha yaxşı günlər arzulamırdıq indiki kimi. Hər şey olduğu kimi gözəl idi. Xüsusən, yay tətillərini xatırlayıram, bu sadəcə kücədə oyun oynamaqdan ibarət idi. Bəzən kəndə gedərdik, bu bizim yay tətilimizi şənləndirərdi. Məktəb başlayanda “Mən yay tətilimi necə keçirdim “mövzusunda inşanın mövzusunu əks etdirərdi. Kimin babasının bağında daha çox çeşidli meyvələr olardısa, demək onların tətili daha yaxşı keçmiş olurdu. Hər kiçik şeylərlə xoşbəxt olmağı bacaran pozitiv uşaqlar idik.
Məsələn televizorumuz var idi, ancaq AZTV 1-i göstərirdi. Bəzən rus kanalı ostankinodan Mariannaya baxmaq üçün nə əziyyətlər çəkirdik. Anteni mütləq çoldən biri burub fırlatmalı idi ki, içəridəkilər rahat kinoya baxa bilsinlər. Millimetr söhbəti idi ki, ekran pozulurdu. Xışıltılı səslə də olsa filmə baxa bildiysək, bu sevindirici olurdu. Nəhayət bir gün atam təzə Sovet istehsalı televizor aldı, ORİZON. O gün elə çox sevinmişdik ki, rtıq normal şəkildə rus kanallarına baxa biləcəkdik. Üstündə balaca düzbucaqlı bir yararsız alət də qoymuşdular. Guya içinə batareya qoysan kanalı çevirəcəkmiş. Üstündə neçə dənə düyməsi varsa, baş şişər. Kimdi bunun üstündə baş sındıran. O lazımsız şeyi atmağa əlimiz gəlməsə də, televizorumuz əldən düşənəcən onun üstündə qaldı.
Çox uşaqlı ailə olmanın avantajları var idi. Kanalları çevirməyə evin ən kiçiyi baxardı. Bizim evin kiçiyi dəymədüşər olduğu üçün bu iş çox vaxt kiçikden böyüyə, yəni mənə düşərdi.
Axşamüstülər küçədə elə oyunlar oynayırdıq ki, həm də heç savaşmadan... Oğlanlı,qızlı hamı bir–birinə qarışardı. Bəzən ekslüziv qərarlar verirdik. Məlum o zamanlar addımbaşı qazlı, sərin içkilər, morojnalar satılmazdı. Hamı evə qaçıb pul gətirər, qazlı “dvoynoy” su içmək üçün bir kilometr qaçib rayon mərkəzindəki su satan butkaya gedərdik və yenə qaçaraq evə tələsirdik. Təbii ki, gəlincə boğazımız yenə quruyardı. Yaxud da dondurma almaq üçün rayonda yegane dondurma satılan yer “şəhər” adlanan bir yerdə idi və uzaqdı. Biz evdən götürdüyümüz plastmaz oyuncaq vedrələrimizlə dondurma almağa gedərdik, amma yolda yememeliydik. Dondurmalarımız ərisə belə tələsik evimizə catıb bir yerdə yeməliydik. Mən oyuncaqlar plastmas vedrələr dedim... İndi yol kənarlarını “bəzəyən”, küçələri zibilliyə çevirdiyimiz o “pinqvin”, ya cürbəcür torbalar o vaxt yox idi. Bazara gedən nənələr özlərilə zənbil aparmalı idilər. Hər şeyimizi qoruyurduq, sındırmırdıq, itirməməyə çalışırdıq, çünkü tez-tez alınmırdı bizə əşyalar.
Gizlənqaç oynamaq üçün havanın bir az qaralmasını gözləyirdik. Qonşu Jenya xalanın həyətini boyumuzca ot basmışdı. Ən gözəl gizlənmə yeri ora idi, 5-6 uşaq yerləşirdi, amma axtaran kim idisə qorxusundan ora yaxınlaşa bilmirdi tək. Hə bir də tapıldıqdan sonra umanı “yandırmaq” üçün köynəyini dəyişənlər də olurdu.
Bir də küçəmizdə Adil adlı bir orta yaşlı oğlan vardı. Əvvəllər imkanlı, tərbiyəli, ağıllı biri imiş deyilənə görə. Bizimçünsə o “dəli Adil” idi. Başqaları ondan qorxurdu. Qapıları döyüb çörək istəyirdi qonşulardan. Kimi verirdi, kimi vermirdi... Bəzən məcbur olanda dirəşib getmirdi, çox ac olduğu üçün çörək almağa məcbur idi. Nənəm onu heç vaxt boş qaytarmazdı. Çünkü çoxdanın qonşusu idilər, istək mehribanlıq var idi qonşularla aralarında. Adilin çörəyi alar-almaz acgözlüklə yeməsi heç gözümün önümdən getmir. Hər gün biz uşaqlarla klas-klas oynayarkən yanımıza gələrdi, baxıb gülürdü. Hələ mənə şeir də qoşmuşdu. Hər dəfə də deyirdi o şeiri. Bizdə hər dəfə gülüşürdük. (yaxşı yadıma düşdü. Hər zaman mənə şeir yazılmasını istəmişəm. Sən demə var imiş. Əhsən, Adil)
Kubuş, Kubuş olubdu, xəbəri yox oğlanların.
Hamıdan gözəl olubdu, xəbəri yox oğlanların.
Mən də küçədə oynamaqdan çirklənmiş, tozlu paltarlarıma, qıvırcıq qara saçlarıma, günəşdən yanmış dərimə baxmayaraq, özümü gözəl hiss etmişdim bu şeirə görə. Sonralar o birdən birə yoxa çıxdı... Heç doğrusu onun yoxluğunu heç kim hiss eləmədi. Eşitdik ki, hardasa ölüb qalıbmış. Daha onu kim dəfn etdi, necə etdi kimsə bilmirdi. Kimə lazım idi axı, o ,valideyninə belə...
Evimiz məktəbə yaxın olduğundan, müəllimlərimizin yolu küçəmizdən keçirdi və biz müəllimimizi görüb, oyunumuzu saxlayardıq. Klas-klas daşlarımızı yerə atıb, divarın dibinə düzlənib, müəllimizin bizə çatmasını gözləyirdik salam vermək üçün. Xorla salamlayıb, qarşılığını alınca da sıranı pozmazdıq ta ki, müəllim uzaqlaşınca.
90-larda uşaq olmaq saflıq idi. Daqılmış sovet rejiminin vermiş olduqu tərbiyənin son damlaları idi bizim uşaqlıq dövrümüz. Biz ən son nəsilik o dövrdən qalma...
Kübra İ-va
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Meyvələrdən canlı obrazlar yaratdı
Kıvanç Tatlıtuğ
Demetin son halı sevənlərini məyus etdi-FOTO
Erməni komandir: "Qısamüddətli müharibə ola bilər"
İmtahanların nəticələri açıqlandı
ANAMA və DİN-dən əhaliyə təhlükə XƏBƏRDARLIĞI - VİDEO
"Forever" filminin çəkiliş meydançasında bomba tapıldı-FOTO
XX əsrin faciəsi: Xocalı soyqırımından 23 il ötür -Video
Azərbaycanda ötən il 514 nəfərdə İİV-ə yoluxma aşkarlandı
Jan Klod Van Damm başlatdığı kampaniya ilə hər kəsin diqqətini çəkdi
Rəcəb Tayyib Ərdoğan nazirlərlə səfərə çıxdı
Yayın qorxulu dəbi: gəlin arıqlayaq!
“Fənərbaxça”nın qapıçısına həbs şoku
"Bakı metropoliteni"ndə İLK - FOTO
Dəbli koftalar
Niyə qadınlar daha çox yaşayır?
Qış ayları üçün manikür modelləri
Dr.Ender Saraçdan beyin sağlamlığı ilə bağlı tövsiyələr
Ramil Usubov gənc polislərə sıra baxışı keçirdi
Məşhur aktrisadan gözlənilməz AÇIQLAMA
Türkiyə Suriyaya 11 yük maşın humanitar yardımla göndərir
Günün qoroskopu: nigaranlığa, narahatlığa səbəb var
Süd əmməklə məhrəm olmaq olarmı?
Hava şəraiti kəskin dəyişəcək, qar yağacaq
Yeni "Terminator"o olacaq-FOTO
Rəqsi sevənlər üçün 7 film
Azərbaycan şəhidlərini andı - VİDEO
"WhatsApp"da YENİLİK!
Kenan Doğulu və Beren Saat boşanır?
Soyuqdəyməyə qarşı nə etməliyik?
Vinni Puxun pələngi tapıldı - FOTO
Əbədi sevgi
İrina Bokova ikinci dəfə YUNESKO-nun baş direktoru təyin edilib
Eminemdən ikinci Dünya Rekordu-VİDEO
Səhərlər şişən gözlər üçün təbii həll
Yer üçün təhlükə: sentyabrın 1-də...
Məşhur aktyor ata oldu-FOTO
Tibbi hədislər
Hava haqqında
Səhər yürüyüşlərinin sağlamlığa 4 faydası
Azərbaycan tarixindən yüz şəxsiyyət-69
Andaluzit
Bülbülün vəfatından 53 il ötür
Bu müəllimlərin maaşı hələ artırılmayacaq
Günün qoroskopu: həftənin ən anlaşılmaz günüdür
Qara nöqətələrə qarşı ən effektli maska
Dəbli gəlinliklər
Zeynəb Xanlarova illər sonra ilk dəfə-FOTO
Barak Obamanın xanımı prezident olmaq istəmir
Vərəm xəstələrinə pulsuz verilən dərman aptekdə pulla satılırmış
- ŞƏRHLƏR