“Bezginlik!” Görəsən belə bir söz varmı Azərbaycan leksikonunda? Bəlkə də yox. Niyə bu yerə qədər heç bir kəsin ağlına gəlməyib bu söz?! Amma mən bu sözü birdən-birə heç özüm də bilmədən özüm kəşf etdim. Hər necə olursa-olsun, bu hal məndə çox tez-tez baş verir. Bezirəm hər şeydən. Düşmən kəsilirəm məni əhatə edən nə varsa hər şeyə. Ətrafımda hündur sədlər, divarlar çəkilir sanki. Mən də qalıram tək...
Çıxmaq istəyirəm, yarıb keçmək istəyirəm bütün maneələri. Bacarmıram. Bütün haqsızıqları dəf etmək gücünü özümdə tapmadıqda ağlayıram... Dərdlərim, üst-üstə qalaqlanmış nisgilim göz yaşlarımla qəlbimə süzülür. Bir özüm görürəm, bir də Allahım...
“Balaca qara balıq” hekayəsini hələ uşaq ikən oxuyanda o hisslərin hamısını yaşamışdım. İstəmədiyin cəmiyyətdə yaşamağın nə demək olduğu xəfif bir sızıltı tək keçmişdi qəlbimdən o an... Nə biləydim ki, vaxt gələcək, mən də onun yaşadıqlarını yaşayacam istəmədən... Mən də onun kimi kiçik bir gölməçəyə məhkum olmuşam. Elə hey çapalayır, çıxa bilmirəm, çıxmağa can atdıqca daha da dərinə batıram...
Özümlə məni əhatə edən cəmiyyət arasında dərin bir uçurum var. Elə bir uçurum ki bunu mənim kimi tam dəhşətiylə təkcə özüm anlayır və anladıqca daha da əzab çəkirəm. Hərdən mənə elə gəlir ki, bu kabusdan qurtuluş yoxdur. Məhkumam bu həyata. Elə hey təkrarlardanmı ibarətdir mənim həyatım?!
Bütün təbii proseslərdə özümə uyğun nəsə tapıb kədərlənirəm. Saxta təriflər, şit söhbətlər eşidib əriyirəm.Yaşımın üstünə yaş gəldikcə yaşamaq mənə daha çətin gəlir....
Kaş bir dəniz sahilində olaydım... doyunca hönkürərdim... Tökərdim illərin nisgilini qəlbimdən... Dalğaların səsi səsimə qarışıb gizlədərdi hıçqırtımı... Bir dağ yamacında olaydım... Qışqırardım səsim çatdığı qədər... Səsim qayalara çırpılıb əks-səda ilə ətrafa yayılardı...
Elə vaxtlar da olur ki, birdən buludlar səmadan çəkilir, bayaqkı qalın divarlar yıxılır, mən xilas oluram. Bəlkə də bu bir xəyaldır, amma ümidim varsa, demək hələ yaşayıram. Kim bilir bəlkə də... bu mən deyiləm, ruhumun harayıdır... ”Bezginlik hallarım”ın qəlbimdə iz salmış acı xatirəsi...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
İŞİD Azərbaycanın şimal sərhədində
Yeni Zelandiyada şəhər satışa çıxarıldı
Burak “Diriliş Ərtoğrul”-da - FOTO
Eurovision-2019-un sloqanı məlum oldu
İdman edərkən diqqət etməli olduğunuz 5 qayda
"Beşiktaş"ın matçından sonra güclü partlayış: 29 ölü, 166 yaralı
Həsənağa Turabovun 75 illik yubileyi qeyd olunacaq
NASA yadplanetlilərin özlərinin, evlərinin və gəmilərinin şəkillərini çəkib
Kremli qarğıdalı şorbası (foto-resept)
Hava yağmursuz olacaq
Məşhur aktrisa efirlərə qayıdır-FOTO
Koronavirusdan ölənlərin meyitlərində gözlənilməz dəyişikliklər
Azərbaycanda daha 5 nəfər koronavirusdan vəfat etdi - 534 yeni yoluxma
Sehirli uşaq kostyumları
Döş xərçəngindən qorunun!
Faydalı məsləhətlər
Dekorasiyada qırmızı rəng
40 il əvvəl "Microsoft" yarandı
iWatch-ın satılacağı vaxt açıqlandı
Keyt Hadson qızına babasının adını qoyub-FOTO
Bakı Metropolitenindən bu yaşda olan sərnişinlərə SÜRPRİZ
Super modellərin dueti
Güclü münasibətin 4 qaydası
Azərbaycanın sürüşmə və subasma təhlükəsi olan əraziləri AÇIQLANDI
Məşhur küçəyə logerlər buraxılmayacaq-SƏBƏB
Bakıda sürücülərə xoş sürpriz
Ombudsman müraciət etdi
Neymar şou göstərdi, "Napoli"dən pir qələbəsi
Dəyərli işçini necə saxlamaq olar?
Prezident: “Bu münaqişə bizim təkcə İtaliya ilə yox, heç bir ölkə ilə münasibətlərimizə təsir etməyəcək”
Zəifləmiş saçlar üçün maska
Azərbaycanda hava şəraiti dəyişəcək, qar yağacaq
Nazirlik: Növbəti dəfə 190 manatın verilməsinə başlanıldı
Azərbaycan Müdafiə Nazirliyi: “Motoatıcı alayın komandiri məhv edilib”
Şuşaya ruhani dönüş: İllər sonra ilk cümə namazı qılındı - VİDEO
Günün ulduz falı
Bakıya duman gəlir
Yer kürəsi yenə təhükə altındadır-VİDEO
Bakıda şimal küləyi əsəcək, rayonlara qar yağacaq
Qadınlarda menopauza və müalicəsi
Gəncədə Qafqazda analoqu olmayan ət kəsimi sexi tikilir
Cennifer Lopez fanatını sevindirdi-FOTO
Kiyevdə etirazçılar Müstəqillik meydanına çıxan bütün yolları bağlayıblar
Ayaqqabı almadan necə yeni ayaqqabıya sahib olmalı?
Pluton planeti haqqında bilmədiklərimiz
Bel yırtığı əməliyyatı (2-ci hissə)
Badamlı kök piroqu (foto resept)
"J" və "K" hərfləri ilə başlayan adların mənası
Sabah daha bir asteroid Yerə yaxınlaşır
Qadından içi 14 litr maye ilə dolu nəhəng şiş çıxarıldı
- ŞƏRHLƏR