Deyin hansı ayda doğulmusunuz, deyim sizi nə gözləyir. Bu yaxınlarda Amerika alimləri insanın gələcək taleyinin doğum ayı ilə bağlı olduğunu aşkarlayıblar. Belə ki insanın çəkisi, boyu, optimist, yaxud pessimist olması onun hansı fəsildə anadan olmasından asılıdır. Məsələn, baharda doğulanlar ən ağrılı, yayda doğulanlar isə ən şən uşaqlar olur. Araşdırmalara görə, doğum ayına görə uşağın hətta utancaq, zəif, güclü kimi əlamətləri də bilmək olar. Hamiləlik zamanı uşaq ana bətnində olarkən onun doğum fəslini dəqiqləşdirməklə gələcəkdə tutula biləcəyi infeksion xəstəlikləri bilmək və onların qabağını almaq da mümkündür.
Əlbəttə, optimal doğum ayı mövcüd deyil və hər ayın öz mənfi-müsbəti var. Hər müsbətin də özlüyündə mənfi xüsussiyyətləri vardır.
Qış uşaqları :
Solaxay uşaqlar ən çox qış aylarında dünyaya gəlir. Dekabr, yanvar, fevralda doğulan qış uşaqlarının ürək-damar xəstəliklərinə meyli yüksək olur. Bristol və Edinburq Universitetinin tədqiqatçıları müəyyənləşdirmişlər ki, qış uşaqlarının bu xəstəliklərə meyli digərlərinə nisbətən 24% yüksəkdir. Qış aylarında doğulan qız uşaqlarının xolesterin riski yüksək olur. Qız uşaqlarının valideynləri övladlarının pəhrizinə diqqət etməlidir.
Psixoloqların fikrincə, bu uşaqlar güclü iradə sahibi, uğurlu iş adamı, istedadlı şəxslər olur. Lakin erkən yaşlarındakı qurur və inadkarlıq, valideyləri ilə münaqişə, səhvlərini boynuna almamaq bu uşaqların başlıca xüsusiyyətləridir.
Bahar uşaqları:
Bu aylarda doğulanlar fiziki cəhətdən həssas, allergik xəstəliklərə meylli olur. Onlarla körpəlikdən səbr tələb olunur. Psixoloqların fikrincə, bu uşaqlar doğuşdan zəif olur, hər rolu asanlıqla qəbul edirlər. Bununla yanaşı, qarşısındakını səbrlə dinləməyi də bacarırlar. Lider olmaqdan imtina edirlər, bir çox məsələlərdə düzgün fikir yürütməyi də bacarırlar. Bu cür uşaqların valideynləri uşaqlarda özünə inamı formalaşdırmağa çalışmalıdırlar.
Yay uşaqları:
Yayda dünyaya optimist və şanslılar göz açır. Bunu Hertfordşira Unversitetinin alimləri sübut edib. Bu uşaqlar özünə inanan, pozitiv, həyatsevər və özlərini xoşbəxt sayanlardır. Eləcə də psixoloqlar qeyd edir ki, yay uşaqları həssas, emosional, çılğın, mehriban və kindən uzaq olanlardır. Əməksevər və risk etməyi xoşlayan bu uşaqların valideynləri uşaqların bu cür xüsusiyyətlərinə hazır olmalı və onlara mane olmaqdan çəkinməlidirlər.
Payız uşaqları:
Payız aylarında uzunömürlülər dünyaya gəlir. Avstraliya və Norveçdə milyonlarla insanlar üzərində aparılan təcrübələrdən məlum olub ki, ən uzunömürlülər məhz sentyabr, oktyabr və noyabrda doğulanlardır. Bu insanlarda balanslaşdırılmış xarakter, sakit təbiət, ağıl, bacarıq və nikbinlik özünü gostərir. Onlar dostları və valideynləri ilə münaqişəsiz yaşayanlardır. Əgər valideynlər körpəlikdən onları düzgün istiqamətləndirsələr, gələcəkdə uğur qazanmaları qaçılmazdır.
XƏBƏR LENTİ
Plastik paketlərin əvəzinə istifadə edə biləcəyiniz alternativlər
Alimlər açıqladı: 2030-cu ildə müsəlmanlar 36 gün oruc tutacaq
TƏBİB Azərbaycanda koronavirusla bağlı son vəziyyəti açıqladı
Eşq-i Dərün (1-ci hissə)
Bakıda bu ərazilərdə evlər tikmək olmaz
BÜRCLƏR bizə nə vəd edir? - 15 mart
"London" taksiləri kütləvi şəkildə niyə cərimələnir?
Məktəblərdə yenilik - Jurnal və gündəliklər ləğv oluna bilər
Birce Akalay
Pivə alarkən nəyi bilmək vacibdir?
Balıqlı dairəciklər (foto resept)
Nəhəng kobra dünyanın ən böyük ilanını uddu - VİDEO
Cəbhədə son vəziyyət
Azərbaycanda vətəndaşlara evdən çıxmaq qadağan olundu - RƏSMİ
Günün qoroskopu: Mübahisə etməyin!
Şvartsenegger uzunqulağı ilə məşq etdi - VİDEO
10 ildir kəsdirmədiyi saqqalını kəsdirdi-SƏBƏB
Xoşbəxt evliliyin sirri
Sabahdan 5 günlük TƏTİL BAŞLAYIR
Kimi aldadırsan?
Bu qeyri-adi meyvəni tovuzlu bağban heç kimə satmır
Azərbaycan klubuna UEFA Kubokunda "Barselona" rəqib olacaq?
Bəzi bank filialları valyuta mübadiləsini dayandırıb
Duanın insana faydası
Çürüyən uşaqlar Bakıya gətirildi
Bu şəkillərə iki dəfə baxmalı olacaqsınız
Günün qoroskopu: xərclərinizi azaldın
Bakıda yeni yol nişanları və yeni qadağalar
Yatmazdan əvvəl bunu etməyin
Gənc blogger lüks villa aldı-FOTO
Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Azərbaycanın ən çox xarici dil bilən səfiri kimdir?
Qadın xəstəliklərinin psixologiyası
Qar yağacaq!
Ermənistanın təcavüzü nəticəsində ziyan çəkənlərə yardım göstərilməsinə başlanıldı - RƏSMİ
Keyt Middltonun svarovski ilə bəzədilən geyimi - FOTO
Gözlərinə qara kölgə düşməsin
Xüsusi təyinatlılarımızın böyük bir bölməsinin məhv edilməsi barədə ermənilərin yaydığı xəbər xülyadır - RƏSMİ
Prezidentdən əfv sərəncamı
"Hercai" serialın a daha bir aktrisa qatılacaq
Yeni qaydalar: Sürücülər bunu bilməlidirlər
Bakının ən böyük yolkası harda qurulur?
MRT haqqında bilmədiklərimiz
Hansı mərtəbədə yaşamaq sağlamlıq üçün problem yarada bilər?
Gürcüstanda üç soydaşımız ölkə parlamentinə seçildi
İranın vitse-prezidenti qadın oldu
Budlardakı yağları əritmək üçün üsullar
Liftlərə niyə güzgü qoyulur?
Uşaqlara “Arenda”, “Toybəy” adı qoymaq istəyiblər
Şirin yuxu üçün ortopedik yastıqlar
- ŞƏRHLƏR