Bəzən gözlə görünməyən heyvanlardakı bığcıqlar bir çox heyvanın yaşaması üçün böyük əhəmiyyət daşıyan orqanlardır. Canlıların müxtəlif məqsədlər üçün istifadə etdiyi bığcıqları da hər gün yeni xüsusiyyətləri kəşf edilən yaradılış möcüzələrindən biridir.
Qarışqaların “bığcıq dili”
Keçən əsrdə qarışqalar üzərində aparılan elmi tədqiqatlar bu kiçik heyvanlar arasında mürəkkəb ünsiyyət şəbəkəsi olduğunu üzə çıxarmışdır. İnsan qarşısına çıxan bir neçə qarışqanı bir-birindən ayırd edə bilməsə də, bir-birinin tamamilə bənzəri olan qarışqalar bir-birlərini asanlıqla tanıya bilirlər.
Qarışqalar bir-birlərini necə tanıyırlar?
İşçi qarışqa yuvasına girən qarışqanı tanımaq üçün bığcığı ilə onun bədəninə toxunur. Koloniyadan olanla olmayanı həmin qarışqanın üzərindəki “koloniyanın qoxusu” ilə dərhal ayırd edir. Yuvaya girən qarışqa əgər yaddırsa, ev sahibləri bu dəvətsiz qonağı qəbul etmirlər. Əgər qonaq eyni cinsdən, ancaq başqa koloniyadandırsa, bunu da anlayırlar. Bu halda qonaq qarışqa yuvaya qəbul edilir, ancaq koloniyanın qoxusunu götürənə qədər qonaq qarışqaya daha az yemək verilir.
“Bığcıq dili”-nin digər funksiyaları
Qarışqalar yuva yoldaşlarının bədənlərinə bığcıqları ilə toxunduqda məqsəd onlara məlumat vermək deyil, ifraz etdikləri kimyəvi maddələri qəbul edərək məlumat almaqdır. Bir qarışqa yuva yoldaşının bədəninə yüngülcə vurur və bığcığını tez-tez toxundurur. Kimyəvi siqnalları mümkün olduqca ona yaxınlaşdırmağa çalışır. Beləcə, yoldaşının yeni buraxdığı qoxu izlərini qəbul edib izləyərək qidanın mənbəyinə çatır.
Qarışqalarda toxunma vasitəsilə əmələ gələn bığcıq impulsları yeməyə başlamaq, dəvət, yuva yoldaşlarının bir-birlərilə tanış olduğu sosial ünsiyyət kimi müxtəlif məqsədlərlə istifadə edilir. Məsələn, Afrikada yaşayan bir işçi qarışqa növündə işçilər bir-birlərilə qarşılaşdıqda əvvəlcə bığcıqlarını bir-birlərinə sürtürlər. Burada məqsəd ancaq salam və ya yuvaya dəvət məqsədi daşıyır.
Qarışqaların bığcıqları ilə toxunaraq qurduqları ünsiyyətə ən maraqlı nümunə qarışqanın qursağında saxladığı qidanı qısa toxunma ilə ağzından çıxararaq başqa qarışqanı yedirməsidir. Tədqiqatçılar bəzi həşərat və parazitlərin də bu taktikadan xəbərdar olduğunu, bundan istifadə edərək qidalandıqlarını təəccüblə seziblər. Qarışqanın diqqətini çəkmək üçün həşərat sadəcə bığcığı və ön ayağı ilə qarışqanın bədəninə yüngülcə toxunur. Bu zaman qarışqa qarşısında başqa canlı olsa da, yeməyini onunla paylaşır.
Bığcıqlarla xəbərləşən kar arılar
Arıların qoxu alma orqanları bığcıqlarındadır. Bığcığın içinə doğru beynindən gələn qoxu sinirləri uzanır. Ancaq bu sinirlər qoxu maddələri ilə birbaşa təmasa girmirlər. Çünki həşəratların bədəni – bığcıqları da daxil olmaqla – qabıqla örtülüdür.
Arı bığcıqlarını mikroskop altında tədqiq etdikdə bığcığın üzərindəki çoxlu dəliklər diqqət çəkir. Beyindən gələn qoxu sinirləri bu dəliklərin içində qurtarır. Ancaq bu dəliklərin üzəri xüsusi pərdə ilə örtülüdür və sinir uclarını qoruyur. Buna baxmayaraq, qoxunu keçirmə xüsusiyyətinə malikdir. Bu dəliklərin arası isə incə tükcüklərlə örtülüdür. Bunlar arının eşitmə tükcükləridir.
Kar arıların tapdıqları yerlərin bir-birlərinə necə xəbər verdiklərini araşdıran elm adamları möcüzəvi hadisə ilə qarşılaşıblar. Arılar tərif etmək istədikləri yeri rəqs edərək digərlərinə başa salırlar. Rəqs zamanı digər işçi arılar istiqaməti tərif edən arının ətrafında toplanır və hər hərəkətini izləyir. Bundan əlavə, rəqqas arının titrəyən qarnına bığcıqları ilə toxunurlar. Bu hərəkət çox vacibdir, çünki arının havada əmələ gətirdiyi qırıq-qırıq axın qida mənbəyinin uzaqlığını bildirir. Arının bədəninin alt hissəsini silkələməsi sayəsində hava axınları əmələ gəlir. Digər arılar da bığcıqları ilə bu axınları qəbul edir və gedəcəkləri qida mənbəyinin uzaqlığını bu yolla müəyyən edirlər.
İşçi arıların bığcıqlarının üzərindəki 7 duyğu orqanının quruluşu:
1. Kiçik, qalın divarlı tükcük
2. Qalın divarlı qarmaq
3. Narın, incə divarlı qarmaq
4. Böyük, incə divarlı qarmaq
5. Gözənəkli lövhə
6,7. Çuxur orqan
Ağcaqanadın həssas bığcıqları
Ağcaqanadlarda eşitmə qabiliyyəti çox mükəmməldir. Ağcaqanadın başının üstündə iki bığcıq var. Bu bığcıqlar çoxlu eşitmə hüceyrələrinə malik həssas reseptorlardır.
Dişi ağcaqanadın qanadlarından çıxan səs erkək ağcaqanada təsir edən ən mühüm faktordur. Dişinin qanad səsləri erkəyin bığcığındakı reseptor hüceyrələrini titrədir və ağcaqanadın beyninə elektrik siqnalları göndərir. Erkək ağcaqanad həssas bığcıqları vasitəsilə cütləşmə vaxtı gəldikdə minlərlə səsin arasından dişinin qanad çırpma tezliyini ayırd edir.
Erkək ağcaqanadların bığcıqları dişilərə nisbətən daha həssasdır. Erkəyin başından çıxan 2 ədəd kiçik, tükcüklü bığcıqda çoxsaylı eşitmə hüceyrəsindən ibarət bir orqan var. “Conston orqanı” adlandırılan bu sistem səs dalğalarının titrəyişlərini eşidir və ayırd edir. Bu tükcüklü reseptorlar ancaq dik vəziyyətdə olduqda səs titrəyişlərinə qarşı həssas olurlar.
Termitlərin həssas bığcıqları darvinistlərin təsadüf iddiasını əsassız edir.
Termitlər kor olmalarına baxmayaraq, bığcıqlarındakı həssas reseptorlar vasitəsilə yuvalarının təhlükəsizliyini qoruyurlar. Yuvalarına yaxınlaşan canlının düşmən qarışqa, həşərat yoxsa termit olduğunu dərhal ayırd edir və əgər yad canlıdırsa, yuvanın içinə girməyə qoymurlar.
Kor termitin yuvaya yaxınlaşan həşəratı necə tanıdığının səbəbi hər iki canlının yaradılışındakı mükəmməllikdə gizlənmişdir. Həşəratlarda “kitin təbəqəsi” adlandırılan qoruyucu maddə var. Bu təbəqə xüsusi qoxulu hidrokarbon molekulları yayır. Elm adamlarının müxtəlif cihazlarla laboratoriyalarda tədqiq və təhlil edərək üzə çıxardıqları bu molekulları termitlər bığcıqları ilə qəbul edir və buna əsasən, müdafiə hazırlığı görürlər. Termitlərin bu reseptorları o qədər həssasdır ki, öz koloniyalarından olmayan başqa termit cinsini belə asanlıqla ayırd edərək yuvalarına girməyə qoymurlar.
Termitlərin bığcıqları olmadan yaşaması qeyri-mümkündür. Çünki bu bığcıqları ilə nəinki düşmənlərini tanıyır, eyni zamanda istiqamətlərini tapır və koloniya həyatını davam etdirmək üçün kraliça termitdən gələn impulsları qəbul edirlər.
Nəticə:
Allah kiçik qarışqada, arıda və ya gözlə görünməyən hüceyrədə kiçik bığcıqlarla yaratdığı bütün canlılar üçün çox mühüm funksiyaların yerinə yetirilməsini təmin edir. Canlı bığcıqlarında insanın dizayn etdiyi cihazlardan çox üstün xüsusiyyətlər bizə bir həqiqəti göstərir: bütün canlılar möhtəşəm xüsusiyyətləri ilə birlikdə Allahın əsəridir.
Kazımov İzhar
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Ukraynada qanlı döyüş gedir
Twitter-də peyğəmbəri təhqir etdi, sonra isə...
Düşmənin atəş nöqtəsi və şəxsi heyəti məhv edilib - VİDEO
Günün qoroskopu: gün gözlədiyinizdən də uğurlu olacaq
Çində koronavirusun ikinci dalğası başladı – KARANTİN
Azərbaycan milli uşaq oyunları-7
Malta mənzərələri rəsmlərdə
Günün ulduz falı
Azərbaycanda zəlzələ oldu
Stiven Hokinqin 22 əşyası auksionda satıldı - FOTO
Lindsi Lohan yenidən efirlərə qayıdır
Cennifer Lopez özəl anın FOTOlarını paylaşdı
DİQQƏT: Sabah avtobusların hərəkət sxemi dəyişdiriləcək
Pandemiya barədə 2007-ci ildən xəbərdarlıq edilibmiş: “Saatlı bomba”… - FOTO
Düşmənin məhv edilən döyüş texnikaları - SİYAHI
Hikmətli sözlər
Ay Yerə YAXINLAŞIR
Cazibədar xanımlar üçün donlar
Selena Qomez filmə çəkilir - FOTO
Alsunun qızı 1 milyon qazandı-FOTO
Sərt karantin rejiminin tətbiq olunduğu ərazilərin sayı artırıla bilər - RƏSMİ
Bu insanları xoşbəxtlik duyğusu heç vaxt tərk etmir
Kim harda gəldi siqaret çəkir
Hava haqqında
Günəşin enerjisi ilə dünya səyahətinə
Quraqlıq böyük bahalaşmaya səbəb olacaq
Bu telefonlarda Vatsap sabahdan işləməyəcək
"Eurovision 2019" bu gün başlayır
Onların da geyimləri var
"Rusiya müharibəni qızışdıracaq"
Prezident Mərkəzi Bankla bağlı sərəncam verdi
Dünyanın ən gözəl çimərlikləri
Sağlamlığımızı kimə etibar etməli?
Payız mövsümü vəziyyəti daha da çətinləşdirəcək - Qrip, yoxsa COVID-19?
Ziyafət donları
Azərbaycan nümayəndələri Yerevana getməkdən imtina etdilər
“Ağıllı” radarlar gəlir
Çernobılda radiasiya yenidən 16 dəfə yüksəldi - VİDEO
Şah plov (foto resept)
Özünü bağışlamaq qorxunc xəstəlikdən qoruyur
Qatıq maskaları
"Sürpriz" (foto-resept)
Bu ölkədə 100-ə yaxın sakin müalicədən sonra yenidən koronavirusa yoluxdu
Nikolas Keycə iki kobra hücum etdi-FOTO
Allahın adlarını insana qoymaq olar?
Dünyanın ən gözəl qadını oldu - FOTO
Maykl Cordanın idman ayaqqabıları rekord məbləğə satıldı
Saç düzümləri
Ən maraqlı "Şaxta baba" tortları
Trampın qızından ağılasığmaz addım
- ŞƏRHLƏR