Bu gün nədənsə səni istədim. Əllərini tutub, gözlərinə baxmaq istədim. Sənin gülüşünü, səsinin ahəngini eşitmək istədim. Sənə toxunmaq, nəfəsini hiss etmək istədim. Mənə sarılmağını, saçlarımı oxşamağını istədim. Amma bilirəm ki, bu mümkün deyil. Ona görə də sadəcə xəyalımda istədim səni. Təbiəti, dünyanın bütün gözəlliklərini əks etdirə biləcək qədər güc istədim. Rəssam olub misli-bərabəri olmayan bir tablo yaratmaq istədim. O tabloda qaranlıq gecədə səninlə ulduzları seyr etmək istədim. Axan bir ulduz görüb sanki bütün arzularımız həyata keçəcəkmiş kimi arzu tutmaq istədim. Bir payız günündə, yarpaqlarını tökmüş bir bağda səninlə yan-yana yerimək istədim.
Ayaqlarımız altında xəzəllərin xışıltısını duymaq istədim. Payızın soyuq küləyindən sanki üşüyürmüş kimi mənə bərk-bərk sarılmağını istədim. Yağışlı havada islanmağımızı, buna baxmayaraq yağış damlalarını tutmaqa çalışmağımızı istədim. Dənizin qumlu sahilində əl-ələ yeriyərkən ləpələrin ayaqımıza vuruşunu istədim. Günəşin doğuşunu, qüruba enməyini birgə izləməyimizi istədim.
Bu gün nədənsə səni istədim...Bu qədər istəyərkən səni niyə yanımda deyilsən? Kimin gözü dəydi bizə? Niyə ölüm girdi aramıza? Niyə axı?Niyə? Sən getdin və gedişinlə üzümdəki, gözlərimdəki təbəssüm də səninlə birgə getdi. Əvəzində isə mənə göz yaşı qaldı. Sənə deməyə o qədər sözüm vardı ki... Sənə veriləcək nə qədər suallarım vardı. Mənə veriləcək nə qədər cavabların vardı. Amma heç birinə cavab almayacağam. Çünkü artıq çox gecdir.
Yoxdur artıq məni güldürən, mənim nazımı çəkən. Bəzən hirsləndirən, bəzən də ağladan. Yoxdur artıq o dəli oğlan. Daha olmayacaq sənli, xoşbəxt günlər. Olmayacaq...
Nədənsə çox istədim bu gün səni... Sadəcə səni xatırlamaq keçdi ürəyimdən. Səni qucaqlamaq, nəfəsini nəfəsimə çəkmək...
Hər şeyə görə "Çox sağ ol" deyirəm. Yaşatdığın gözəl, xoşbəxt, sevgi dolu günlərə görə çox sağ ol. Xoşbəxtliyi, sevgini mənə daddırdığın üçün sənə minnətdaram.
Bu gün sadəcə sən olmaq istədim. Amma nə üzünü, nə gözlərini görmək, yalnız səsini eşitmək istədim... Bu da mənim ürəyim, bu da mənim xəyalım. Səninlə dolu olan ürəyim və xəyalım...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Ayaqlarınız səndələ hazırdır?
Günün qoroskopu: zövq müzakirə olunmur
Göydələn qəbiristanlıq tikiləcək
Marsın ən yaxın məsafədən çəkilmiş İLK FOTOLARI
Alma şəkəri (foto resept)
Ruhani dünyanı yenə təəccübləndirdi
Ömrü uzadan vərdişlər
Brabus qəzəbli model göstərdi
Şəhid pilotlarımız son "eniş"lərini edirlər
UŞAQLARIN CİNSİ TƏRBİYƏSİ
Spirtdə xərçəng var
Gözəl ayaqqabı modelləri
Gecə və gündüz stil fərqləri
Gözəl geyim nümunələri
Cəfər Cabbarlının qızı vəfat etdi
Bir-birindən gözəl yay ayaqqabıları
Elçin yeni seriala çəkilir-FOTO
Kişi olmaq daha yaxşı imiş
Turistlər ən çox hansı milli xörəklərimizi bəyənirlər?
Fenomenal aktrisa: o qocalmır?
Mel Gibson evlənir
Dünyanın ən böyük limanı
İtaliyada Etna vulkanı püskürüb - VİDEO
Alişan və xanımı Bodrumda istirahət edir - FOTO
Castin Biber intihar edən gənc həmkarına dəstək oldu-FOTO
Parlaq saçlar üçün məşhurlardan super məsləhətlər
"Bu gün biz güclü komandaya qalib gəldik"
Eksklüziv Hyundai Veloster
Məşhur aktyor ailəsi ilə Bakıda - FOTO
Azərbaycan kinosu ilk dəfə olaraq Kann Kinofestivalının əsas müsabiqə proqramında
Azərbaycanda dollardan həyəcan təbili
Gürcü salatı (foto resept)
Praktik gözəllik tövsiyələri
Mert Fıratdan gözlənilməz AÇIQLAMA
Soyuğadavamlı çiçəklər
Dollar 90 qəpik olacaq
“Caliber”: “Erməni tərəfinin itkiləri yeddi mini keçib” - VİDEO
Hobbi
2019-un trendi: Rəngli papaq və şərflər
Çox sevildiyi üçün boşanmaq istəyir-Qadından qəribə addım
Taxtadan heykəllər yaradan rəssam
Aforizmlər
Haray çəkən Şuşam, ağla...
Ahmet Kural 1 ay sonra üzə çıxdı-FOTO
Trampın qəbul etdiyi dərman virus xəstələrini öldürür - ŞOK AÇIQLAMA
Payızın sağlamlıq qaydaları
Ürək-damar xəstəliklərini aradan qaldıran meyvə
"Burada "soyqırım" iddialarından söz gedə bilməz"
"Bakı-2015" bu ölkələrdə də yayımlanacaq
Paraşütçü 25 il sonra sağ tapıldı-FOTO
- ŞƏRHLƏR