Sizlərin nəzərinə çox sadə bir testi təqdim edirik, hansı ki, əslində sizin nə istədiyinizi sizə göstərəcək. Testin cavabları olduqca maraqlıdır. Lakin unutmayın ki, hər hansı bir həbi seçməzdən əvvəl iki dəfə düşünmək lazımdır! Budur, sizlər üçün hazırladığımız testdə 8 fərqli rəngdə olan həblər təqdim olunur (yarısı bəyaz olan həblər buna daxil deyil). Həblərə diqqətlə baxın. Diqqətinizi birinci cəlb edən həbi seçin. Seçərkən elə düşünün ki, sanki həmin həb sizə baxır. Test 95% düz çıxır.
Buyurun, seçiminizi edin. Cavabları ilk 10 şərhdən sonra şərhlərdə qeyd edəcəyəm.
Cavablar:
Sarı həb: Bu həb sizə başqalarının düşüncələrini oxumaq imkanı verir. Yəqinki siz hal-hazırda yaxınınızda olan biriylə çox ciddi maraqlanırsınız. Bu insan sizi o qədər narahat edir ki, siz onun haqqında hər şeyi bilmək istəyirsiniz və bu dəqiqə o nə fikirləşir onu da öyrənməyə çalışırsınız. Lakin bəzən insanların nə düşündüyünü bilməmək daha yaxşıdır. Bəzən bilmədiyin bir şey sənin xeyrin üçün olur. Yaxşı fikirləşin bəlkə sarı həbi başqa bir zamana saxlayasınız?!
Yaşıl həb: Bu həb uçmaq imkanı verir. Unutmayın nə qədər yuxarı uçsanız aşağı düşmək bir o qədər ağrılı olacaq. Hər şeyi boş verin hər anın dadını çıxarın!
Göy həb: Bu həb sizə bütün idman növlərinin tanrısı olmaq imkanı verir. Lakin unutmayın ki, həblərdə olan toksinlər 10-ildən sonra sizi öldürəcək. Buna görədə qələbəyə ancaq öz əməyiniz, iradəniz, əzminiz, sarsılmaz gücünüz və özünüzə inamınızla çatın.
Narıncı həb: Bu həb bədəninizin istənilən yerini uzatma imkanı verir, lakin bircə dəfəlik. Unutmayın ideal insan yoxdur! Siz özünüzü olduğunuz kimi sevin və hər zaman xatırlayın ətrafınızdakılarda sizi olduğunuz kimi sevir.
Qırmızı həb: Bu həb sizə kimisə sevməyə məcbur edir. Və burdanda bir poemada yazılan kiçik bir cümlə ağlımıza gəlir "Biz hər zaman bizi sevməyəni sevirik..."
Biz bizi sevməyəni sevirik,
Bizi sevəni isə sevmirik.
Laqeyidliklə ürəyimizi qınayırıq,
Gözlərimizdən axan yaşlarla.
Çox təəssüf ki, belə hallarla tez-tez qarılaşırıq. Unutmayın yer kürəsində hər zaman qarşılıqlı sevgi üçün yer var. Axtarın və heç vaxt inamınızı itirməyin və unutmayın axtaran tapar!
Çəhrayı həb: Bu həb bir şeylər çevirmək imkanı verir. Özünüzü mövcud şəxsiyyət sanmağınıza , rəfiqələrinizi qısqanmağınıza və ulduzlara çatmağınıza ehtiyac yoxdur. Unutmayın siz mükəmməl insansınız, sizin kimi ikinci bir insan yoxdur, sizə bənzəməyə çaışsalarda onsuzda bu olmayacaq. Sizin surətiniz yalnız kölgə surəti olaraq qalacaq. Özünüzdən narazısınız? Yalnız özünüz bu vəziyyəti düzəldə bilərsiniz başqa heç kim! İdmanla məşğul olun, xarici dil öyrənməyə çalışın, rəqsə gedin. Özünüzü axtarmağa çalışmalısınız, kiməsə bənzəməyə yox. Birdə görəcəksiniz ki, addımladığınız dəhlizin sonunda artıq özünüzü tapmısınız, elə bir istedada sahib olmusunuz ki, hər zaman çatmağa çalışdığınız o ulduzun yerinə keçmisiniz. Unutmayın hər şey öz əlinizdədir!
Boz həb: Bu həb birbaşa beyin vasitəsilə internetə daxil olmaq imkanı verir. Siz o qədər online həyata alışmısınız ki, hətta öz xoşbəxtliyinizi belə görmürsünüz, o xoşbəxtlik ki, sizin ətrafınızda hərlənir. Bu barədə düşünün. Yəqinki siz səbəbsiz boz həbi seçməmisiniz?!
Qara həb: Bu həb sizə 5 il əvvəli görmək imkanı verir. Buyurun nümunəyə nəzər salın:
Bir dəfə 3 müdrik, insan üçün ən vacib nədir sualına cavab axtardı- kemiş, gələcək yoxsa indiki zaman. Onlardan biri dedi:
- Məhz keçmiş insanı indi kimdirsə onu çatırır. Mən bütün biliklərimi keçmişdə öyrənmişəm.
-Mən razı deyiləm!- deyə dilləndi o biri müdrik. İnsanı gələcək formalaşdırır: mən bu gün bildiklərimi gələcəkdə dahada mükəmməlləşdirəm və gələcəyin məndən tələb etdiklərini biləcəm. Mənim əməllərim mənim gələcəkdə kim olacağım barədə xəbər verir.
Siz deyəsən görmə qabiliyyətinizi itirmisiniz-deyə 3-cü müdrik söhbətə müdaxilə etdi. Keçmiş və gələcək sadəcə beyinlərimizdə mövcuddur. Keçmiş artıq yoxdur, gələcək isə hələ "gələcək". Amma atdığınız hər bir addım yalnız və yalnız indiki zamandadır. Yalnız indiki zamanda siz gələcəkdə nə olacağınızı və bildiklərinizin keçmişinizə bir nöqtə qoyacağınıda müəyyən edə bilərsiniz. Gələcək və keçmiş sadəcə indiki zamanda aslıdır ona görədə heç bir gününüzə laqeyd yanaşmayın, hər gününüzü son günimiş kimi yaşayın!
Bir az düşünün sizə "qara həb" lazımdır?
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
"X sinif dərsliklərində səhvlərə yol verilib" - DİM
Əsgərə Məktub!
Gözəl jaketlər
Heydər Əliyevin vəfatından 15 il keçir
Putin ilk dəfə məxfi iş otağını nümayiş etdirdi - VİDEO
Maykl Ceksona aid filmin qalmaqlı davam edir
Yeni analar üçün dəriyə qulluq
Rihanna geyimi ilə diqqət çəkdi-FOTO
Günün ulduz falı
100% Yeni Zelandiya yağı - Best Cow!
Rəngarəng çantalar
Britni Spirs AÇIQLAMA verdi-FOTO
İrina Şeykdən ayrılıq xəbərlərinə cavab
Stallone De Niroyla ringə çıxdı
2015-ci ilin nişan don modelləri
Qarabağın Azərbaycana qaytarılması xəbərinə rəsmi reaksiya
Hindsayağı pirojki (foto resept)
Vladimir Putin Köçəryanla görüşdən imtina edib
Gözəl bilərziklər
Sonuncu dəfə nə vaxt məktub yazmısınız?
Gələn ildən hər kəsin ailə həkimi olacaq
Sabah Bakının bu bölgələrində qaz olmayacaq
Yuxunun uşaqlara təsiri
Mazurka salatı (foto resept)
Marsda göl tapıldı
Düşmən şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib - RƏSMİ
Martda 16 gün iş olmayacaq
Avstraliyada son 8 ilin ən soyuq qışı yaşanır
Sürətli saç uzatma
Bakı dəmir yolu vağzalı köçürüləcək
Ekranın mavi işığı korluğa səbəb ola bilər
Everestə çıxmaq üçün yaş həddi
Serenay öz gözəlliyindən danışdı-FOTO
Gözəl üzüklər
Damağınız qanayırsa...
"Azərbaycanda narkotik istifadəçilərinin ümumi sayı 27 000 nəfərdən çoxdur"
45 yaşlı Di Kaprio sevgilisinin 23 yaşını yaxtada qeyd etdi
Dərmansız ilk yardım
Mehriban Əliyeva: “Bu, ədalətin təntənəsidir”
Gözəl tortlar
Qadının fantaziyaları
Eyeliner çəkilmə qaydası
Nazir müavini ana ölümlərindən danışdı
Partlayıcı ilə yüklü avtomobil Azərbaycana gəlirmiş
Bir günə 10 milyona yaxın izləyici topladı
Qadınlar nə istəyir?
Xanımlar üçün: gözəl sinəyə sahib olmaq istəyirsiniz?
Modern yataq otaqları
Günün qoroskopu: birgə fəaliyyətdə fayda var
Həftənin ilk iş günü Azərbaycanda mülayim hava şəraiti davam edəcək
- ŞƏRHLƏR