Bəzən qadın həyat yoldaşından boşandıqdan sonra bütün problemlərinin həll olunacağını, yaxud əksinə, həyatının məhv olunacağını düşünür. Nəticədə qadında qəzəb, ruh düşkünlüyü yaranır, o özünü qurban, yaxud günahkar kimi hiss edir.
Boşanma haqqında ən təhlükəli 10 yanaşma vardır ki, bunlar insanı boş fikirlərdən uzaqlaşdırır.
1. Xəyal - "Bircə tez boşansaydım, bütün problemlərdən uzaqlaşardım".
Həqiqət - "Problemlərinizin səbəbkarı boşandığınız insandırsa, əmin olun ki, onsuz da yeni xoşagəlməz sürprizlər olacaq. Mənzil, uşaq və ümumi dostlarınızla əlaqə zamanı yeni problemlərlə üz-üzə gələcəksiniz. Unutmayın! Həyat daim mübarizədir, onunla ya onsuz, bunlar qaçılmazdır.
2. Xəyal - ''Boşandıqdan sonra xoşbəxt olaram, o məni bədbəxt etmişdi''.
Həqiqət - Nigah xam-xəyallar, yoldaşının ehtiyacını başa düşməmək, ailədaxili çəkişmələrdə bir-birini eşitməmək ucbatından dağılır. Burada bədbəxtliyin günahı yoxdur, bütün bunları araşdırmasanız, tək olduqdan sonra xoşbəxt olmağa inamınız Şaxta Babaya olan inamdan artıq deyil.
3. Xəyal - "Boşanma ağlımı tamam çaşdıracaq".
Həqiqət - Boşanma ağır haldır, hisslərinizi içinizdə saxlasanız, dəli olacaqsınız. Yaranızın böyüməsini istəmirsinizsə, bunun qabağını vaxtında alın, yenidən düşünün.
4. Xəyal - "İndi hamı mənim qaraqabaq olduğumu düşünəcək''.
Həqiqət - Boşanma artıq normal hadisə sayılır və hər 5 nigahdan 3-ü boşanır. Əmin olun ki, çoxu bu prosesi adi hal sayacaq, yetər ki, siz kimisə düşünməyin.
5. Xəyal - "Mütləq məni xoşbəxt edəcək biri vardır və bir gün gələcək''.
Həqiqət - Yanlış düşüncədir, kimsə sizi xoşbəxt etməyə gəlməz, ən azından ona görə ki, gələn də xoşbəxt olmağa gələcək. Ən uğurlu nigah iki tərəfin xoşbəxt olmağından başqa bir-biri ilə də xoşbəxt olmaq istədiyi zaman alınır. İnsan yalnız özünü deyil, qarşısındakını da düşünməlidir.
6. Xəyal - "Əgər o boşanmağımızın tərəfdarı isə demək kənarda biri var''.
Həqiqət - Əsla bu vacib deyil. Kişinin məşuqəsi olduğu üçün boşanmaq istəyinə olan inamınız əsassız ola bilər. Başqa səbəb tapın.
7. Xəyal - "Onun vecinə deyil ayrılmağımız''.
Həqiqət - Ağrı ağrıdır. Kişi üçün də boşanmaq günah, tənhalıq və vicdan əzabı deməkdir. Kişi də sevgi və bağlılıq arzusundadır, bu iki şeyi itirdikdə o da acı çəkir.
8. Xəyal - "Bizim boşanmağımız səmimi olacaq, çünki, bir-birimizə qarşı iddiamız yoxdur''.
Həqiqət - Əgər sevginiz olmayıbsa, dostyana boşanmaq mümkündür. Yox, əgər hissləriniz rəhbəriniz olubsa, məsələ uşaq puluna çatarsa, ikinizdən birinizin yeni sevgilisi peyda olarkən qısqanclıq yaranarsa, deməli düşündüyünüz boş xəyaldır. Ən yaxşı hal boşandıqdan sonra bir daha görüşməməkdir.
9. Xəyal - "Daha məni kimsə sevməz və həmişə tək qalaram".
Həqiqət - Qarşılaşdığınız insana sevgi siqnalları verməsəniz, bu belə olacaq. Çalışın əvvəlki səhvləri təkrar etməyəsiniz.
10. Xəyal - "Mən artıq zülmlər içində qocaldım, artıq gecdir, illərimin ən gözəli arxada qaldı".
Həqiqət - Əgər o buna layiq deyilsə, özünüzü kimsəyə qurban verməyin, . Sizə bu yaş bir dəfə verilirsə, dəyişmək heç vaxt gec deyil. Başa düşün, hər şey sizin neçə yaşınızda olmasından deyil, onları necə saymağınızdan asılıdır...
XƏBƏR LENTİ
Putindən növbəti qadağa
Bakıdan İrəvana sərt cavab
Bu uşaq Azərbaycanın "Messi"si adlandırılır
Qiymət artımı açıqlaması
Saçlarımızı niyə kəsirik?
Hindistan qozlu makaron şirniyyatı (foto resept)
Bakıda yeni yol nişanları quraşdırılır
Doğum gününə görə xarakter (fevral)
Milyonçu qadın dilənçiyə döndü - FOTO
Sidney viran qaldı
Sitrus içkiləri böyrək daşının qarşısını alır.
Çində 78 timsah zooparkdan qaçıb
Birləşmiş Krallıqda ilk dəfə - QADIN ƏSGƏRLƏR - FOTO
Kraliçanın ailəsi bağlı məlumatlar
Qan vermək haqqında
Məşhur aktrisa ərə getdi
Putin və Sarkisyan Qarabağı müzakirə edəcək
Perseid meteor yağışından sonra baş verənlər sakinləri qorxutdu - VİDEO
Bakıda polis maşınları marketi mühasirəyə aldı - VİDEO
Rəsmi Bakıdan Pakistana TƏBRİK
Osteoporoz
Məşhur cütlüyün AYRILIQ xəbəri yayıldı-FOTO
Kişilər yay mövsümündə niyə aldadır?
Süd sudan ucuzdur
Can Yaman və Demet BARIŞDI-FOTO
Sarkisyan Qarabağda itirdikləri torpaqdan danışdı
Sabahdan Bakıda ictimai nəqliyyat işləməyəcək
Ömrünüz uzansın deyə...
Əkizlərin sayı niyə artıb?
11 yaşında sərvət qazandı
Azərbaycanda havanın temperaturu yüksələcək
İdmandan sonra gözəl görünmək üçün...
Ermənilər küçələrə çıxdı
Qış depressiyası
HAVA necə olacaq?-16 Sentyabr
Tətildə yaranmış günəş ləkələri üçün maska
Hellouində yadda qalanlar
Çində 600 milyon nəfər internetdədir
Evdə düzəldilən maskalar
Məşhur müğənni ata olacaq
Sızanaqlı üz üçün sadə maska
Xəbərdarlıq: güclü külək, dolu
Azərbaycanda keçirilən ilk qəbul imtahanının nəticələri açıqlandı
Yaşıl mərci salatı (foto-resept)
Təbii dəri təmizləmə üsulları
"Son zəng"in vaxtı məlum oldu
Daxili İşlər Nazirliyindən sərt karantin günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
Məşhurların makiyajsız şəkilləri
Mərkəzi Gömrük Hospitalı daha bir yeniliyə imza atıb
İçərisində 122 nəfər olan gəmi batdı, axtarışlar gedir
- ŞƏRHLƏR