Biz qadınlar gənc olarkən tez böyüməyə yaşımızın böyük olmasına tələssək də, bir müddət sonra bunun tam əksini istəyirik. Yaşımız artdıqca ətrafdakılar 3-4 yaş aşağı olduğumuzu söyləyir, bununla hamıya daha gənc olduğumuzu sübut etmək istəyirik. İllərlə qadının yaşını gizlətməsi haqqında mübahisələr səngimək bilmir. Əlbəttə, gözəl xanımlara yaşlarını gizlətmək özünə inam yaradır. Lakin yaşımızı gizlətmək nə qədər doğrudur? Bu gün bunu araşdıraq və bu suala cavab tapmağa çalışaq.
Yaşını gizlətmək hər bir xanımın şəxsi işidir. Çox zaman gözəl xanımla tanış olan kişini də onun yaşı çox da maraqlandırmır. Lakin xanımlar bilməlidirlər ki, bir gün bu yalanın üstü mütləq açılacaq. Belə yalanı qeyri-ciddi münasibət qurduğunuz kişiyə deyə bilərsiniz, lakin sevdiyiniz kişiyə bu yalanı demək düzgün deyil. Çünki siz bu kişi ilə uzun müddət birlikdə olmaq istəyirsiniz. Bəyəndiyiniz kişi ilə tanış olduqdan sonra səmimi söhbət əsnasında yaşınızı ona söyləməli, onun da yaşını öyrənməlisiniz. Əgər qarşınızdakı insan bunu problem etmirsə, daha yaxşı. Gələcəkdə əsl yaşınızı öyrəndiyində utanmaqdansa, indi daha səmimi olmaq yaxşıdır. Müasir zəmanəəmizdə çox ailələr var ki, qadınla kişinin yaş fərqi var və qadınlar kişilərdən 1-2 və 4-5 yaş böyüdürlər. Çox zaman bu heç bir problem yaşatmır.
Ona görə narahat olmağa dəyməz. Qarşınızdakı şəxs sizi sevirsə, o sizin aranızda olan yaş fərqini problem etməyəcək. İmicinizi xilas etmək üçün yalana əl atmaq lazım deyil. Yaşı problem edən kişilərlə bərabər problem etməyən kişilər də var. Bəzən bəyəndikləri bəyi itirmək qorxusundan yaşlarını gizlədirlər. Lakin həqiqəti demək mütləqdir. Bəlkə də, o heç buna əhəmiyyət verməyəcək. Əgər o bunu qlobal bir problemə çevirəcəksə, heç belə ailə sizə lazım deyil. Çünki bu ömür boyu sizi təqib edəcək. Həmişə ailədə söz-söhbətə gətirib çıxaracaq. Bundan başqa təcrübəli kişi sırf sizin səmimiyyətinizi yoxlamaq üçün sizin yaşınızı öyrənmək istəyə bilər. Bu zaman siz yalan danışsanız, artıq sizin səmimiyyətinizə inanmayacaq. Əgər yaş həddinizi gizlətmək istəyirsinizsə, belə bir oyun da edə bilərsiniz. Əgər sizdən yaşınızı soruşursa, siz ona "özün fikirləş, mənə neçə yaş verərsən" deyə cümlələr işlədə bilərsiniz. Bu zaman o, sizə istədiyiniz yaşı deyəcək. Siz naz edərcəsinə bunun üstündən gülüb keçin.
Bu zaman yalan danışmış olmayacaqsınız. Və zaman-zaman yaşınızı bildirəcəksiniz. Əgər hər iki şəxs arasında sevgi varsa, yaş fərqi heç bir zaman problem olmayacaq. Unutmayın ki, kişilərin çoxu daha yaşlı və təcrübəli xanımlara üstünlük verir.
Yaşını gizlətmək hissi qadınlara xas, təbii hal olsa da, buna ehtiyac olmadığına inanırıq və gizlətməməyi məsləhət edirik. Səmimilik daha vacibdir yaxın münasibətərdə. Əziz xanımlar, unutmayın ki, siz hər yaşda gözəlsiniz. Hər yaşın öz gözəlliyi var. Və sizi sevən yaşınıza görə deyil, xasiyyətinizə, dürüstlüyünüzə və ona qarşı olan hisslərinizə görə sevəcək və qiymətləndirəcək.
XƏBƏR LENTİ
Jurnalistlər yeni mənzillərinə nə vaxt köçəcəklər?
Sevimli serialınızı "əlinizdən alırlar"?
Bakıda Zəfər atəşfəşanlığı - VİDEO
Toni Kreqqin əsəri Heydər Əliyev Mərkəzində
Alimlər koronavirusdan ölüm ehtimalını azaldan amili açıqladı
Gəncədə dünya rekordu qırıldı
Aybüke Pusatın gözəllik sirləri
Məşhur aktrisa ərə getdi-FOTO
Qar yağacaq!
Magistr olmaq istəyənlərin nəzərinə!
Hamiləlikdə ayaq qıc olmaları
Azərbaycanda qızıl ehtiyatları 2 dəfədən çox artıb
Müəllimlərin NƏZƏRİNƏ
Koronavirus bu tarixdə YOX OLACAQ - Bill Qeyts açıqladı
Bakı-Gəncə sürət qatarı istifadəyə veriləcək - FOTO
Sellulit üçün yosun maskası
Tırtıl və çiçək kurabiyə (foto resept)
Həftəsonu sərnişindaşıma tam dayandırılacaq - BNA
Kəlbəcərin Daşbulaq kəndinin görüntüləri - VİDEO
Supermodel karantində 15 kiloqram kökəldi - FOTO
Rəssam sevdiyi ilə maraqlı günlərini rəsmlərə həkk etdi
Eşqin yaşı yoxdur
Satıcıların tərəzi hiyləsi- DİQQƏTLİ OLUN!
Araz Ağalarov sanksiyaları pislədi
Koronavirusla bağlı son STATİSTİKA
Dollara görə şok qərar verildi
Sağlam arıqlamağın yolu
Azərbaycan daha bir ölkədə səfirlik açır
Mənzil bazarının indiki vəziyyətində nə etməli?
"Eurovison"da Azərbaycanı Çingiz təmsil edəcək!
Gediş haqqı UCUZLAŞDI
Məşhur film 82 milyon gəlir əldə etdi-VİDEO
Türkiyədə zəlzələ olub.
486 müəllim imtahandan imtina etdi
Məsləhəti onlardan alın
Saç uzadan kök maskası
Nostradamus 2019-cu il üçün nələr yazmışdı?
Bakıda cinlər peyda olub - Şok sözlər
40 minə başqa biri oldu-FOTO
Ağ ciyər qıtlığı var
Vətən müharibəsinin yeganə xanım şəhidinin büstü hazırlandı
Məşhur alimdən zəlzələ AÇIQLAMASI-"9 bal gücündə"
Rəsmlərə yeni baxış bucağı qazandıran rəssam
Madonna 60 yaşını Mərakeşdə qeyd etdi-FOTO
AzTV ittihamlara cavab verdi: Aksiya zamanı kabellərimizi kəsdilər... - VİDEO
Saunanın faydaları
"Palm Springs 2020" film festivalı başladı-FOTO
Bütün dünya təyyarəni axtarır
Üst geyim modelləri
Sinoptiklərdən qar xəbərdalığı
- ŞƏRHLƏR