Hər ailə bir körpə gözləyərkən o körpəylə bağlı xəyallar qurar və əlil bir körpənin dünyaya gəlməsi ehtimalı heç düşünülməz. Görülmüş bütün hazırlıqlar normal bir körpə üçündür. Ana və atanın xaricində ailənin bütün fərdlərinin də gözləyişi eyni şəkildədir.
Əlil bir uşağın doğulması isə ən əvvəl ana-ata olmaqla, ailənin digər fərdlərini də sarsıdan, gözlənilməyən bir vəziyyətdir. Ailədə əlil bir uşağın varlığı, bir bütün olaraq ailənin bünövrəsində, əsasında , ailə üzvlərinin rollarında vacib dəyişikliklər edə bilər; ailə üzvlərinin həyat tərzlərinə, duyğu və düşüncələrinə mənfi təsir edə bilən əlavə bir stress qaynağı yaratmaqdadır. Olmamalıykən olmuş, ana – atanın körpələri üçün qurmuş olduğu bütün xəyallar puç olmuş və körpələri üçün nə olduqlarını bilmədikləri bir vəziyyət ilə qarşılaşmışlar. Əlil uşağın doğulması ilə ana-ata arasında niyələr, nə üçünlər bir-birinin ardınca gəlir. Doğuşdan əvvəl bir çox ailənin əlilliklə bağlı məlumatları olduqca azdır. Doğuşdan əvvəlki dövrlərdə bir çox ailənin ən böyük qorxusu əlil bir uşaq dünyaya gətirmək ehtimalıdır. Bu səbəblə ailələr “qız ya oğlan fərqi yoxdur, əli-ayağı düzgün olsun” kimi sözlər işlədirlər. Əlil bir uşağa sahib olduqda ana və atanın ilk olaraq ümidləri puç olar. Uşaqlarına nə olduğunu bilmədikləri üçün ailə böyük bir narahatçılıq keçirir. Xüsusilə ana, nə edəcəyini bilmədiyi üçün ilk aylarını narahatlıqla keçirir. Daha sonra isə özlərini, yoldaşlarını və yaxınlarını ya da doğum evini günahlandırırlar. Uşaqlarının vəziyyətini qəbul etmək, bir neçə ay və ya illər alır. Mütəxəssislər ailələrin əlil bir uşağı dünyaya gəldikdə keçirdikləri mərhələlərin arasında bənzərlik olduğunu bildirirlər. Lakin, keçirilən mərhələlər hər nə qədər bənzər olsa da hər ana-ata ayrı bir şəxsdir və yaşadıqları hisslərin çoxluğu və dərəcəsinin eyni olması mümkün deyildir. Əlil bir uşağın vəziyyəti yalnızca o valideynə təsir etməklə qalmayıb, ailə həyatının təsirlənən təbiətinə bağlı olaraq, bəzən ailənin evlilik münasibətlərinə, ana-ata-uşaq münasibətlərinə və uşaqlar arasındakı münasibətlərə mənfi istiqamətdə təsir edir. Əlil bir uşağın vəziyyəti ana və atada yaratdığı hisslər, yaxın ətrafdakı (nənələr, babalar, dostlar) reaksiyalarla sıx əlaqədardır. Onların vəziyyəti çarəsizlik və mənfi bir şəkildə qəbul etməsi, ana-atanın da bənzər hisslər keçirməsinə səbəb olur. Hər uşağın doğulması ailədə bir çox yeniliyə və dəyişikliyə yol açır. Bunu ailənin inkişaf mərhələlərinə paralel olaraq düşünə bilərik. Uşağın məktəb yaşına gəlməsi ilə birlikdə ailənin məktəb hazırlıqlarına başlaması kimi. Ancaq əlil uşağın doğulması, inkişafı ailələrdə şəxsiyyət xüsusiyyətləri, bir-birlərindən, həyatdan, işlərindən, yaxın çevrədən və cəmiyyətdən gözlədiklərini də fərqliləşdirir. Bu fərqlər ailədən ailəyə dəyişməklə birlikdə ana-atanın şəxsi xüsusiyyətləri, cütlüyün bir-birlərinə münasibəti, hansı ölçüdə yaxın ətrafındakıların və cəmiyyətin reaksiyası və dəstəyi bu dəyişikliyin hal və xüsususiyyətinə təsir edir. Aparılmış araşdırmalar ailələrin əlil uşağı qəbul etməzdən əvvəl normal uşaq gözləmə hissinin itdiyini ,əlil bir uşağın doğulması ilə normal uşaq xəyallarının sona çatmalı olduğunu və bununla əlaqədar hüzn və kədərin yaşanmalı olduğunu bildirirlər.
Bir çox ailə isə uşaqlarının əlil olmasını qəbul edə bilmirlər. Bununla birlikdə gələn əlil uşağı rədd etmək, ondan utanc duymaq, nifrət etmək, alçaltmaq və bir fərd olaraq yoxa saymaq kimi xüsusiyyətlər göstərirlər. Onsuzda əlil uşaq, bu kimi vəziyyətlər qarşısında daha çox özünə yönəlir, içinə qapanıq bir psixikayla həyatını yaşamağa başlayır. Belə bir yaşayış müddətində uşaq, inkişaf pillələrini nizamlı bir şəkildə tamamlaya bilmədiyindən yaşıdlarına görə geri qalır və bu nizamsızlıqları bir-birini izləyir. Danışığından, ünsiyyətinə, təmizliyindən, geyiminə, oxuyub-yazmaq kimi təməl zehini bacarıqlarından, hər cür öz baxım bacarıqlarına və ictimai sahədəki digər bütün bacarıqlarına qədər özünü göstərəcəkdir. Sosial-iqtisadi səviyyə (aşağı, orta, yuxarı) , aldıqları köməkçi xidmətlər, digər uşaqların və cütlüyün evdəki davranışları, həkimlərin davranışları, alınan ilk məsləhətlər, ilk məlumatlar, cəmiyyətdəki fərdlərin reaksiyaları və hazır olma səviyyələri, əlil olmayan və daha əvvəl doğulmuş sağlam uşaqlar, ailənin ümumi emosianal yetkinlik səviyyəsi, mədəni davranışlar, ana-atanın təhsil səviyyəsi, ana-atanın yaşı, doğuş sırası (ilk uşaq olması), uşağın cinsiyyəti kimi faktorlar ailələrin əlil uşağı qəbul etməsi müddətinə təsir edən faktorlardır.
Əlil uşağa sahib olan ailələrin istər uşağı qəbuletməsi müddətində, istərsə də uşağın təhsil müddətində ortaya çıxa biləcək problemlər qarşısında bir dəstəyə və professional bir köməyə ehtiyac duyurlar. Əlil uşaq ailəsinə verilə biləcək köməklərin əsas məqsədi:
a) Ana-atanın uşaqla aparılan təhsildə iştirak etməsini təşkil etmək
b) Emosional olaraq dəstəkləmək
c) Məlumat alış-verişində olmaq
d) Ana-ata-uşaq əlaqəsini artırmaq, olmalıdır.
Əlil uşağa sahib olan ailələr ümumilikdə, uşaqlarının əliliyinin qısa zamanda dəyişməsini və inkişafını istəyir, bundan nəticə almadıqda bu müalicənin çox uzun zaman və səbr tələb etdiyi həqiqəti ilə qarşılaşdıqda da xəyalları puç olar və bunun nəticəsində uşaqlarının müalicə və bərpasında mənfi təsir göstərirlər. Bu səbəblə də bir çox əlil uşaq ailəsi, uşaqlarını Bərpa Mərkəzlərinə gətirmək istəmirlər. Əlil uşağın inkişaf müddətində təhsillə bağlı bilikləri vaxtında doğru və bəsit olaraq ala bilməsi, ailə içində əlil bir uşağa sahib olmağın gətirdiyi psixi-sosial problemlərin irəliləmədən həll olunması üçün ailənin ictimai münasibətlər, cəmiyyətin strukturu və əlillik haqqında məlumatının lazımi qədər olması vacibdir. Əlil uşağı olan ailələrin bu mövzuda nələr edə biləcəkləri və bu haqda mövqeyi və davranışlarının öyrədilməsi lazımdır. Əvvəlcə bu qrupa dair cəmiyyətin təhsili vacibdir. Əlil uşağa sahib anaların təhsil səviyyələri aşağı olması səbəbi ilə uşaqların qüsuru haqqında lazımi və doğru biliyə sahib deyillər. Bu səbəblə uşağın qüsuru haqqında səhv başa düşülməsi və qiymətləndirmələr nəticəsində uşaqların qüsuru haqqında səhv etmə riski daşıyırlar. Əlil uşaq gündəlik həyata, şəhər həyatına və cəmiyyət həyatına çox məhdud ölçüdə qatışırlar. Təhsildən sağlamlığa, iş və sənət bərpasından mədəniyyət və incəsənətə, idman və şəhər standartlarının yaxşılaşdırılmasına, nəqliyyatdan psixoloji və ictimai dəstəyə, fərdi və ailə məsləhətçiliyi xidmətlərindən lazım olduqda daima baxıma qədər çox ciddi və həllini gözləyən problemləri var olmaqdadır. Ailələrin bütün gözləyişlərinin; əlil olmağın bir xəstəlik olmadığı, əsl məqsədin qüsurlu uşağın mümkün olduğu qədər müstəqil olması üçün öz-özünə kafi vəziyyətə gəlməsi olduğu, tərzində bir məntiqlə qarşılanmasına əhəmiyyət verilməli, bu məqsədə uyğun olaraq ailə psixolojik və sosialojik olaraq hazırlanmalıdır.
Əlil bir uşağın istənilən formada təhsil ehtiyaclarının qarşılana bilməsi üçün əhəmiyyətli olan;
a) Ailənin uşağını yaxşı müşahidə etməsi, nələr edə bilib,nələr edə bilməyəcəyini doğru bir şəkildə pedaqoqlara və çevrəsinə bildirməsi,
b) Uşağın olduğu səviyyəni qəbul etməsi,
c) Uşağın təhsilində iştirak etməsi və bu haqda məlumat sahibi olmaq istəyişi,
d) Uşağın potensialına inanması vacibdir.
XƏBƏR LENTİ
190 kilodan 60 kiloya düşən insanlar
Karantin qaydaları yenidən sərtləşdirilə bilər - RƏSMİ
Medvedevdən acı etiraf
Kosmonavtların fantastik maaşı-FOTO
Maraqlı mətbəx ləvazimatları
Acun "Survivor" iştirakçısını oyundan kənarlaşdırdı-SƏBƏB/VİDEO
Məşhur cütlük yenidən boşanır-SƏBƏB-FOTO
Qonaq otağı dizaynları
Böyük Vətən müharibəsinin azərbaycanlı iştirakçıları təltif ediləcəklər
Quşüzümünün faydası
Murad Boz paylaşımı ilə izləyicilərini təəccübləndirdi-FOTO
Gül-çiçəkli, bər-bəzəkli çantalar
Çinlilər “iPhone X”in tam oxşarını yaratdı
Əli Əsədovdan iki mühüm QƏRAR
Minsk qrupu Nalbandyanla Dağlıq Qarabağ nizamlanmasını müzakirə edib
Məktəbəhazırlıq qrupları ilə bağlı valdeynləri ən çox maraqlandıran SUALLARA cavab
Sabahın HAVAsı
Saç düzümləri
Kəlbəcərin Zülfüqarlı kəndinin görüntüləri - VİDEO
Selena Gomez Kann festivalında göz oxşadı-FOTO
Prezident İlham Əliyev bir sıra görüşlər keçirib
İmmuniteti gücləndirən asan üsullar
"Azərbaycan bayrağını təhqir etdiklərinə görə bunu etdim"
"Statement corab" modelləri
Nur Yerlitaş moda evini bağladı-SƏBƏB
28 illik həbs edilən gənc hər kəsi heyrətləndirdi_FOTO
Nə qədər demək olar, dırnağını yemə? - ARAŞDIRMA
Göbələkli və pendirli kotlet
Bayram günlərində küçəyə çıxmağa məhdudiyyət qoyulacaq? - RƏSMİ
Mərciməkli kuskus plovu (foto resept)
Babək kafir olub, yoxsa dindar!?
Azərbaycan tarixindən yüz şəxsiyyət-24
Yunan-Roma güləşçilərinin may ayı üçün reytinq siyahısında 9 idmançımız
MÖCÜZƏ: 16 yaşlı yeniyetmə 5 saat təyyarə təkərində uçdu
Tanınmış qadınların simasında gəlincik
Gənc analara tövsiyələr
Xəyanətə fərqli baxış
Kəsmikli-limonlu biskivit(foto resept)
Geyimləri köhnəlməkdən qoruyan tövsiyələr
"Xocalı faciəsində günahkar olan cinayətkarlar mütləq cəzalandırılacaqlar"
Keyt Middlton sadəliyi ilə diqqət çəkdi-FOTO
Prezident İlham Əliyev: "Ölkəmizi məhv etmək istəyirlər"
Məşhur filmlərin səhnələrinə özünü yerləşdirdi
Əli Əsədovdan yeni TƏYİNAT
BÜRCLƏR bizə nə vəd edir? - 25 fevral
Nurlu insan
Azərbaycanda kollec təhsilli müəllimlər daha çox hansı fənləri tədris edir?
14 yaşlı oğlandan iqtisadçıları şoka salan təklif
Yağış davam edəcək
Məşhur model təyyarə qəzasında öldü-FOTO
- ŞƏRHLƏR