20 yaş hər kəsin həyatında bir çox işlərin edilməsi və insan həyatının bir çox qərarlar alması ilə yadda qalır. 20-30 yaşlar arasında insan yeni həyata başlayır - ailə qurur, iş həyatına atılır və s. Bu zaman çox diqqətli və səbrli olmaq lazımdır. Verdiyimiz qərarları dəfələrlə düşünüb gələcəkdə peşman olmamaq üçün düzgün qərarlar verməliyik. Bunun üçün profesionalların bəzi məsləhətlərinə diqqət yetirmək lazımdır.
1. Bu faktı qəbul edin ki, insanlar dəyişir.
Ətrafınızdakılar, dost dedikləriniz dəyişir. Zamanla siz də dəyişirsiniz. Sizin fikirləriniz, dünyaya baxışınız dəyişir. Ona görə də bu halla üzləşərkən təəccüblənməyin. Siz əzab çəkə bilərsiniz. Sizə xəyanət edə bilərlər və ya siz xəyanət edə bilərsiniz. Ona görə də hər şeylə razılaşmalı, bitən bir münasibəti geri qaytarmağa, canlandırmağa çalışmayın. Əgər sizin yollarınız ayrılırsa, sadəcə olaraq geri çəkilin.
2. Özünüzə sevmək üçün bir şans verin.
Ciddi münasibətlər sizi qorxuda bilər. Çünki ciddi münasibət insanın azadlığını əlindən alır. Ancaq niyə ki, azadlığınızdan məhrum olma qorxusu sizi bu hissləri yaşamaqdan uzaqlaşdırsın?! Nə keçmişi xatırlayın, nə də ki, gələcəyi düşünün. Sadəcə olaraq bu günü yaşayın.
3. Həyatınızı zəhərləyən münasibətləri uzatmağa dəyməz.
Əgər yaşadığınız bu həyat sizi qane etmirsə və mühit sizi sıxırsa, bu münasibətləri uzatmağın heç bir xeyri yoxdur. Əksinə, zərəri daha çoxdur. Unutmayın ki, həyat çox qısadır və siz də xoşbəxt olmağa layiqsiniz. Sevmədiyiniz və sizi hər gün bir az da öldürən münasibətə sərf etdiyiniz vaxtı daha gözəl və sizi xoşbəxt edə biləcək insanlara sərf edə bilərsiniz.
4. İçki və siqaretdən uzaq durun.
Əlbəttə içki, əyləncə mərkəzləri, gözəl musiqilər və bu musiqi sədaları altında rəqs etmək pis deyil. Ancaq həyatda bundan da gözəl, müxtəlif işlər var ki, siz bununla çox xoşbəxt olarsınız. Məsələn, hər hansı rəsm dərnəklərinə yazılmaq, idman klublarına getmək və s. Belə siz daha sağlam həyat tərzi sürmüş olarsınız.
5. Həyat eşqinizi tapın.
Hər bir insanın bu həyatda bir məqsədi, reallaşdırmaq istədiyi arzuları var. Hər birimiz bu həyatda bir məna, bir gözəllik axtarırıq. Biz belə yaradılmışıq. Sizi xoşbəxt edən, vaxtınızı səmərəli keçirə biləcəyiniz bir iş tapmalısınız.
Əgər sizin məqsədiniz varsa və siz bu məqsədinizə çatmaq üçün çalışır-vuruşursunuzsa, bu ehtiras sizə bu həyatda yol göstərəcək və bu ehtirasla etdiyiniz bütün işlər sizi xoşbəxt edəcək.
6. Həyat hələ iş demək deyil.
Bəzən biz insanlar sevdiyimiz işi artıq bizə pul qazandıran bir sahəyə çeviririk və beləliklə, bu, artıq bizim sevdiyimiz iş yox, pul qazanmaq üçün məcburi sənətə çevrilir.
7. Səyahət edin.
20 və daha böyük yaşlarda xoşbəxtliyin ən böyük açarı səyahət etməkdir. Vaxtınızın və imkanınızın yaxşı olan bütün vaxtlarında səyahət edin. Fərqi yoxdur başqa ölkə olsun və ya yaşadığınız ölkədə rayonlar və şəhərlər. 4-cü bənddə dediklərimizə riayət etsəniz, buna sizin pulunuz və vaxtınız yetərincə olacaq. Öncə təbiətdən başlayın tanımağa, sonra isə insanları tanıyın və görəcəksiniz ki, insanlar necə müxtəlifdir. Onların yaşayış tərzi və dünyaya baxışı müxtəlifdir. Bu zaman sizin özünüzə əminliyiniz artacaq.
8. Sizə xoş olan insanlarla ünsiyyət qurun.
Cəmiyyət arasında işinə, təbəqəsinə görə insanları bir-birindən fərqləndirir və vəzifəsi yüksək, maddi durumu yaxşı insanlarla daha çox münasibət saxlayırıq. Təəssüflər olsun ki, bu bizim cəmiyyətimizin yaralı yeridir. Siz bu fikirlərinizi sizə yaxın olan zibil qutusuna atın və sizə xoş olan insanlarla ünsiyyət qurun, dostluq edin.
9. İşə elə indi başlayın.
20 yaşda insanlarda həyat təcrübəsi olmasa da işləmə gücü, daim irəli getmə ehtirası və nə isə əldə etmə xəyalı güclü olur. Əgər siz düşünürsünüzsə ki, bu iş sizin həyatınızı dəyişəcək, durmayın! İşə elə indi başlayın və hətta bu işiniz müvəffəqiyyətsizliyə uğrasa belə, siz həyat təcrübəsi almış olacaqsınız və daha da irəli getmə həvəsi yaranacaq.
10. Özünüzə qulaq asın.
Ömrü boyu kiməsə qulaq asmısınız. Ailəniz, dostlarınız, müəllimləriniz sizə nə etmək lazım olduğunu hər addımınızda sizə deyiblər. Siz artıq müəyyən qədər həyat təcrübəsi almısınız. Artıq özünüzü dinləməyə başlayın. Kiminsə sizin işinizin və ya etmək istədiyiniz hər hansı hərəkətə münasibət bildirməyini gözləməyin. Dostunuz və ya rəfiqəniz sizə bu işin çox gözəl və maraqlı olduğunu deyə bilər. lakin sizə darıxdırıcı gələn bu işi siz etmək məcburiyyətində deyilsiniz. Çünki sizin xoşunuza gəlmədi. Bu sizin həyatınızdır. Sizin dünyanızdır. Özünüz qərarlar verməyə başlayın. Siz artıq o yaşdasınız.
11. Uğur çox vaxt xoşbəxtlik gətirmir.
Xoşbəxtlik uğur gətirir, uğur xoşbəxtlik gətirmir. Bəlkə də bu məsləhət qalan 10 məsləhətdən daha üstündür. Əgər siz sevmədiyiniz bir sahə ilə uğur qazanmaq istəsəniz, bu sizdə heç vaxt reallaşmayacaq. Əgər uğur qazansanız belə, bu çox qısa müddətli olacaq. Uğurlu iş adamı olduğunuzu bilmək üçün özünüzə sual verin"mən xoşbəxttəmmi?" Əgər bu cavabınız "yox" olarsa, öncə xoşbəxtliyiniz tapın. Sonra isə iş həyatına və sevdiyiniz işlə məşğul olun.
XƏBƏR LENTİ
Netanyahu: "Dünyada İslama qarşı hücumlar təşkil olunmalıdır"
Rihanna və Cenniferdən sonra Demet Akalın geyindi - FOTO
WhatsApp”dan daha bir möhtəşəm yenilik
Azərbaycana qış gəldi
Bu gecə Azərbaycana qış gəlir
Məşhurlar və quşlar (2-ci hissə)
Bir gecədə 600 min qazanır
Mobil telefonlar
“WhatsApp” hücümu: NAZİRLİKDƏN XƏBƏRDARLIQ
Uğurlu pəhriz
Atakamanın nəhəng əli
Müasir ayna modelləri
Qafqaz Müsəlmanları İdarəsindən Qurban bayramı tövsiyəsi
Mehriban Əliyeva Füzulidən görüntülər paylaşdı - VİDEO
5 günə şəkəri həyatınızdan çıxarın
Qarabağ münaqişəsinin başlamasından 28 il ötür
Türkiyə Azərbaycana yeni səfir təyin etdi
Anar Eyvazov: Ordumuz yeni dayaq məntəqələrini azad edib
Yeni il üçün hazırlanan salatlar (2) (foto resept)
Dəriyə parlaqlıq verən ərzaqlar
Günün qoroskopu: ailə üzvləri ilə fikir ayrılıqları mümkündür
Məcburi köçkün uşaqlarının yemək xərci kəsiləcək
Pulqabı modelləri (2)
Azərbaycan bu siyahıda sonuncudur
Gəncədən Bakıya uçanlara müjdəli xəbər
Azərbaycanda pulsuz vaksinin kimlərə vurulacağı bəlli oldu
Azərbaycanda oğlan şagirdlərin sayı qızlardan çoxdu
Çayın və limon suyunun faydaları
Üzdəki tüklərdən xilas olmaq üçün...
Tramp Elvis Presliyə ölümündən sonra medal verəcək
Neft ucuzlaşıb
Bu uşaq qidaları Azərbaycanda qadağan olunacaq
Uşağına bu adı verənə 10 min dollar mükafat
Elektron heyvanlar
Küftəli düyü şorbası (foto resept)
Hande Ataizi pullarını itirdi
Artıq çəkidən xilas edən avokado detoksu
Mobil telefonların idxalı azaldıb
Çuğundur şorbası (foto-resept)
Daha bir ölkə sərhədlərini turistlərin üzünə açdı
"Hədəfimin mənbəyi arzularımdır..."-Xəyalə Muraddan müsahibə
Bu tarixdə yadplanetlilərlə əlaqə yaradılacaq
Nusretin Mikonosdakı restoranı açılışdan 48 saat sonra Bağlandı-SƏBƏB
Günəş Sistemində səyahət
Simsiz qulaqlıq istifadə edənlərə XƏBƏRDARLIQ
Qadınlarda sidik qaçırma
Putinin bitməyən erməni sevgisi
Daha sağlam 2020 keçirmək üçün...
Çağatay Amerikaya köçür
Meray Keri illər sonra incə belini nümayiş etdirdi-FOTO
- ŞƏRHLƏR