Bir gün bir gəncin anası ağır xəstələnir və onun əlacı səhranın o biri tayında yaşayan bir təbibdə olur. Bu gənc kasıb olduğundan dəvəsi yox imiş ki, anasını təbibə aparsın. Amma aparmasa, anası bu xəstəlikdən ölə bilərmiş. Gənc belə qərar verir ki, anasını belində aparsın. İsti hava, istidən qovrulan səhrayla oğlan anasını belinə alıb aparır. Təbib anasını sağaldandan sonra yenə o uzun səhra ilə anasını belində geri qaytarır. Mənzilə çatanda oğlanın bütün ayağının dərisi elə yanıbmış ki, az qala sümükləri görsənsin. Yenə də həmin gənc anasının yanında ağrıdığını bildirmirdi, sanki heç nə olmamış kimi anasına qulluq edirdi. Səhəri gün həmin gənc Peyğəmbərimizin (s.a.s.) yanına gedərək ona əhvalatı danışır və soruşur: «Mən bu əməlimlə anamın borcundan çıxa bilmişəmmi, öz övladlıq borcumu yerinə yetirmişəmmi?»
Sizcə cavab necə olub?...
Əziz xanımlar, əksəriyyətiniz artıq anasınız və bu hissin necə müqəddəs olduğunu bilirsiniz. Bəlkə də həyatımızda yeganə insan anamızdır ki, bizə təmannasız hər şey edər. Bir an belə tərəddüd etmədən canını belə bizə görə fəda edər. Hər şeyin ən yaxşısını bizə arzu edər. Artıq mən də anayam və bu hissləri bilirəm. Çünki istər dost , istər qardaş və bacı, istər həyat yoldaşı və s. anamız qədər bizi nə düşünməz, nə güzəştə getməz, nə etsək də yenə bağrına basmaz.
Bu hekayədə olduğu kimi, məncə heç birimiz anamıza görə belə ağır bir iş tutmamışıq. Düzdü, hamımızın anamıza qarşı müəyyən jestlərimiz olub, amma bu cür yox. Yenə də, sizcə, bu gəncin əməli anasının borcundan çıxmağa kifayət edibmi?
Cavabı:
Peyğəmbər (s.a.s) buyurur : “Bu hərəkətinlə sən yalnız ananın doğum sancısının əvəzini ödəyə bilərsən, o da tam olaraq yox, bəlkə yarısını”.
Sizcə hansı hərəkətimizlə anamızın borcundan çıxa bilərik? Mən çox düşündüm, amma yenə də cavab tapa bilmədim və əminəm ki, bir ömür boyu fikirləşsəm, yenə tapmayacağam.
Allah hamının anasına cansağlığı versin, xoşbəxt etsin, içində də mənim dünyalar qədər sevdiyim, canımın içi, gözümün nuru ANAMIN.
Həqiqətən də cənnət anaların ayaqları altındadır...
XƏBƏR LENTİ
Hollandiyada "Məmməd Məmmədov" parkı
Atalı analı günlərim...
Alla Puqaçova və Maksim Qalkin boşanır?
Onun sevdiyini necə müəyyən etmək olar?
Qan şəkərini tənzimləyən idmanlar
Yeni kəşf inqilab edəcək
Muzeylərdə ziyarətçilərə keyfiyyətli qulluq göstərilməsi üçün təlim keçirilib
Cəbhədən yeni xəbər
55 yaşlı qadın üçəm dünyaya gətirdi
"ASAN Xidmət"dən İmişli sakinləri də yararlanacaqlar
Manat qiymətdən düşür: krediti olanların qazancı nədir?
Qan rəngində axan çay görənləri dəhşətə gətirdi - VİDEO
Azərbaycanda 51 üçəm doğulub
Ərdoğan “Telegram” və “BiP” messencerdə özünə səhifə açıb
Emindən yeni mahnı-VİDEO
Azərbaycanda "WhatsApp"-ın fəaliyyəti məhdudlaşdırılacaq?
BÜRCLƏR bizə nə vəd edir? -6 iyul
Bağçaları açılır?- Bakı Şəhər İcra Hakimiyyəti aydınlıq şəgirdi
Azərbaycanda bələdiyyələrin statusu dəyişdirildi
Cüdoçularımız 5 qızıl medal qazandılar
Azərbaycandakı dəhşətli qrip virusu ilə mübarizə üçün nə etməli?
Suriyada hava zərbələri nəticəsində 23 dinc sakin ölüb
Türkiyənin başıbəlalı parkı bağlandı
Günün qoroskopu: Enerjili olun!
Günün qoroskopu: Gün uğurlu alınacaq
Azərbaycanda ən çox talassemiya xəstəliyi olan rayonlar
Leyla Əliyeva balaca Zəhraya şeir həsr edib
"Atletiko" növbəti mövsüm dağılacaq?
"Mən 10 kvadratmetrlik yerdə 1092 gün yaşadım"
Zoologiya İnstitutundan Kürdəmirdə tapılan heyvanla bağlı AÇIQLAMA
Cütlüyün bal ayı təxirə düşdü-SƏBƏB
Hilton bacılarından koronavirusa rekord dəstək... - FOTO
Türkiyə bayrağı Eyfeli bəzədi
Dənizdə qurumuş saçlar üçün maska
Fərqli stul modelləri
Çayın xeyiri və ziyanı
Dərini gözəlləşdirən qidalar
Milyaderlər uşaqlarına nə hədiyyə edir?
Heyvanlar daha böyük olsaydı...
Məşhur aktrisa diqqət çəkdi-FOTO
Günün ulduz falı
Serdar Ortaçdan qəribə açıqlama
Cins geyimlər
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Bu gün Ramazan ayı başlayır
Şokoladdan don hazırlandı
Google Maps-dan Azərbaycana qarşı təxribat - FOTO
HAVA necə olacaq? 15-yanvar
Uşaqların 1-ci sinfə hazırlığı ilə bağlı yeni qanun
Dəri geyimlər
- ŞƏRHLƏR