Qadin.NET / Anamız üçün nə etmişik?

Anamız üçün nə etmişik?

Anamız üçün nə etmişik?

Bir gün bir gəncin anası ağır xəstələnir və onun əlacı səhranın o biri tayında yaşayan bir təbibdə olur. Bu gənc kasıb olduğundan dəvəsi yox imiş ki, anasını təbibə aparsın. Amma aparmasa, anası bu xəstəlikdən ölə bilərmiş. Gənc belə qərar verir ki, anasını belində aparsın. İsti hava, istidən qovrulan səhrayla oğlan anasını belinə alıb aparır. Təbib anasını sağaldandan sonra yenə o uzun səhra ilə anasını belində geri qaytarır. Mənzilə çatanda  oğlanın bütün ayağının dərisi elə yanıbmış ki, az qala sümükləri görsənsin. Yenə də həmin gənc anasının yanında ağrıdığını bildirmirdi, sanki heç nə olmamış kimi anasına qulluq edirdi. Səhəri gün həmin gənc Peyğəmbərimizin (s.a.s.) yanına gedərək ona əhvalatı danışır və soruşur: «Mən bu əməlimlə anamın borcundan çıxa bilmişəmmi, öz övladlıq borcumu yerinə yetirmişəmmi?»

Sizcə cavab necə olub?...

Əziz xanımlar, əksəriyyətiniz artıq anasınız və bu hissin necə müqəddəs olduğunu bilirsiniz. Bəlkə də həyatımızda yeganə insan anamızdır ki, bizə təmannasız hər şey edər. Bir an belə tərəddüd etmədən canını belə bizə görə fəda edər. Hər şeyin ən yaxşısını bizə arzu edər. Artıq mən də anayam və bu hissləri bilirəm. Çünki istər dost , istər qardaş və bacı, istər həyat yoldaşı və s. anamız qədər bizi nə düşünməz, nə güzəştə getməz, nə etsək də yenə bağrına basmaz.

Bu hekayədə olduğu kimi, məncə heç birimiz anamıza görə belə ağır bir iş tutmamışıq. Düzdü, hamımızın anamıza qarşı müəyyən jestlərimiz olub, amma bu cür yox. Yenə də, sizcə, bu gəncin əməli anasının borcundan çıxmağa kifayət edibmi?

Cavabı:

Peyğəmbər (s.a.s) buyurur :  “Bu hərəkətinlə sən yalnız ananın doğum sancısının əvəzini ödəyə bilərsən, o da tam olaraq yox, bəlkə yarısını”.

Sizcə hansı hərəkətimizlə anamızın borcundan çıxa bilərik? Mən çox düşündüm, amma yenə də cavab tapa bilmədim və əminəm ki, bir ömür boyu fikirləşsəm, yenə tapmayacağam.

Allah hamının anasına cansağlığı versin, xoşbəxt etsin, içində də mənim dünyalar qədər sevdiyim, canımın içi, gözümün nuru ANAMIN.

Həqiqətən də cənnət anaların ayaqları altındadır...

3 sentyabr 2011
GO BACK