İnsan insansız yaşaya bilməz. İnsan insanlarsız yaşaya bilməz. Düzdür, heyvanlarla normal həyat sürə bilərik, amma həyatda kömək üçün, nəsli davam etdirmək üçün başqa bir insanlara da ehtiyac var. Ona görə də insan insana kömək edir. İnsanlar arasında ünsiyyət tənhalığın açarıdır. Daha doğrusu, tənhalıqdan qurtulmaqdır. Amma bu məsələdə iki sual meydana çıxır:
1) İnsanlar içində olub da, tənha olmaq yəni heç mümkün deyil?
2) İnsan insana həmişəmi kömək edir?
1) Aramızda elələri var ki, hər gün cəmiyyət içində olsa da, əslində çox tənhadır. Tənhalıq, deməli, ünsiyyətlə düzələn iş deyil. Qəlbində olanlar ilə reallıqda olanlar üst-üstə düşmürsə, sən tənhasan. Yaxşı, bəs gündəlik həyatında sənin üzünə gülənlər səmimidirlərmi? – Yox! O zaman, onlar sənin tənha olub-olmamağınla heç də maraqlanmırlar. Onların öz dünyası var, aralarında elə sənin kimi tənhalar da var. Amma onun vecinə deyil ki, o da, sən də tənhasınız, o, ancaq özünü düşünür. Hər kəs özünü düşünür.
2) İnsandan insana problem də gələ bilər. Çox insanlar yaxşıdır. Amma bunun pis tərəfi də var. Ürəkdən sevinirsən, amma o ətrafdakılar sənin sevincinə niyə pis tərəfdən baxırlar? Həəə, paxıldırlar. Sənin dərdin var, onlar sənin dərdinə niyə şərik olmurlar? – Sevinirlər. Axı niyə sevinirlər? – İnsandırlar da, çiy süd əmiblər. Əslində, “çiy süd əmib” kəlməsini biz insanlar elə özümüz üçün bir insan olduğumuza görə bəhanə kimi uydurmuşuq. Baxın, özümüz özümüzü düzəltmək əvəzinə “çiy süd əmib” kimi kəlmələrlə özümüzü müdafiə edirik.
“Nrç! Yooox! Mən elə deyiləm, əsla! Mən yaxşı insanam. Mən hamı kimi deyiləm axı” – deyə hər kəs düşünə bilər. Biz özümüz üçün ideal ola bilərik, yaxşı cəhətlərimizi görüb, pis cəhətlərimizi də ya görməyə, ya da elə yaxşıların siyahısına əlavə edə bilərik. Amma başqasında eyni bizdə olan mənfi cəhətlər olsa, onu çox pis insan kimi tanıyarıq. Mənə həmişə maraqlı olub ki, ağır xasiyyətli, kaprizli insanın surətini çıxardıb ikisini bir otağa bağlasam, sabaha sağ çıxarlarmı? Axı biz niyə belə pisik hamımız? Ürəyimizdəki pis fikirləri qarşımızdakına deyə bilərik, onun xətrinə dəyərik və bununla ürəyimizdə heç nə yoxdur, dilimizdə var, və ya biz sadə insanıq, ürəkdə heç nə saxlamırıq, üzə deyirik və heç nə gizlətmirik kimi özümüzdə günah görmürük, amma qarşımızdakı özünü müdafiə etmək üçün bizim dediklərimizə qarşılıqlı nəsə desə, tez inciyərik, amma əsla demərik ki, o insanın nəyi varsa dilindədir və ya ürəyində heç nə saxlamır, üzə deyir, sadə insandır - deyib anlamırıq? O insanın da bizim kimi insan olduğunu görmərik və onun pis insan olduğunu deyərik. Üstəlik, öz dediklərimizi unudub onun bizə nələr dediyini aləmə yayarıq ki, "filankəsə bax gör mənə nə deyib?!"
Gəşəngcə oturub qonşunun qızının hansısa oğlanla görüşdüyünü müzakirə edərik. Amma aramızda heç birimiz qabağa çıxıb deyə bilməz ki, “mən o qıza xoşbəxtliyi verə bilərəm”. Başqasına xoşbəxtlik verə bilmək kimi ciddi məsələdə gücsüzüksə, niyə o qızın həyatını müzakirə edirik? Kim bizə bu haqqı verib?
Cütlüklər var ki, gecə-gündüz bir-birinin qanını içirlər, amma uşağa görə dözürlər. Anlamırlar ki, vaxt keçir, onlar ikisi də ayrılıb normal başqa həyat qura bilərlər, bu stressli həyatla ikisi də ömürlərini qısaldırlar, xəstələnirlər, uşaq da bu dava-dalaşı görməyib daha normal həyat yaşaya bilər axı. Biz niyə bu qədər dar düşüncəliyik?
Dindən çox danışırıq, özümüzü müsəlman sayırıq, namaz qılıb oruc tuturuq, Həccə gedirik. Amma vay birinin halına ki, ya hicabsız gəzə, ya açıq geyinə, ya namaz qılmaya, əşşi zina edə... Qeybəti günah sayan – biz, o “əyri yolda olanları” müzakirə edən, qeybət edən də - biz...
Bizim xətrimizə dəyəndə acı sözləri unuda bilmirik, amma özümüz kiminsə qəlbini qıranda bunu daha tez unuduruq.
İnsan insana kömək edir, eləmi? O zaman niyə biz bir-birimizin ayağının altını qazırıq və bundan da həzz alırıq? Yaxşılıq edirik, onun cavabını gözləyirik. Ən pis halda isə o yaxşılığın əvəzini çıxmaq kimi yaxşılığın ardınca uzun, ürəksıxıcı yollarla pislik edirik. Pislik edəcəkdiksə, niyə yaxşılıq etdik, elə ən yaxşısı nə yaxşılıq, nə də pislik etməyək, olmazdımı neytral olaq?
İsa peyğəmbər günah etmiş birini kənardakılar daşa tutanda gözəl söz demişdi: “Kim həyatında bir dəfə də olsun günah iş görməyibsə, o insan daşı ilk olaraq atsın!” (səhv etmirəmsə, məsələ belə olmuşdur).
Yuxarıda yazılanları başa düşmədinizsə, bir daha oxusanız başa düşərsiniz. Başa düzdünüzsə, insanın necə canlı olduğunu başa düzdünüz, deməli, özünüz özünüzə baxıb özünüzü başa düşmədiniz.
Nazuletta
XƏBƏR LENTİ
Yeməli, yeməməli?
Moskvada Azərbaycan və Ermənistan təhlükəsizlik xidmətləri rəhbərlərinin görüşü keçirildi
Zamanla ayaqlaşmaq lazımdır
Ermənilər mövqelərimizi atəşə tutublar
Ölənlərin sayı 5 dəfəyədək azalıb
"Sevinc" salatı (foto resept)
Hadisənin paylaşımı qalmaqal yaratdı
Hazal Kayanı belə görməmisiniz - FOTO
Çempionlar Liqası finalının biletləri satışda
Naxçıvanda orduya əmr verildi
Yer sakinləri acından ölə bilər
Lələklərdən ibarət qanad
Gözəllik üzrə ekspertiniz - mobil telefon
"Arı yuvası" tortu (foto resept)
Prezident ailəsi ilə Yel çərşənbəsini belə qeyd etdi - FOTO
"Pokemon Go" oyunu ilk ayda bu qədər qazanc gətirdi
Həsən Əliyev küçəsi açılır
Çanta modelləri
Necə xoşbəxt olmalı?
Girovlarımız bu gün azad ola bilər
Qədim Mayyalardan Şərq futurizminə qədər
Mehmet Ali uzun müddət sonra İLK DƏFƏ - FOTO
Mançini Arda Turanı istəyir
Aleksandr Rozenbaum sərnişinin həyatını xilas etdi-FOTO
Doğulacaq övladının FOTOsunu paylaşdı
Novruz bayramının qeyri-iş günləri AÇIQLANDI
Yayda təbiətin gözəlliyi
Hicablı xanımlar üçün geyim dəstləri
Səfərbərliyə cəlb edilmiş tələbələrə güzəştlərlə bağlı QƏRAR
Dünya elmi zəfəranın arxasında xərçəngin müalicəsini gizlədir?
Gündəlik salat (foto resept)
Neftin və dolların bu günə qiyməti
Azərbaycanda nikahların sayı artıb
Günün qoroskopu: sizə yardım edəcəklər
Kadırov Rusiyanı bu hərəkəti ilə qarışdırdı
Hollivud ulduzu yaşadığı dəhşətdən danışdı-İLK DƏFƏ
Təbrizin qədim ölçü vahidləri
Məcburi köçkün uşaqlarının yemək xərci kəsiləcək
Tramp şəxsi iqamətgahına gedə bilmir-SƏBƏB
Tez məğlub olmağın səbəbləri
Çimərlik mövsümü açılacaq?
Hamilə qadınlarda dəmir mübadiləsi
10 yaşlı dahi
Azərbaycandan ABŞ-a birbaşa aviareyslər: tarix açıqlandı
Bişirdiyi yumurtalar rəsm əsəri kimi görünür
Türkiyə kino tarixində REKORD-VİDEO
Maaşlar nə vaxtdan qalxır?
Çanta və ayaqqabı modelləri
Günün qoroskopu: yeni tanışlıqlar məsləhətli deyil
Məşhur müğənnidən gözlənilməz ETİRAF-FOTO
- ŞƏRHLƏR