Indiki həyatımızda romantik duyğuları qoruyub saxlamaq asan iş deyil. Çünki hər kəs ailəni necə dolandırmaq haqqında düşünür və bütün gücünü ailəsini qoruyub saxlamağa sərf edir. Məişət problemləri cütlüklərə romantik münasibətləri qoruyub saxlamaqda mane olur. Bəzi cütlüklər var ki, münasibətlərin əvvəlində öz qeyri-adi sevgisi, romantik hissləri ilə hamıdan fərqlənirlər, lakin onlar ailə qurduqdan sonra həmin hisslər itir və onların sevgisindən geriyə yalnız sakit və öz axarında gedən ailə həyatı qalır.
Lakin bir çox qadınlar ailə qurmamışdan əvvəl ömür boyu sürəcək sevgi və romantika arzusu ilə yaşayırlar. Amma əslində başqa həyatla üzləşirlər. Bəzən sevdikləri insan hec onlarla danışmağa belə vaxt tapa bilmir. O ki, qaldı romantik hərəkətlərə...
Ancaq heç vaxt gec deyil. Münasibətlərdəki sevgini alışdırmaq və yenidən romantika qatmaq hər zaman mümkündür. Bunun üçün sadəcə bir az səy göstərmək lazimdır, öz səbrinizi, anlayışınızı və bir də qadın müdrikliyini işə salmaq lazımdır. Bunları etmək üçün xüsusən özəl günlər seçin. (ad günü, sevgililər günü, evlilik ildönümü və s. )
İlk növbədə aranızdakı soyuqluğun səbəbini tapmaq lazımdır. Təbii ki, bir çoxlarının düşündüyü kimi bu artıq çəkidən, xarici görkəminizin əvvəlki kimi cəlbedici olmadığından irəli gələn səbəb deyil. Sadəcə bilin ki, kişilər təbiətcə "ovçu"durlar. Sizi əldə etdikdən sonra onlar başqa "ov"a tələ qurmaq istəyirlər. Onun ağlına belə gəlmir ki, siz əvvəlki kimi diqqət və qayğı istəyirsiniz və bir şeyə də əmin olur ki, nə olursa olsun onsuz da siz artıq onunsuz və heç bir yerə gedən deyilsiniz. Bu fikir onlarda bir növ rahatlıq hissi yaradır.
Ona görə də, siz məsələyə başqa prizmadan yanaşmalısınız. Ailənin həftəlik planını həmişəkindən fərqli qurun. Məsələn hər həftənin bazar günü siz ananızgilə gedirsinizsə, bu həftəni birlikdə keçirməyi planlaşdırın. Onunla dəniz kənarına, romantik şam yeməyinə və ya başqa sevdiyiniz yerə gedin. Bu görüş sizin yaddaşlarınızda bir müddət qalacaq və münasibətlərinizə yeni bir dinamika verəcək. Görüşdəki hadisələri detallarına kimi düşünmək sizin öhdənizə düşür.
Bundan başqa kiçik də olsa, bəzi nüanslarla siz öz münasibətlərinizə romantika qata bilərsiniz. Məsələn həyat yoldaşınıza məzəli və şirin ad qoyun və onu elə çağırın. (Məsələn, motuşum, mastanım, şəkərim, ürəyim, balam, balaşkam, həyatım, tonbişim və s.) Bunlarla yanaşı ona tez-tez xoş sözlər deməyi unutmayın. (məsələn, Səni çox istəyirəm, sən mənə hər şeydən əzizsən və s.). Ümümilikdə romantik fikirlər hardansa oğurlana və ya köçürülə bilməz, o ürəkdən gəlməlidir və onları yalnız özünüz düşünə bilərsiniz.
Gələcək üçün birgə plan qurmaq da sizin aranızdakı soyuqluğu götürə bilər. Məsələn, yay və ya qış tətili üçün planlar qurun. Birlikdə bir başqa ölkəyə və ya rayona, şəhər kənarına getməyi planlaşdırın. Təsəvvür edin ki, qış tətilində qarlı dağ ətəyində, taxta, isti sobası olan evdə, və ya dəniz kənarında düz dənizə açılan mənzərəli günəşli bir evdə həyat yoldaşınızla baş-başa bir həftə istirahət edirsiniz.
Bu günümüzdə belə yerlərdə istirahət etmək belə baxdıqda adi bir şeydir. Amma həmin yerdə yaşadıqca münasibətlər elə bil təzə evləndiyiniz günlərdəki kimi olacaq. Gələcəyə plan qurun! Bəlkə də həmin planlar zamanı gələndə dəyişəcək və ya başqa bir forma alacaq amma plan qurun! Xəyal qurmaqdan arzulamaqdan çəkinməyin! İnanın ki, xəyallar gerçəkləşir! Gələcəkdə səyahət, təbiətdəki kiçik eviniz, dəniz tətili, birlikdə gözəl körpələrinizin olması haqda hər zaman düşünün. Birgə arzular sizin münasibətlərinizi getdikcə möhkəmləndirəcək, əvvəlki kimi romantika qatacaq.
Əgər intim münasibətlərinizdəki romantika itibsə, əgər onun bir toxunuşu sizə əvvəlki kimi təsir etmirsə, əgər əvvəlki kimi onu gördükdə ağlınızı itirmirsinizsə, yalnız beyniniz ailə və məişət problemləri ilə doludursa təəssüflənməyin. Burda da hələ hər şey itirilməyib. Öz intim həyatınıza da, romantika və incəlik qaytarmaq sizin əlinizdədir.
Burda sizə qadın müdrikliyi kömək etməlidir. Çünki yalnız siz bilirsiniz ki, sizin münasibətlərdə nə çatışmır. Ola bilsin ki, siz hər həyat yoldaşınızın evə gəldiyində, gözəl açılmış süfrə, dadlı yeməklər və s. hazır edirsiniz. Lakin onu da bilin ki, heç bir kişi xüsusi günlər üçün saxladığınız gözəl yataq dəstinə laqeyd qala bilməz.
Əlbəttə ki, özünüzü də yaddan çıxarmayın. Bir çox kişilər, gözəl alt paltarları gördükdə ağıllarını itirirlər. Ona görə də, həmin gün havalı, cəlbedici geyinməkdən çəkinməyin. Öz gözəlliyinizi açmaqdan qorxmayın əksinə, bağlamaqdan çəkinin. Ətirlənməyi unutmayın. Lakin unutmayın ki, həddindən artıq ətirlənməyiniz həyat yoldaşınızın əsəblərinə təsir edə bilər.
Romantikanın əsasını bir şey təşkil edir- başqalarının təcrübəsindən yararlanmayın. Çünki siz öz həyat yoldaşınızın xarakterini və istəklərini siz hamıdan yaxşı bilirsiniz. Ona görə, ona uyğun xəyal qurun. Kişilərinizin, xarakterini və adətlərini yaxından öyrənib onları başa düşdükcə münasibətlərin necə müsbətə doğru getdiyini görəcəksiniz. İnanın ki, sizin səyləriniz və zəhmətiniz yerdə qalmayacaq. Klassiklərdən biri demişdir: " Romantika piroqun kremi deyil, süfrənin əsas yeməyidir.". Ona görə də, romantik olun.
SONDA HƏR BİRİNİZƏ HƏYATINIZ BOYU SÜRƏCƏK SEVGİ ARZU EDİRƏM!
XƏBƏR LENTİ
Arıqlamaq üçün ağ çay için
Yarpaqlardan hazırlanmış incəsənət nümunələri
Yaşıl meyvəli dondurma salatı (foto resept)
Putin Qarabağda sülh istəyirmi?
Nəhəng iti görənlər onu atla səhv salır – FOTO
Abdullah Gül: "Türkiyə regionun hərbləşdirilməsinin əleyhinədir
Estoniya - Azərbaycan oyununun başlanma vaxtı bilindi
“WhatsApp”da yeni funksiya tətbiq olunacaq
Azercell-dən gənc musiqiçilərə daha bir töhfə
Qadınların ehtiyacı olan vitaminlər
Sinəsini böyütmək istəyirdi həyatı kabusa döndü-FOTO
Qısa kurtkalar və montlar
40 min tələbəyə ŞAD XƏBƏR: İyunun 10-dək... - VİDEO
Soyuqdəymənin qarşısını alan məhsullar
"Azəriqaz”dan xəbərdarlıq
Cinsi MIF-lər nədir?
Aktrisa geyiminə görə həbs oluna bilər-FOTO
Günün ulduz falı
Cem Yılmaz Bakıya gəlir
HAVA necə olacaq?- 22 APREL
Ərəb şeyxinin boşadığı qadın: "75 milyon mənə azdır, çox az"
Norveçə getmək istəyənlərə xəbərdarlıq
Hava haqqında - 04.10.2013
8 May Şuşanın işğalı günüdür!
Dünyanın ən qorxunc körpüləri
Adamyeyənlərin həbsxanası-FOTO
Ən uzaq qalaktika kəşf edildi
Ən böyük partlayış baş verdi: ehtiyatlı olun
Astronomiyadan təsirlənən manikür
Bakıda bayram namazı qılınır - CANLI YAYIM
Bakı ilə Sumqayıt birləşəcək? - EKSPERT RƏYİ
Energetikası güclü olan insanların əlamətləri
Çox sevildiyi üçün boşanmaq istəyir-Qadından qəribə addım
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Dünya Türkləri Facebook-da səs verir
Bu günün hava proqnozu
Hazal Kaya Los-Ancelesə köçür-SƏBƏB
Türkan Şoray 2 yaşından 72 yaşına qədər - VİDEO
Buraxılış imtahanında iştirak etməyənlərə sənəd verilməyəcək
Kəvərli-pendirli piroq (foto resept)
Qadın və futbol ...
Sabah ildırım çaxacaq
İlham Əliyev marketdə - FOTO
Alimlərdən QORXUNC XƏBƏRDARLIQ
Gülben Ergen və Yeşim arasında qalmaqal
Dünyanın ƏN UCUZ HOTELİ
Xaçmazlı idmançı Avropa çempionatının qalibi oldu
HAVA necə olacaq?
Qoz yarpağının faydası nədir?
İrina Şeyk geyimi ilə TƏƏCCÜBLƏNDİRDİ
- ŞƏRHLƏR