Insan hər yerdə, hər şəraitdə özünün böyük gücünə, qüdrətinə inanmalıdır. Düşüncə gücünü, ruhunu yaradıcı vəziyyətə gətirməlidir. İnsan ictimai varlıqdır. Biz sevilməli və sevməliyik. İnsan sayılan, sevilən və hörmət edilən yerdə həyata bağlılıq və özünə inam yaranar.
Bil ki, özünə inam insana məğrurluq və əzəmət gətirər, onun fikir və əməllərində müstəqillik yaradar. Özünə inanmayanlar özlərinin deyil, kiminsə fikirlərini tutuquşu kimi təkrar edirlər. Özünü zəif, əfəl bir varlıq hesab edib, başqalarının şəxsində özünə kömək axtaran adam yaramazdır. Insan çalışmalıdır ki, başqalarına arxa olsun. Məhz bu cür ümid, inam insanda ruh yüksəkliyi, özunə inam duyğusu yaradar.
Bütün vəziyyətlərdə həyatı, yaşamağı sevmək bəzilərinin düşündükləri kimi heç də arsızlıq deyil, ən böyük müdriklikdir. Əgər həyat dözülməzdirsə , pisdirsə, şər xeyirə, ədalətsizlik ədalətə qalib gəlirsə, ümumiyyətlə həyat boğucudursa, çalışıb onu yaxşılaşdırmaq lazımdır.
Nəzərə almaq lazımdır ki, həyat sevgisi , yaşamaq eşqi ömrün ən mühüm komponentlərindən biridir. Həyat sevgisində elə bir ecazkar qüvvə var ki, bununla ən çətin maneələri belə, o cümlədən, olan stresi aradan qaldırmaq mümkündür. Dünyada ən əziz nemət olan həyatın özüdür. Onu sevməmək və ya lazımınca qiymətləndirməmək qəbahətdir.
Hər bir insanda həm real, həm də ideal ''mən" var. Çox vaxt xarakerimiz, davranışımız həmin mənin səviyyəsinə qalxa bilmir. Bu zaman biz xarakterimizə uyğun insan axtarmalı oluruq.
Ümumi götürəndə insan üçün narahatlıq yaxşı əlamətdir. O , yaxşı mənada fikirləşir, götür-qoy edir, müəyyən hisslər keçirir. Daxili narahatlığı aydın yol seçməyə, konkret bir fikrə getməyə imkan yaradır.
Unutma ki, ağıl biliyi əvəz etmir. İnsan biliyə yiyələnmək üçün daxilən ona hazır olmalıdır. Elmə yiyələnmək həm də insanı nəcibəşdirir, onu əxlaqi cəhətdən təmizləyir. Elmdə elə bir əxlaqi tərbiyəvi qüvvə var ki, o heç vaxt itib getmir. Elm istədiyinə nail olur, ağıla təsir etməklə əxlaqa da təsir göstərir.
Çılpaq insan tərbiyəli olmadığı kimi, çılpaq söz də ədəbli sayılmaz. Çox yaşamaq əlimizdə deyil. Ancaq adımızı çox yaşatmaq bizim əlimizdədir.
Çalış, Allahın evi sayılan ürəyini mənasız arzularla fəsad yuvasına çevirmə. Ümumiyyətlə, mal kəsb etməkdə də ehtiyatlı olmaq lazımdır. İsrafçılıq da paxıllığa bərabər şeydir. Bil ki, israfçılıq şeytanın qardaşıdır.
Alqış o xoşbəxt adama ki, yaxşılığı yerində edir və hər iki dünyanın dövlətinə sahib olur, belə adam hər zaman əziz və hörmətli olur. Hər bir ehtiyacı rəf olunar və hər cür müşkül işdən nicat yolunu tapar.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Məhərrəm ayı ilə bağlı fətva verildi
Kakao yağının dərimizə faydaları
2015-də bu ölkələrə gedin
Bu sezon ən iddialı trendləri
Kələm salatı (foto resept)
Vitaminlər
"Qarabağ"la çətin oyun olacaq
Fransız qadınları kimi geyinməyin sirri
Bahalaşma başladı
Havanın temperaturu 36 dərəcəyə çatacaq
Hava haqqında
Fransa təkcə romantika şəhəri deyil
Azərbaycanda 90 yaşlı kişi koronavirusdan sağaldı - VİDEO
Azərbaycana gələn pullar azaldı
Nazirlik təhsil müəssisələrində yeni xidmətə başlayır
Rafael Dadaşov vəfat etdi
Süd verən analar üçün qidalanma tövsiyəsi
Azərbaycan istifadəçiləri internetsiz qalacaq? -RƏSMİ cavab
Xoşbəxtlik gətirən qidalar
Dünyanın ən balaca iti odur
Kağız halva (3)
Laqeydlik ən böyük şiddətdir
Gülben Ergen haqqında ŞOK məlumat
Qan donduran araşdırma - 5042 ölü
Qasırğanı dəqiq proqnozlaşdıran qurğu hazırlandı
Ermənistan daha 45 hərbçisinin öldüyünü etiraf etdi
Vanqa onun ölümünü bir il öncədən bilibmiş - Şok öngörü
Məşhur model üsyan etdi
Novruzu ən qeyri-adi şəkildə qarşılayan kənd
Münasibətin mərhələləri
Dovğa göyərtisinin doğranılması
Döşlərinizi 10 günə 3 sm böyüdün!
Nüsret evlənir?-FOTO
Rusiya nüvə silahından istifadə üçün əsas şərti açıqladı
Limonlu-pudralı peçenye (foto resept)
İlon Mask dünyanın dördüncü ən varlı insanı oldu
Ermənistan törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır - RƏSMİ
Cütlüklər arasında çıxan münaqişə mövzuları
2011 Oscar-ın zövqlü və zövqsüz xanımları
Mehmet Ali Erbilin halı yenidən pisləşdi
Gəncə Təbrizlə qardaş oldu
Sobada ətli rulet (foto-resept)
Çempionlar Liqasında bu həftə rekord üstə rekord qırıldı
Göz makyajı
Abituriyentlərinin nəzərinə!
"Ağıllı" kontakt linzalar xərçəng hüceyrələrini aşkarlayacaq - FOTOLAR
Messi əməliyyat olunacaq
Damla şokoladlı keks (foto-resept)
Günün ulduz falı
Yağmasan da, gurulda!
- ŞƏRHLƏR