Qadin.NET / Düşünməyə dəyər

Düşünməyə dəyər

 Düşünməyə dəyər

Insan hər yerdə, hər şəraitdə özünün böyük gücünə, qüdrətinə inanmalıdır. Düşüncə gücünü, ruhunu yaradıcı vəziyyətə gətirməlidir. İnsan ictimai varlıqdır. Biz sevilməli və sevməliyik. İnsan sayılan, sevilən və  hörmət edilən yerdə həyata bağlılıq və özünə inam yaranar.

Bil ki, özünə inam insana məğrurluq və əzəmət gətirər, onun fikir və əməllərində müstəqillik yaradar. Özünə inanmayanlar özlərinin deyil, kiminsə fikirlərini tutuquşu kimi təkrar edirlər. Özünü zəif, əfəl bir varlıq hesab edib, başqalarının şəxsində özünə kömək axtaran adam yaramazdır. Insan çalışmalıdır ki, başqalarına arxa olsun. Məhz bu cür ümid, inam insanda ruh yüksəkliyi, özunə inam duyğusu yaradar.

Bütün vəziyyətlərdə həyatı, yaşamağı sevmək bəzilərinin düşündükləri kimi heç də arsızlıq deyil, ən böyük müdriklikdir. Əgər həyat dözülməzdirsə , pisdirsə, şər xeyirə, ədalətsizlik ədalətə qalib gəlirsə, ümumiyyətlə həyat boğucudursa, çalışıb onu yaxşılaşdırmaq lazımdır.

Düşünməyə dəyər

Nəzərə almaq lazımdır ki, həyat sevgisi , yaşamaq eşqi ömrün ən mühüm komponentlərindən biridir. Həyat sevgisində elə bir ecazkar qüvvə var ki, bununla ən çətin maneələri belə, o cümlədən, olan stresi aradan qaldırmaq mümkündür. Dünyada ən əziz nemət olan həyatın özüdür. Onu sevməmək və ya lazımınca qiymətləndirməmək qəbahətdir.

Hər bir insanda həm real, həm də ideal  ''mən"  var. Çox vaxt xarakerimiz, davranışımız həmin mənin səviyyəsinə qalxa bilmir. Bu zaman biz xarakterimizə uyğun insan axtarmalı oluruq.

Ümumi götürəndə insan üçün narahatlıq yaxşı əlamətdir. O , yaxşı mənada fikirləşir, götür-qoy edir, müəyyən hisslər keçirir. Daxili narahatlığı aydın yol seçməyə, konkret bir fikrə getməyə imkan yaradır.

Unutma ki, ağıl biliyi əvəz etmir. İnsan biliyə yiyələnmək üçün daxilən ona hazır olmalıdır. Elmə yiyələnmək həm də insanı nəcibəşdirir, onu əxlaqi cəhətdən təmizləyir. Elmdə elə bir əxlaqi tərbiyəvi qüvvə var ki, o heç vaxt itib getmir. Elm istədiyinə nail olur, ağıla təsir etməklə əxlaqa da təsir göstərir.

Düşünməyə dəyər

Çılpaq insan tərbiyəli olmadığı kimi, çılpaq söz də ədəbli sayılmaz. Çox yaşamaq əlimizdə deyil. Ancaq adımızı çox yaşatmaq bizim əlimizdədir.

Çalış, Allahın evi sayılan ürəyini mənasız arzularla fəsad yuvasına çevirmə. Ümumiyyətlə, mal kəsb etməkdə də ehtiyatlı olmaq lazımdır. İsrafçılıq da paxıllığa bərabər şeydir. Bil ki, israfçılıq şeytanın qardaşıdır.

Alqış o xoşbəxt adama ki, yaxşılığı yerində edir və hər iki dünyanın dövlətinə sahib olur, belə adam hər zaman əziz və hörmətli olur. Hər bir ehtiyacı rəf olunar və hər cür müşkül işdən nicat yolunu tapar. 

13 fevral 2015
GO BACK