Bəzi şeylər vardır ki, insan keçmişi düşünərək təəssüf hissi keçirir və daim "ey kaş ki" sözünü işlədir. Bu da insanı indiki zamanda yaşamasının qarşısını alır. İnsan unutmamalıdır ki, onun indiki durumu, bir müddət sonra onun keçmişi sayılacaqdır. Odur ki, nə qədər gec deyil, keçmişə xoş xatirələr atmaq lazımdır.
1. Mən özümə görə deyil, başqalarına görə yaşamışam
Heç olmasa qarşınıza məqsəd qoyun. Bu həyatdan nə istədiyinizi ayırd edin. Onun üstündə zəhmət çəkin. Unutmayın, sizin hədəfiniz olmasa, həmişə başqalaraının hədəf və arzuları uğrunda çalışacaqsınız.
2. Mən olduqca çox işləmişəm
Həyat yalnız pul qazanmaq uğrunda işləmək deyil. O qədər insan var ki, qazancı az olsa da xoşbəxt və kimsədən asılı olmayan halda yaşayır. Haqlı deyiblər, insan gənc vaxtı ömrünü pul qazanmağa sərf edir, daha sonra yaşlanır və qazandıqlarını sağlamlıq əldə etmək yoldunda xərcləyir.
3. Mən öz hisslərimi gizlətmişəm
Bilirəm, bəzən görmüsünüz ki, bəlkə də ləyaqətli bilmədiyiniz insanlar cəsarət göstərərək sizin qürur üzündən yaxınlaşmadığınızı gəlib elə gözünüzün önündə ikən qapıb aparıblar. Siz isə özünüzü yox, həmin adamı qınamısınız. Sanki bütün dünya sizin qürur üzündən susub yaxınlaşmadığınızı əbədiyyən sizin üçün saxlamalı idi.
4. Mən dostlarla əlaqə saxlamırdım
Həmişə gözləyirik ki, bizi yada salsınlar. Əksərən diqqətsizlikdən şikayət edən adamların özləri diqqətsiz olurlar. Bu dünyada hamının səninlə maraqlanmaq kimi bir öhdəçiliyi yoxdur. Sənin susqunluğunu və eqoistliyini görən yaxşı dostların belə, sonda səni tək qoyacaqlar.
5. Mən özümə xoşbəxt olmaq imkanı yaratmırdım
Nə üçün insanlar həmişə şikayət edirlər? Nə üçün bir dəfə də olsun nədənsə məmnun qaldıqlarını etiraf etmirlər? Haqlı deyiblər, bəzən insan xoşbəxt olmağa bəhanə tapmadıqda öz bədbəxtlikləri ilə öyünər. Bu gün nələrə maliksinizsə qədrini bilin. Həm buna görə təşəkkür edin, həm də layiqli istifadə edin.
6. İstəmirdim uşağım olsun
Bəzən insanlar ailə qurmağı gecikdirir, daha sonra gənc olduğunu və hələ həyat yaşamalı olduğunu iddia edərək övlad məsələsini gözardı edir. Meylini heyvanlara salır. Daha sonra yaşlaşır və görür ki, heç kimə lazım deyil. Artıq ahıl olduğuna görə ona maraq göstərən də yoxdur. Daha bu haqda düşünmək belə, insana əziyyət verir.
7. Həmişə problemdən qaçmışam
Bu dünyada insan hamıyla yola gedə bilməz. Sözsüz ki, onun düşmənləri də olacaqdır. Ya o kiminləsə düşmənçilik edəcək, ya da onunla edəcəklər. İnsan dağın başına da qaçsa problemlə üzləşəcəkdir. Problem insanı möhkəmlədir. İmmuniteti zəif olan insanı xəstəlik hər yerdə tapar.
8. Həyatda lazım olan fürsətlərdən istifadə etməmişəm
Bəli, bu gün əlimizə şərait düşərkən hələ zaman vardır deyə, onu ertələyirik. Bir şeyin üzərində uzun zaman götür-qoy edirik və həmin fürsət əlimizdən çıxır. Fürsət elə bir şeydir ki, bəlkə də insanın həyatında bir dəfə parlayır. Odur ki, fürsətləri qənimət bilmək lazımdır.
9. Mən həmişə məni sevən adamları incitmişəm
Bu cür insanlar çoxdur, bəlkə də özümüz də bu xasiyyətə malikik. Bizim qayğımıza qalan, bizi sevən insanları özümüzdən rədd edirik. Onlarla kobud davranırıq. Məhəbbət göstərmirik. Öz hisslərimizi biruzə verməkdən qorxuruq. İnanın, zaman keçdikdən sonra artıq sizin bu soyuqluğunuzu görən isti münasibət göstərən adamlar belə, sizə laqeyid yanaşacaqlar. Zaman ötdükdən sonra daha sizin isti münasibət göstərməyinizə ehtiyac qalmayacaqdır.
10. Uşaqlarıma az zaman ayırırdım
Bəzi insanlar var ki, övladlarının 18 yaşa çatmasını gözləyirlər ki, onlara tərbiyə versinlər. Halbuki hələ dünyaya gəlməmişdən öncə körpələri barədə düşünməli idilər. Mal-dövlət gəldi gedərdir. Övlad öz valideyninin qayğısını, sevgisini görməlidir. Övlad yalnız nökərçilik etmək üçün doğulmayıb. O da şəxsiyyətdir. Ona da vaxt ayırmaq lazımdır. Yoxsa artıq gec olacaqdır.
F.A.
XƏBƏR LENTİ
Üçgözlü ilan
Köhnə kitablar üzərində rəsm əsəri
İlham Əliyevlə eyni fikirdəyik
Bülent Ersoydan Tarkana gecikmiş toy hədiyyəsi
"Səkkizinci qitə"yə dair yeni dəlillər tapıldı
2014-cü ilin babet modelləri
Günün ulduz falı - 28.02.2014
Həyatı üç il uzatmaq üçün cəmi beş dəqiqə lazımdır
BÜRCLƏR bizə nə vəd edir?-31 Mart
Hava haqqında
Payızda yaz havası
Şagirdlərə VACİB XƏBƏRDARLIQ: Sabahdan etibarən...
Kəlbəcər Azərbaycana rusiyalı sülhməramlıların nəzarəti ilə təhvil verilib - VİDEO
Ağcabədinin Qiyaməddinli kəndi atəşə tutuldu - RƏSMİ
Depressiyadan qorunmağın yolları
Bəlğəmi nə təmizləyər?
Con Frenç Sloanın rəsmləri (4)
Erməni silahı susmur
Türkiyədə dəhşətli həbsxana tapıldı
Azərbaycanın Dövlət bayrağının istifadəsi qaydaları haqqında qanuna dəyişiklik edilib
Aforizmlər
Dünyanın ən təmiz dənizləri
Bulvarda fləşmob – “Himnimizi bir yerdə oxuyaq” - FOTO
LCD monitor və LCD TV necə təmizlənməlidir?
Bakıda daha bir "yol ələyi" yaradılır
Nataşa Korolevaya keçmiş ərindən danışdı
“Müsəlman qardaşlar”ın fəaliyyəti qadağan edilə bilər
82-ci Oskar(2010) mərasimindən platyalar
Amerikalı onkoloq xərçənglə bağlı HƏR ŞEYİ AÇDI
Azərbaycanda sabahdan daha bir məhdudiyyət LƏĞV OLUNUR
Cəlilabadda unikal tapıntı: tarixi salnamə aşkarlandı
İşçilərin hüquqlarını pozan sahibkarlar həbs olunacaqlar
Zəngilansız 22 il
Sevənləri "Tez evlənin" yazdılar-FOTO
Metronun bağlanmasının əsas səbəbi açıqlandı
Leninin mumiyasını rekord məbləğə almaq istəyir
Üç gün toy edən modelyer
Əhaliyə xəbərdarlıq
Hacılarımız qayıdır
Niderlandda Azərbaycan diaspor təşkilatları sırasına daha ikisi qatılıb
Ən istedadlı bürclər hansıdır?
Hava haqqında - 01.02.2014
Günün qoroskopu: məsləhət üçün təcrübəli insanlara müraciət edin
Koronavirusun müalicəsində İNQİLABİ ÜSUL: Seroloji testlərin üstünlükləri
Düyünün içindən 3 milyon pul çıxdı – FOTO
Şəhid atasından qürurverici sözlər - VİDEO
Maradona vəfat etdi
Alimlərin yeni iddiası: Buzlaşma dövrü 2020-də başlayacaq
Aralıq dənizində raket müharibəsi başladı?
Arıqladan cəfəri suyu
- ŞƏRHLƏR