Ən qalın pərdə ən yaxın adamlar arasında olmalıdır. İş yoldaşınla, tanışınla, qonşunla küsürsən, üzünü yana verirsən, vəssalam. Ancaq evin içindəki ilə küsüşəndə üzünü çevirməyə yer tapmırsan, hara baxırsan, onun üzünü görürsən. Bizim zarafat bildiyimiz bu davranışın həqiqi adı zərafətdir, yəni zarafat sözünün həqiqi mənası zərif davranışdır, zərif hərəkətdir. Ancaq çox təəssüflər olsun ki, zərafətlə başlayıb zarafata çevrilən bu davranış, bir çox hallarda yaxın adamlar arasında da incikliyə, narazılığa səbəb olur.
Qarşı tərəfin hansı əhvalda, hansı ovqatda olduğunu bilmədən edilən zarafat ən yaxşı halda pərtliyə səbəb olur. Ona görə də, zarafat etmək istədiyin adamın əhval-ruhiyyəsi ilə sənin əhval-ruhiyyən arasında uyğunluğun olması çox mühüm məsələdir.
Zarafat nə qədər zərif, nə qədər incə də olsa, altında yalan olmamalıdır. Ümumiyyətlə, yalan elə bir bəladır ki, ayaq açdığı yeri gec-tez dağıdır. Buna görə də zarafatın həqiqət üstündə köklənməsi şərtdir.
Evdə hər şey ciddi rejimdə davam etsə, adamın ürəyi sıxılar. Əlbəttə ki, evdə ciddiyyət də lazımdır, zarafat da.
Ancaq dediyimiz kimi zarafat da öz haşiyəsində, öz çərçivəsində olsun. Əgər zarafat qarşı tərəfin qəlbini qırmaq üçündürsə, mütləq təsirini göstərəcək. Əgər zarafat qarşı tərəfin könlünü almaq üçündürsə, yenə təsirsiz qalmayacaqdır. Bir sözlə, zarafat nə məqsədlə başlayır-başlasın, elə bu niyyətlə bağlı olur.
Bütün münasibətlərdə nəzakətli olmaq, qarşı tərəfə zəriflik göstərmək insanın gözəlliyidir. Əslində təvazökarlıq insanın böyüklüyünün, təkəbbür isə insanın kiçikliyinin göstəricisidir. Təbii ki, hər kəsin qarşı tərəfə münasibəti də, bu iki mənbəyin birindən qaynaqlanır. Əgər təvazö varsa, o təvazönun içində sevgi var, səmimiyyət var, hörmət var. Əgər təkəbbür varsa, o təkəbbürün içində xudbinlik var, laqeyidlik var, etinasızlıq var.
Zarafat insanda həya hissini zədələməməlidir. Əgər zədələsə, deməli, ortadan pərdə götürülər. Bir atanın öz ailəsi ilə, uşağı ilə zarafat etməsi tebii haldır. Ancaq dediyimiz kimi, arada ölçü olmalıdır. Əgər bu ölçü pozulsa, əks nəticə alınar və inciklik, narazılıq meydana çıxar. Zarafat təkəbbürün yox, təvazökarlığın qanadı olanda gözəldir.
XƏBƏR LENTİ
Qadin.Net-lilərin 2-ci görüşü (Bakı)
İranlılara ümrə ziyarəti yasaqlandı
Bəzi rayonlarda qaz olmayacaq
Bacarıqlı xanımlar üçün (3)
Samsung Galaxy S8-in yeni versiyası hazırlanır
“Eurovision” qalibi 11 illik xəstəliyindən danışdı
Maradona yenə heyrətləndirdi
Milyarderlərin "AND"-ı nə üçündür?
Bu il manat yenə ucuzlaşacaq
Hadisə evinə girən fanatını bağışlamadı
Sus, düz otur, hamı bizə baxır...
Siz hansı tip anasınız?
Göy soğan piroqu (foto-resept)
Saç düzümləri
Ərzaq qiymətlərində süni artımın qarşısının alınması üçün TƏKLİF
Bakı bir səyyahın dilindən
Rusiyada əhalinin 37 faizi internetdən istifadə etmir
Nevroz və ürək xəstəliklərinin səbəbi
Baxmaqdan doymayacağınız 11 göz makiyajı
Dünya bazarında neftin qiyməti
Kiçik yataq otaqları üçün tövsiyələr
Mənfi və müsbət qüvvələri necə idarə etmək olar?
Leyla Əliyevadan bayram təbriki-FOTO
Google Glass sərnişinlərə xidmət edəcək
Xoşbəxt olmaq üçün düyü yeyin!
Öcalan üçün ilk əfv
File dolması (foto resept)
Plastik boru satışı qadağan edildi
Lukaşenko Belarus konstitusiyasını dəyişdirməyi təklif etdi
Viktoriya sevgi döyməsini sildirdi-FOTO
Ən gözəl afrikalılar
Çox yemək istəyinin qarşısını almaq üçün 3 qayda
Gələn il üçün qlobal soyuma proqnozlaşdırılıb
Məşhur aktrisa da 1 milyon dollar bağışladı
"Məni sancmayan ilan, 1000 il yaşasın"
Təzə BMW-lərdə ağlagəlməz qüsur aşkarlandı
Azərbaycan ordusu düşmənin xüsusi təyinatlı hərbi hissəsini bölmələri ilə birgə məhv etdi - RƏSMİ
Qiyamət bunkeri
Bakıda daha bir yol çökdü
Azərbaycanda pediatr, yoxsa ailə həkimi?
Toy tortları
Dörd mindən çox rus hərbçisi Ermənistan, Rostov və Volqoqradda təlimlərə başladı
Daha bir erməni həyasızlığı
Burma (foto resept)
Ətli blinlər (foto-resept)
Burak Özçivit
Şəkərbura (foto-resept)
Obsidan daşı
Bakı vağzalından hava limanına dəmir yolu çəkiləcək
Təhlükəsizlik kamerasını izləyəndə şoka düşdü - FOTO/VİDEO
- ŞƏRHLƏR