Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarının xanımları oktyabrın 25-də Heydər Əliyev Mərkəzində olublar.
Qadin.Net xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva qonaqlarla görüşüb.
Qonaqlar əvvəlcə Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Onlara məlumat verilib ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib.
"Azərbaycan inciləri" sərgisi ilə tanış olan qonaqların diqqətinə çatdırılıb ki, bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı nadir eksponatlar nümayiş etdirilir. Burada qədim peşələrin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri sərgilənir, qədim çalğı alətlərimiz orijinal şəkildə - səsli formada təqdim olunur. Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.
Sonra qonaqlar “Musiqi alətləri: birlik və müxtəliflik” sərgisinə də baxdılar. Ekspozisiyada Heydər Əliyev Fondunun müxtəlif mənbələrdən topladığı nadir kolleksiya – XVIII-XX əsrlərə aid 200-dək musiqi aləti nümayiş olunur. Sərgidə Azərbaycan musiqi mədəniyyəti tarixinə də geniş yer verilib. Burada 50-dək milli musiqi aləti yer alıb. Sərginin muğam otağında Azərbaycanın tanınmış xanəndələrinin ifalarından ibarət videoçarxlar, ekspozisiyadakı monitorlarda isə UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan muğamı, asМ§ıq sənəti, tar və kamança ifaçılığına aid musiqi nümunələri təqdim edilir. Sərgidə hər bir musiqi alətini seyr etməklə yanaşı, onu dinləmək də mümkündür.
Daha sonra qonaqlar "Kukla incəsənətdə" sərgisi ilə tanış olublar. Sərgidə dünyanın müxtəlif ölkələrinin müəlliflərinin əl işi olan 230 kukla nümayiş etdirilir. Ekspozisiyadakı sənət nümunələrinin əksəriyyəti tək nüsxədə hazırlanıb və yüksək bədii dəyərə malikdir. Həmin əsərlərin çoxu beynəlxalq kukla festivalları və biennalelərində qalib olub. Sərgidə çini, kağız, plastik, taxta və parçadan hazırlanan ənənəvi kuklalarla yanaşı, müasir texnologiyalardan istifadə olunaraq yaradılan modern kuklalar da təqdim edilir. Sərgidə kuklalar 11 müxtəlif mövzu üzrə bölünüb. Belə ki, ekspozisiyada geyim tarixi, yumoristik obrazlar, bayram simaları, İçərişəhər sakinləri, nağıl qəhrəmanları, taxta kuklalar və digər mövzularda eksponatlarla tanış olmaq mümkündür. Sərginin hər bir eksponatı ilə tanışlıq, eyni zamanda, kukla sənətinin incəliyini, inkişaf tarixini izləməyə imkan yaradır.
Sərgilərlə tanışlıqdan sonra keçirilən görüşdə Qoşulmama Hərəkatının əhəmiyyətinə toxunan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dedi:
- Əziz xanımlar, sizi salamlayıram. Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana xoş gəlmisiniz. İnanıram ki, BMT-yə üzv dövlətlərin üçdəiki hissəsini özündə birləşdirən Qoşulmama Hərəkatının Bakı Zirvəsi Hərəkatın gələcək inkişafına və üzv dövlətlərin münasibətlərinin həmrəylik və qarşılıqlı anlaşma ruhunda möhkəmlənməsinə mühüm və fərqli töhfəsini verəcəkdir.
Azərbaycan müstəqilliyini 1991-ci ildə bərpa etmişdir. Ötən illər ərzində bütün çətinliklərə baxmayaraq, ölkəmiz sürətlə inkişaf edib, müstəqilliyini qoruyub saxlayıb və ictimai-siyasi həyatın bütün sahələrində böyük nailiyyətlər qazanıb. Azərbaycan dünya birliyində etibarlı tərəfdaş və məsuliyyətli üzv kimi tanınır.
Əziz xanımlar, baxmayaraq ki, biz müstəqil ölkə kimi gəncik, lakin Azərbaycan qədim tarixə və zəngin mədəniyyətə malik olan ölkədir. Əsrlərboyu bu məkanda müxtəlif sivilizasiyaların, dinlərin, millətlərin nümayəndələri sülh və qarşılıqlı hörmət şəraitində yaşayıb. Bu gün də Azərbaycan dövləti və Azərbaycan xalqı bu ənənələri qoruyub saxlayır. Sülh mədəniyyətinin təbliğ, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviq edilməsinə ölkəmizdə xüsusi diqqətlə yanaşılır. Təsadüfi deyil ki, son illər Azərbaycan bu sahədə tanınmış beynəlxalq platformaya çevrilib. Son illər ölkəmizdə bir sıra möhtəşəm, mötəbər beynəlxalq forumlar, görüşlər, sammitlər keçirilib. Qoşulmama Hərəkatının XVIII Zirvəsinin məhz Azərbaycanda keçirilməsi bunun növbəti sübutudur. Gələn üç il ərzində ölkəmiz Qoşulmama Hərəkatına sədrlik edəcək və mən əminəm ki, bu illər ərzində öz fəaliyyətini məhz bu prinsiplər - əməkdaşlıq, tərəfdaşlıq, qarşılıqlı hörmət, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə dəstək şəklində həyata keçirəcək.
Əziz dostlar, əziz xanımlar, bu gün görüş keçirdiyimiz Heydər Əliyev Mərkəzi dünya şöhrətli memar Zaha Hadidin ölməz əsəridir. Mərkəz bir tərəfdən nadir memarlıq abidəsidir, digər tərəfdən müasir Bakının simasıdır, simvoludur. Qərblə Şərqin tarixini, memarlığını, mədəni abidələrini özündə birləşdirən Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Mən ümidvaram ki, siz vaxt tapıb paytaxtımızla daha yaxından tanış olacaqsınız, insanlarımızın qonaqpərvərliyini hiss edəcəksiniz.
Əziz xanımlar, bir daha sizə “Xoş gəlmisiniz!” deyirəm. Təmsil etdiyiniz ölkələrə və xalqlara sülh və əmin-amanlıq arzulayıram. Sizin hər birinizə möhkəm cansağlığı və uğurlar diləyirəm.
Sonda xatirə şəkli çəkildi.
XƏBƏR LENTİ
Azərbaycan və ABŞ arasında hava nəqliyyatı haqqında saziş təsdiq edildi
Əhməd Ağayevin anım günüdür
Flavia Desgranges van der Linden
Siçan ili bizə nə vəd edir?
Maydanda ötən gecə
Məşhur aktyor evləndi-FOTO
Sinqapur şirin-qazlı içkilərdən imtina edir-SƏBƏB
Qızı olanlara müjdə
Ledi Qaqa yenə diqqət mərkəzindədir-FOTO
Dünyanın ən uzun təyyarəsi hazırlanır
Taksi sürücüsü davranışı ilə hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Bakıda internet istifadəçilərinin sayı açıqlandı
Qara nöqtələr üçün maska
Bu gün Milli Teatr Günüdür
Səmada ifa: Pianoçu hamını heyrətləndirdi - VİDEO
Xoşbəxtlik bizim içimizdədir
Bu qız İnstagram-ın yeni ulduzudur
Yerindən tərpənmədən arıqlamağın yolu tapılıb
Bayram günü 39 dərəcə isti olacaq
Meyvə pəhrizi
Dağlıq Qarabağda baş verən son hadisələr AŞPA-nın yaz sessiyasında
Praqa Qradı (Praqa kremli)
Apple yeni şirkət alır
Öd kisəsi polipləri
Kələm salatı (foto resept)
Azərbaycan bu ölkələri geridə qoydu
Ukraynada ikinci Çernobıl faciəsi yaşana bilər?
Murat Boz ayrılıq haqqında-FOTO
Müharibədə şəhid olmuş və xəsarət almış hərbçilərin sığorta ödənişilə təmin olunma qaydası AÇIQLANDI
Ətdən imtina etdi xəstəxanalıq oldu-FOTO
Amerikada görüşən Ancelina Coli ilə Tuba Büyüküstünü nə birləşdirir? - FOTO
Peter Gerasimonun əsərləri
Sabahın HAVAsı
Düşmən Goranboy, Tərtər və Bərdəni atəşə tutur - RƏSMİ
Alişandan sürpriz evlilik təklifi
Hücuma keçən düşmən hərbçiləri məhv edildilər
Naomi Kempbel paylaşımı ilə diqqət çəkdi - FOTO
MN: “Cəbhənin Ağdam istiqamətində ordumuzun zərbələri nəticəsində düşmən itki verərək mövqelərini tərk edib”
Mətbəx mebelləri
Qara meşə tortu (foto resept)
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
Koronavirus Niderlandda xaosa səbəb oldu
Kökəlməyin sirləri
"Qarabağ"a 1 milyon ayrıldı
Koronavirusa yoluxanların sayı 15 milyonu keçdi - STATİSTİKA
Tez-tez və isti su ilə çimənlərə XƏBƏRDARLIQ
Divar kağızları
Əsgər erməniləri niyə qırıb?
Kral ailəsində qalmaqal böyüyür-SƏBƏB
Məzəli şəkillər