Bakıda hava 23°
USD AZN
EUR AZN

Enerjinizin tükəndiyini göstərən əlamətlər

 

Neqativ enerji bizi hər yerdə izləyir. Həssas insanlar onu digərlərindən daha çox hiss edir.

Oxucuları bu simptonlarla tanış edirik.

Enerjinizin tükəndiyini göstərən əlamətlər

Baş ağrısı

Neqativ enerjinin ilk əlaməti qəfil yaranan baş ağrılarıdır. Baş ağrısının səbəbləri müxtəlif ola bilər. Amma həkim bu ağrıların başlıca səbəbini təyin edə bilmirsə, mümkündür ki, mənfi enerjiyə məruz qalmısınız.

 

Həyəcan və gərginlik

Bədəni dolduran mənfi enerji özü ilə birlikdə gərginlik gətirir. Beynimiz və qəlbimiz mənfi enerji ilə dolu olduğu üçün biz qəm-qüssə və aqresiyya hiss edirik.

 

Bundan başqa biz güclü narahatçılıq hiss edə bilərik. Yalnız özünə sevgi və qayğı sayəsində bu neqativdən xilas olmaq və xoş əhval-ruhiyyəni qaytarmaq mümkündür.

 

Qarın nahiyəsində xoş olmayan hiss

Bu, onun ən nəzərəçarpacaq əlamətidir ki, bizi əhatə edən ətrafımızda və orqanizmdə həddən artıq mənfi enerji hökm sürür. Dolayısilə qarında ağrılar onu göstəririr ki, bədən neqativlə mübarizə aparır.

Enerjinizin tükəndiyini göstərən əlamətlər

Odur ki, növbəti dəfə bədənin bu nahiyəsində izaholunmaz ağrı hiss etsəniz, bunda bağırsaq virusunu və ya yediyiniz məhsulları günahlandırmayın. Ola bilsin ki, səbəb daha incə detallarda gizlənib.

 

İkrah hissi

Bəzilərimiz mənfi enerjinin təsirinə məruz qaldığımız zaman ikrah hissi baş qaldırır. Bu, adətən xoşumuza gəlməyən adamlarla ünsiyyət zamanı baş verir.

 

Böyrəküstü vəzlərdə həddən artıq gərginlik

Böyrəküstü vəzilər stressli və həyəcanlı situasiyaların öhdəsindən gəlməyə kömək edir. Amma bədəndə və ətraf mühitdə mənfi enerji həddən artıq çox olarsa, bu orqan yüklənir.

Yorğun olsaq da, yuxuya gedə bilmiriksə, özümüzü xəstə və yorğun hiss edirik. Ola bilsin ki, bu, onun siqnalıdır ki, böyrəküstü vəzilərin həddən artıq yüklənib.

 

Təngənəfəslik

Təngənəfəslik bədənimizdə mənfi enerjinin yüksək olmasının da işarəsi ola bilər. Yadda saxlayın ki, bütün kədərli hisslər ağciyərlərimizdə yığılır. Bu səbəbdən həddindən artıq mənfi duyğular yaşayanda, nəfəs almaq çətinləşir.

 

Xroniki ağrı

Mənfi enerji hətta xroniki ağrı şəklində özünü göstərə bilər. Məsələn, əzələlərin daralmasına gətirib çıxarır. Daimi stresli hallar bədənə mənfi təsir göstərdiyi üçün özümüzü gərgin və yorğun hiss edirik.

 

Depressiya simptomları

Depressiya da bədənin mənfi enerjiyə başqa bir reaksiyası ola bilər. Bu vəziyyətdə müsbət düşüncələrə köklənmək çətindir. Təəccüblü deyil ki, depressiya mənfi enerjinin bədənimizə daxil olması üçün qapı açır.

 

Ümumi naxoşluq

Əgər səbəbsiz yerə özümüzü əzgin və kədərli hiss edirikdə, bu, həyatımızda nəyi yalnış etdiyimizi düşünmək və bu əhval-ruhiyyənin kökünü tapmaq üçün bir işarədir.

Böyük həyati məsələləri həll edərkən biz kiçik çətinliklər barədə unuduruq ki, bu da zaman keçdikcə yığılır və böyük bir dağa çevrilir.

 

Tükənmişlik hissi

Bu, onu göstərir ki, enerji vapmirlərinin mənfi təsirlərinə məruz qaldığımışıq. Belə insanlarla ünsiyyət psixoloji də daxil olmaqla, bəzən ürəkbulanma, yorğunluq, o cümlədən ümidsizlik və digər narahatçılıqlara səbəb ola bilər.

 

Aytən Məftun (publika.az)

Səslərin sayı: 0
1
385
loading...
Şərhlər
Offline
Iceberg
Böyük həyati məsələləri həll edərkən biz kiçik çətinliklər barədə unuduruq ki, bu da zaman keçdikcə yığılır və böyük bir dağa çevrilir.
30 avqust 2019 16:18
imza: shafaabdulla.blogspot.com
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )