Həyatda təsadüf yoxdur. Dünyamızda hər şey hər hansı səbəb nəticəsində baş verir. Yeri gəlmişkən, kimyagərlik, okkultizm və numerologiya baxımından, doğum tarixiniz təsadüfi rəqəmlərdən ibarət deyil. Doğulduğunuz tarixdə təbiət sizə bəzi xüsusiyyətləri hədiyyə edir.
İnanmağınızın heç bir əhəmiyyəti yoxdur. Bu məlumatı heç vaxt yoxlamasanız da, hədiyyəniz həmişə sizinlədir.
Sehrli gücünüzü öyrənmək üçün hesablama belə aparılır: doğum günü, ay, il. Bir rəqəm əldə edənə qədər onları toplayın. Məsələn, 1978-ci ilin 1 avqustunda dünyaya gəlmisinizsə, hesab belə aparılacaq: 1 + 8 + 1 + 9 + 7 + 8 = 34 = 3+4=7.
Əldə edilən rəqəmə əsasən təbiətin sizə bəxş etdiyi qeyri-adi gücü kəşf edəcəksiniz.
1. Möcüzə
Hesablamalar nəticəsində "1" rəqəmini almış olsanız, bilin ki, bu rəqəm yaratmaq və düzəltmək deməkdir. Bu tarixdə ən güclü sehr qabiliyyətlərinə sahib insanların doğulduğuna inanılır. Onlarda sehr aləminin açarı var. Və belə insanlar inanılmaz iradəyə malikdir. Ancaq bu gücü hər kəsi və ətrafdakıları idarə etmək üçün xərcləməyin.
Gücünüz: Cəsarət və iradə
2. Empatiya
Bizi əhatə edən enerjiyə digər insanlardan daha çox həssassınız. Odur ki, artıq uşaq yaşlarından etibarən digər insanları hiss edə və başa düşə bilirsiniz. Başqasının ağrısını duyur və dərdinə şərik olursunuz. Sehrli gücünüz istəsəniz də, istəməsəniz də ürəyinizdədir. Həm də - "üçüncü gözdə".
Bu gücü başqalarının ağrılarını yüngülləşdirmək üçün istifadə edə bilərsiniz. Həmçinin tükənən enerjini tez bir zamanda bərpa etmək üçün tez-tez təbiətlə ünsiyyətdə olun.
Gücünüz: Xəyallar və İntuisiya
3. Üç üzlü ay
Bu rəqəm ayın üç mərhələsini simvollaşdırır. Siz Üç üz tanrısının "vasitəçisi və bələdçisiniz". Bu ilahə haqqında ingilis yazıçısı Robert Qravesin "Ağ ilahə" risaləsində yazılmışdır. Qravesin sözlərinə görə, Üç Tanrı ilahəsi (onu "Doğum, Sevgi və Ölümün Ağ İlahəsi" adlandırdı) qadın həyatının və ayın üç “təzə”, “hilal”, “bütöv” mərhələsinə uyğundur: "bakirə", "ana" və "yaşlı qadın".
Odur ki, yaratmaq və məhvetmə gücü sizdə eyni anda mövcuddur. Arzularınızı dilə gətirəndə diqqətli olun. Məsələ ondadır ki, bütün düşüncələriniz və istəkləriniz asanlıqla reallığa çevrilə bilər.
Gücünüz: Yaratmaq və dağıtmaq
4. Elementalist
Dörd nömrə Yer kürəsinin 4 elementini simvollaşdırır: Od, Su, Hava və Torpaq. Mahiyyətiniz bütün bu 4 elementlə mükəmməl şəkildə birləşib, odur ki, çox rasional və ağıllısınız.
Bu elementlərin enerjisini daim özünüzə tərəf çəkdiyiniz üçün sizi lənətləmək çox çətindir. Yadda saxlayın ki, Od, Su, Yer və Hava ətrafınızda hər hansı mənfi hadisəni dəf edən xüsusi bir sehrli pərdə yaradır.
Gücünüz: Elemental magiya
5. Ruhani
"5" rəqəmi beşinci elementi - Ruhu (qədim yunan sehrində deyildiyi kimi Efir) simvollaşdırır. Bu nömrə altında doğulanlar mənəvi dünyası ilə daim təmasdadır. Asanlıqla axirət dünyasından qüvvələr çağırıb onlarla əlaqə qura bilərlər.
Bu səbəbdən də belə insanlar əla spiritualist ola bilərlər. Axı "beşinci element" onları idarə edir – Ruh!
Gücünüz: Ruhlarla əlaqə, magiya
6. Günəşin oğlu
6 rəqəmi Günəşi və onunla əlaqəli hər şeyi simvollaşdırır. Odur ki, içinizdə güclü bir enerji axını var. Sehrli gücünüz Günəşdəndir. Demək olar ki, hər şeyə qadirsiniz.
Siz şəfa verən bir rəhbərsiniz. Ancaq unutmayın ki, böyük güc də böyük məsuliyyət deməkdir. Gücünüzlə ehtiyatlı olun və digər insanların ziyanına istifadə etməməyə çalışın.
Gücünüz: Ritual sehr və şəfa
7. Ayın şagirdi
7 rəqəmi ayı və onun bütün sehrini simvollaşdırır. Sehrli gücünüz ayın təmiz və qarşısıalınmayan sehridir. Ritual sehr haqqında bir şey oxumağa və ya öyrənməyə belə ehtiyac yoxdur, siz sanki doğuşdan nə edəcəyinizi və necə olacağını bilirsiniz. Və hər şey asanlıqla və ustalıqla alınır. Bu qabiliyyət çox güclü inkişaf etdirilən intuisiya ilə əlaqədardır.
Başqa bir gücünüz odur ki, xəyallarınız bir qayda olaraq təbiətdə peyğəmbərlik xarakteri daşıyır. Bir şey haqqında xəyal qurmağa başlayan kimi dərhal yerinə yetirilir. Gücünüzü ağılla istifadə etsəniz, möcüzələr yarada bilərsiniz!
Gücünüz: Uzaqgörənlik
8. Ənənəvi cadu
8 ən sehrli rəqəmlərdən biri sayılır. Doğum gününüz "8"lə əlaqədardırsa, onda siz çox böyük sehrli gücə sahibsiniz. İçinizdə bir növ "kompas" yerləşdirilib və nəyin doğru, nəyin düzgün olmadığını yaxşı bilirsiniz.
Gücünüz: Enerji manipulyasiyası və kimyagərlik
9. Şaman
Siyahıdakı son rəqəm yuxarıda göstərilənlərin hamısını təmsil edir. Bu, hər şeyin bitdiyi və yenidən başladığı qapıdır. Buna görə də siz heç kimin görmədiyi şeyləri görə bilirsiniz.
Siz artist və sənətsəl təbiətlisiniz, odur ki, dünyanı və insanları qeyri-standart fokuslardan və perspektivlərdən görürsünüz. Beləliklə, siz sağalda və müalicə edə bilərsiniz.
Bu rəqəm ölüm və yenidən doğuşu simvollaşdırdığından, ruhlar və kabusları hiss edirsiniz. Odur ki, bütün şamanların etdiyi kimi, tanış dünyanın və insan imkanlarının hüdudlarından kənara çıxa bilərsiniz.
Gücünüz: Astral proyeksiya
XƏBƏR LENTİ
Azərbaycan və ABŞ arasında hava nəqliyyatı haqqında saziş təsdiq edildi
Əhməd Ağayevin anım günüdür
Flavia Desgranges van der Linden
Siçan ili bizə nə vəd edir?
Maydanda ötən gecə
Məşhur aktyor evləndi-FOTO
Sinqapur şirin-qazlı içkilərdən imtina edir-SƏBƏB
Qızı olanlara müjdə
Ledi Qaqa yenə diqqət mərkəzindədir-FOTO
Dünyanın ən uzun təyyarəsi hazırlanır
Taksi sürücüsü davranışı ilə hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Bakıda internet istifadəçilərinin sayı açıqlandı
Qara nöqtələr üçün maska
Bu gün Milli Teatr Günüdür
Səmada ifa: Pianoçu hamını heyrətləndirdi - VİDEO
Xoşbəxtlik bizim içimizdədir
Bu qız İnstagram-ın yeni ulduzudur
Yerindən tərpənmədən arıqlamağın yolu tapılıb
Bayram günü 39 dərəcə isti olacaq
Meyvə pəhrizi
Dağlıq Qarabağda baş verən son hadisələr AŞPA-nın yaz sessiyasında
Praqa Qradı (Praqa kremli)
Apple yeni şirkət alır
Öd kisəsi polipləri
Kələm salatı (foto resept)
Azərbaycan bu ölkələri geridə qoydu
Ukraynada ikinci Çernobıl faciəsi yaşana bilər?
Murat Boz ayrılıq haqqında-FOTO
Müharibədə şəhid olmuş və xəsarət almış hərbçilərin sığorta ödənişilə təmin olunma qaydası AÇIQLANDI
Ətdən imtina etdi xəstəxanalıq oldu-FOTO
Amerikada görüşən Ancelina Coli ilə Tuba Büyüküstünü nə birləşdirir? - FOTO
Peter Gerasimonun əsərləri
Sabahın HAVAsı
Düşmən Goranboy, Tərtər və Bərdəni atəşə tutur - RƏSMİ
Alişandan sürpriz evlilik təklifi
Hücuma keçən düşmən hərbçiləri məhv edildilər
Naomi Kempbel paylaşımı ilə diqqət çəkdi - FOTO
MN: “Cəbhənin Ağdam istiqamətində ordumuzun zərbələri nəticəsində düşmən itki verərək mövqelərini tərk edib”
Mətbəx mebelləri
Qara meşə tortu (foto resept)
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
Koronavirus Niderlandda xaosa səbəb oldu
Kökəlməyin sirləri
"Qarabağ"a 1 milyon ayrıldı
Koronavirusa yoluxanların sayı 15 milyonu keçdi - STATİSTİKA
Tez-tez və isti su ilə çimənlərə XƏBƏRDARLIQ
Divar kağızları
Əsgər erməniləri niyə qırıb?
Kral ailəsində qalmaqal böyüyür-SƏBƏB
Məzəli şəkillər
- ŞƏRHLƏR