Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN
13:17PERI hervaxtiniz xeyir qizlar hardasiz 09:56Xəyalə Murad Sabahınız xeyirli,Cüməniz mübarək olsun,Əziz Qadin.Netlilər!
39981

86 yaşlı alpinist QƏRARINDAN DÖNDÜ-SƏBƏB

86 yaşlı alpinist QƏRARINDAN DÖNDÜ-SƏBƏB


Yaponiyalı 86 yaşlı alpinist Yuiçiro Miura səhhətində yaranan problemə görə Argentinanın Akonkaqua zirvəsinə qalxmağı dayandırıb.

Qadin.Net AzərTac-a istinadən bildirir ki, Yuiçiro Miura Cənubi Amerikanın ən yüksək zirvəsinə yanvarın 18-də dırmanmağa başlayıb və dəniz səviyyəsindən 6 min metr hündürlükdə yerləşən düşərgəyədək qalxıb. Zirvənin 6960 metr hündürlükdə yerləşən ən yüksək nöqtəsinə qalxmaq üçün o, iki gün burada havanın yaxşılaşmasını gözləyib.

Y.Miuranın Tokiodakı ofisindən bildiriblər ki, alpinisti müşayiət edən həkimin qəti tələbindən sonra o, bu cəhddən imtina etməyi qərara alıb.

Məlumatda qeyd edilir ki, həkim belə yüksək səviyyədə qalmağın Y.Miuranın bədənini həddindən artıq gərginləşdirdiyini və ürək çatışmazlığına səbəb olduğunu bildirib. Həkim qeyd edib ki, ürəyində problemlər olan Y.Miura zirvəyə qalxmaqda davam edərsə, bu, onun səhhətində ciddi fəsadlar yarada bilər.

Süni peyk vasitəsilə Tokio ilə əlaqə saxlayan Y.Miura zirvəni fəth edə biləcəyinə əmin olmasına baxmayaraq, həkimin göstərişini qəbul etdiyini və ekspedisiyanı dayandırdığını deyib.

Ofisdən bildirildiyinə görə, Y.Miura artıq helikopter vasitəsilə 5500 metr hündürlüyə endirilib.

86 yaşlı alpinist QƏRARINDAN DÖNDÜ-SƏBƏB



Səslərin sayı: 0
1
95
loading...
Şərhlər
Offline
Sima
Ofisdən bildirildiyinə görə, Y.Miura artıq helikopter vasitəsilə 5500 metr hündürlüyə endirilib.
22 yanvar 2019 13:02
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış