Qoç - Sizinlə manipulyasiya etmək çox asandır. Siz xoşunuz gələn şeylərə o qədər tez inanırsınız ki, bəziləri bundan istifadə etməyə bilmirlər. Hərdən intuisiyanız sizə ehtiyatlı olmağı məsləhət görsə də, siz buna qulaq asmağı lazım bilmirsiniz. Kommersiya fəaliyyətində uğursuzluq ehtimalı çox böyükdür. Sövdələşmələrdən çəkinmək tövsiyə olunur.
Ətrafdakılarla münasibətlərdə problemlər mümkündür. Siz ifadələrinizdə çox sərt, bəzən nəzakətsiz, demək olar ki, həmişə kobudsunuz. Bir qədər yumşaq olun. Bu, incikliklərdən və digər problemlərdən yayınmaqda yardım edəcək.
Buğa - Bu gün çox maraqlı olacağını vəd edir. Siz kənar təsirlərə çox həssassınız, istənilən şəraitə uyğun əhval-ruhiyyəyə ildırım sürətilə düşürsünüz. Bir çox Buğalar özlərində gözlənilməz istedad və qabiliyyətlər aşkarlayacaqlar.
Lakin yaxınlarla münasibətlər baxımından o qədər də asan gün deyil. Sizin başa düşməyəcək, tənqid edəcək, xətrinizə dəyəcəklər. Siz isə bunun cavabında nəinki müdafiə olunacaq, əks-hücuma keçəcəksiniz. Vaxtında dayanmağa çalışın. Yoxsa, özünüzü çıxılmaz vəziyyətə sala bilərsiniz.
Əkizlər - Əqli əmək, maraqlı fəlsəfi mövzularda düşüncələr üçün əlverişli gündür. Təhsildə və elmi tədqiqatlarda uğur ehtimalı yüksəkdir. Ciddi ədəbiyyatın mütaliəsi, eləcə də, dünyagörüşünün artırılmasına yardım edən digər məşğuliyyətlər tövsiyyə olunur. Yeni tanışlıqlar qurmaq olar. Amma istisnasız olaraq ağıllı, erudit, yaxşı təhsilli adamlarla.
Vacib xəbərlərin alınması mümkündür. Kübar və ictimai tədbirlərdə iştirak mümkündür. Siz insanlarla asanlıqla dil tapacaq, ətrafdakıların rəğbətini qazanacaqsınız.
Xərçəng - Vacib adamlarla görüş üçün münbit gündür. İş adamları sərfəli sövdələşmələrə gedə bilərlər. Bu gün çətinlikləri asanlıqla dəf edəcək, istənilən sınaqdan uğurla çıxacaqsınız. Yeni nəyisə sınamaq və əvvəllər bacarmadığınız şeylər öyrənmək üçün yaxşı gündür.
Günün ortasında əbəs xərclər mümkündür. Üstəlik, günün bu vaxtı hər şeyə daha tez inanacaqsınız. Bədxahlarınız bundan istifadə edə bilərlər.
Şir - Bu gün daha çox romantik görüşlər üçün münasibdir. Ulduzlar tənha Şirlərə sevgi macəraları vəd edirlər. Artıq sevənlər isə münasibətlərə yeni və hər iki tərəf üçün xoş nəsə əlavə edə bilərlər. Həyat potensialı yüksəkdir. Gün nə qədər zəngin olsa da, axşam yorğunluq hiss etməyəcəksiniz.
Bununla belə, bu gün faydalı işlərlə məşğul olmaq alınmayacaq. Bekarçılığa meyllilik çox güclü olacaq. Şirlər pulla asanlıqla vidalaşırlar. Odur ki, əbəs xərclər ehtimalı yüksəkdir.
Qız - Əgər sağlam düşüncə ilə hərəkət etsəniz və enerjinizi dinc məcraya yönəltsəniz, gün çox məhsuldar keçəcək. Ailə üzvləri ilə mübahisələr mümkündür. Nədənsə ətrafdakıları öz ideyalarınıza "yoluxdurmaq" o dəqiqə alınmır. Bəla burasındadır ki, siz çox tez "qaynayır"sınız: soyuqqanlılığı qorumaq daha yaxşı olardı.
Ziddiyyət ruhu çox güclüdür. Bu, şəxsi həyatdakı hadisələrə təsir edəcək. Bir çox Qızlar bu gün bilə-bilə ümidsiz münasibətlərə başlamağa meyllidirlər.
Tərəzi - Gün uğursuz olacaq. Bunun əsas səbəblərindən biri impulsivliyinizdir. Siz olduqca tez-tez, özü də vaxtsız şəkildə emosiyalarınıza azadlıq verirsiniz, ətrafdakılarla münasibətlər göz görə-görə korlanıb. Bürcün bir sıra nümayəndələri kəskin, ürək sındıran ifadələr işlədir, sonra isə peşiman olurlar. Sizin bu davranışınız ətrafdakıları çıxılmaz vəziyyətə salır.
Diqqəti hansısa faydalı işə yönəltmək çox çətindir. Bəzi Tərəzilər düşünülməmiş addımlar atırlar. Məsələn, onlar bir qədər əvvəl üstündə əsdikləri münasibətlərə son qoyurlar.
Əqrəb - Kifayət qədər uğursuz gündür. Təəssüf ki, buna görə yalnız özünüzü günahlandıra bilərsiniz. Problem olmayan yerə onu yaradan məhz sizsiniz. Özünüz həyatınızı çətinləşdirir, əməkdaşlıq etməli olduğunuz adamlarla münasibətləri korlayırsınız. Buna görə sizə yalnız bir şeydə haqq qazandırmaq olar: siz öz prinsipləriniz və həyata baxışınıza uyğun hərəkət edirsiniz.
Bu günün yaxşı cəhəti yaxınınızla sizi çoxdandır narahat edən məsələ barədə açıq danışmaq imkanıdır. Alacağınız cavablar sizi tamamilə qane edəcək, hətta, sevindirəcək.
Oxatan - Əlverişsiz mərhələ davam edir. Mənfi tendensiyaların təsirini yumşatmağın yolları barədə düşünməyin vaxtıdır. Ulduzlar cari işlərdən daha qlobal məsələlərə keçməyi məsləhət görürlər: planlar nə qədər möhtəşəm, hədəflər nə qə yüksək olsa, o qədər yaxşıdır. Elə bir təklif almağınız mümkündür ki, onu qəbul etməklə həyatanınız köklü şəkildə dəyişə bilər. Bu, bir çox Oxatanlar üçün dalandan çıxış yolu olacaq.
İntuisiyanıza yox, sağlam düşüncəyə üstünlük verməyiniz tövsiyə olunur. Əgər nəyisə məntiqlə izah edə bilmirsinizsə, suallar verin, özünüzdən nəsə uydurmağa çalışmayın.
Oğlaq - Sövdələşmələr və kommersiya fəaliyyəti üçün əlverişli gündür. Qadınlarla işləmək tövsiyə olunur: onlarla razılığa gəlmək daha asandır. Gün istənlən irimiqyaslı layihələr, o cümlədən, başqa yerə köçmək və ya tikinti üçün münasibdir.
İnadkarlıq nümayiş etdirməklə istədiyiniz hər şeyə nail ola bilərsiniz. Bir çox Oğlaqları bu gün şəxsi xarakterli xoş sürprizlər gözləyir. Bürcün bir sıra nümayəndələri evlənməyə qərar verəcəklər və buna görə peşiman olmayacaqlar.
Dolça - Gün çox sakit keçəcək. Gözlənilməzliklər planlarınızı pozmayacaq. Çoxdandır əliniz qalxmayan işlərlə məşğul ola bilərsiniz. Dostların əhatəsində istirahət sevinc bəxş edəcək. Yaxınlarınız ideyalarınızı bəyənəcəklər. Əgər təşəbbüs göstərsəniz, dəstək qazanacaq.
Bu gün ictimai tədbirlər iştirak etmək, kübar qəbullarda parlamaq olar. Yeni tanışlarınızın rəğbətini qazanmaqda çətinlik çəkməyəcəksiniz.
Balıqlar - Uğursuz gündür. Siz öz ambisiyalarınız və xırda arzularınıza uyğun hərəkət edirsiniz. Bir çox Balıqlar sonradan peşiman olacaqları hərəkətlərə yol verəcəklər. Sizin üçün şirnikdirici şeylərə müqavimət göstərmək çətindir. Kələk gəlməyi və intriqa yaratmağı bacaran adamlara isə sizi idarət etmək çox asandır.
Özünüzü qoruyun. Bu gün xəsarət və xəstəlik təhlükəsi var, xroniki xəstəliklərin kəskinləşməsi mümkündür. Əsassız xərclərdən uzaq durun. Tezliklə pul sizin üçün daha vacib və lazımlı şeylərə lazım olacaq.
XƏBƏR LENTİ
Müvəffəqiyyətli olmaq üçün 15 həqiqət
Prezident İlham Əliyev: "Heç kim toxunulmaz ola bilməz"
Türkiyədə avtobuslarda internetə pulsuz çıxış olacaq
Saç hörməyi öyrənək
Azərbaycanda daşqınlar olacaq
9 yaşlı Fatimənin kitabı ABŞ-da nəşr olundu - FOTO
İŞİD Türkiyəyə yaxınlaşır
Nişanlısı yerinə atası ilə FOTOsessiya etdi
Kökəltməyən 7 qida
Azərbaycanda daha 23 nəfər koronavirusdan sağaldı - RƏSMİ
Ulduz futbolçunun yoldaşı çempion oldu
Günün qoroskopu: Büdcənizə nəzarət edin!
Tuba bu dəfə Kənanla tərəf müqabili olacaq
Möhtəşəm kainat...
Kürdə qorxulu vəziyyət
Şeron Stoun onu məşhurlaşdıran hərəkəti 25 il sonra TƏKRAR ETDİ
Koronavirusla bağlı bildiyimiz HƏR ŞEY YANLIŞ İMİŞ-16 fakt
10 halda heç zaman peşman olmayacaqsınız
Azərbaycanda körpələrə qoyulan Yeni Adların SİYAHISI
Kartof alarkən nəyi bilmək vacibdir?
Maska taxmayan qızı avtobusdan qovdular - VİDEO
Seda ana oldu-FOTO
Vladimir Putin Dağlıq Qarabağda baş verənlərə görə narahatlığını bildirib
İki rəngli peçenyeli tort (foto resept)
Zəif duman, mülayim külək - sabaha verilən vəd
Koronavirusa ikinci dəfə yoluxma daha təhlükəli ola bilər – VİDEO
Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısı alındı, düşmən itki verərək geri çəkildi
Rusiya COVID-19 peyvəndini ilk dəfə BU ÖLKƏYƏ SATDI
Şam ağacı pirojnası (foto resept)
Azərbaycan peşə məktəblərində ilk dəfə
Dərdlərə dərman zeytun
Ata olan şəxslərə 14 günlük məzuniyyət veriləcək
Güclü külək əsəcək, temperatur enəcək
"X sinif dərsliklərində səhvlərə yol verilib" - DİM
İranın vitse-prezidenti istefa verdi
Yenə yağacaq
"Barselona"nın ulduzu karyerasına son qoyur
Vulkan püskürdü, sakinlər varlandı-FOTO
Əli Əsədov Türkiyənin vitse-prezidentinə məktub ünvanladı
Uşaqlar üçün vanna otaqları
Bu gün nə bişirim?
Kələm haqqında bilmədiklərimiz
Prezident onu vəzifədən AZAD ETDİ
Körpəyə üzməyi bələkdən öyrədin
6 min illik Məzardan Çıxanlar hər kəsi Heyrətləndirdi- FOTO/VİDEO
Yol polisi sürücülərə müraciət etdi
Əti süni şəkildə bahalaşdırıblar - Nazirlikdən AÇIQLAMA
Qan azlığı üçün meyvə suyu
İlham Əliyev BMT TŞ-də Azərbaycanı dəstəkləyən ölkələrin dövlət başçılarına məktublar ünvanladı
47.3 milyon manatlıq nadir brilliant üzüyü kim alıb?