Havanın çirkli olması insan sağlamlığına mənfi təsir göstərən amillərdən biridir. Həkimlər çirkli hava şəraitinin bir çox xəstəliklərin yaranmasında xüsusi rol oynadığını bildirirlər. Onların arasında insan həyatı üçün təhlükə yaradan ürək-damar xəstəlikəri xüsusi yer tutur. Bakı şəhərində, eləcə də Azərbaycanın digər bölgələrində atmosfer havasının vəziyyəti necədir?
Yay fəslində toz-torpağı azaltmaq üçün ətraf ərazilər suvarılmalıdır
Milli.Az xəbər verir ki, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynallı report-a bildirib ki, Bakıda havanın çirklənməsinin əsas səbəbi avtomobillərdir: "Problemin qarşısını almaq üçün maşınların sayını azaltmaq vacibdir. Azərbaycanı xammal bazarına çevirməkdənsə, zavodlar tikilməli, insanlar işlə təmin olunmalıdır. "Azəri" yanacağı hazırlanmalı və dünyaya tanıtdırılmalıdır. Bu tədbirlər görülərsə, Azərbaycan ən təmiz regionlardan birinə çevirilə bilər. Meqapolis böyüyür, tikinti işləri aparılır və temperatur kifayət qədər yüksəkdir. Hava tozanaq olur, insanlar nəfəs ala bilmir. Yay fəslində hava isti və küləkli olanda istiliyi və toz-torpağı azaltmaq üçün ətraf ərazilər suvarılmalıdır. Sovet hakimiyyəti illərində asfalt örtüyü də yuyulurdu. İndi isə bu işlərin heç biri həyata keçirilmir".
Şəhər və bölgələrdə vəziyyət necədir?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin​ Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova "Report"a deyib ki, ölkə ərazisində 200 mindən yuxarı əhalisi olan iri şəhərlərdə, eləcə də sənaye profilli inkişaf edən rayon mərkəzlərində atmosfer havasının keyfiyyətinə mütəmadi nəzarət olunur və bunun üçün monitorinqlər keçirilir: "Müəyyən vaxtlarda (əsasən də əlverişsiz meteoroloji şəraitdə ) atmosfer havasında çirkləndiriçi qaz qarışıqlarının miqdarının yol verilən qatılıq həddindən artıq olması qeydə alınır. Buna baxmayaraq, ölkənin atmosfer havasının vəziyyəti qənaətbəxşdir. Azərbaycanda atmosfer havasında ekstremal hallar demək olar qeydə alınmır. Başqa ölkələrin ərazisindən Azərbaycana tranzit formada toz burulğanları gələndə nadir hallarda lokal ərazilərdə yüksək çirklənmə qeydə alınır".
Onun sözlərinə görə, əhalinin ən sıx məskunlaşdığı Abşeron yarımadasında təzyiqlər, təsirlər digər regionlarla müqayisədə daha çoxdur: "Bakı, Sumqayıt şəhərlərində havanın keyfiyyətində digər ərazilərimizlə müqayisədə fərq var. Amma ümumi metodologiyaya uyğun olaraq hesablama aparanda qeyd etdiyim şəhərlər də daxil olmaqla havasına görə keyfiyyət pisliyi kriteriyasına düşən şəhərimiz yoxdur".
Bakının tozlu havası
Direktor müavini qeyd edib ki, 2000-ci ildə Bakı şəhərində 100 min maşın var idisə, 2017-ci ildə bur rəqəm bir milyona çatıb: "Atmosferə atılan tullantıların 1990-cı ilərdə 70-80 faizi sənaye müəsissələrinin, 30 faizi isə nəqliyyat vasitələrinin payına düşürdüsə, bu rəqəm indiki zamanda yerini dəyişib. Azərbaycan müstəqillik əldə etdikdən sonra Avropa standartlarına uyğun texnologiyaların ölkəyə gətirilməsinə üstünlük verilib. Son 15 ildə ETSN-in Ekspertiza Departamenti tərəfindən müəssisələrin tullantılarının ətraf mühitə təsirinin qiymətləndirilməsi aparılarkən minimum tullantı verən texnologiyalardan istifadə olunan müəssisələrin fəaliyyətinə icazələr verilir. Apardığımız monitorinqlərin nəticələri onu göstərir ki, ölkədə fəaliyyətə başlayan yeni müəssisələr müasir texnologiyalı, yəni az tullantılı müəssisələrdir".
M.Avazova deyib ki, Bakıda küləkli günlərdə tozun miqdarı lokal ərazilərdə daha çox qeydə alınır: "Zamanla Türkmənistan, Ərəbistan yarımadasından toz burulğanlarının atmosfer axınları ilə ölkə ərazisinə daxil olması müşahidə olunur. 1990-ci illərdə bu cür hallar 3-5 ildə bir dəfə qeydə alınırdısa, son dövrlərdə il ərzində 3-4 dəfə müşahidə olunur. Bunun qarşısını almaq mümkün deyil. Ona görə də səhəttində problem olanlar bu cür havalarda qapalı şəraitdə qalsalar daha yaxşıdır".
XƏBƏR LENTİ
Ən dəbli 10 qadın
Ayın görüntüsü sosial şəbəkədə gündəm oldu - VİDEO
Xəyanətə fərqli baxış
Analar və qızları
Araz çayı dondu
Azərbaycan MN və DTX Ermənistana xəbərdarlıq etdi
Körpələrə qulluq
Türkiyədə seçki başladı
Kriştianu Ronaldudan inanılmaz fədakarlıq
Dünyaya bənzəyən planet
Ya mənim olmalısan, ya da mənim...
Dünyada ən uzun şüşə körpü açıldı
Bağırsaq parazitləri və müalicəsi
11 il gizlədilən cinayətə görə 11 il həbs cəzası
Şokoladın yeni bir faydası ortaya çıxdı
Bu ölkədə pivə sudan ucuzdu
Maddələr mübadiləsini sürətləndirək
"Qızıl qlobus"da yeni trend - FOTO
Bəyin 35, gəlinin 80 yaşı var - Dünya bu toydan DANIŞIR (FOTOLAR)
22 yaşlı oğlanı Marsda əbədiləşdirəcəklər - FOTOLAR
“Çirkli moda”: Məşhur brend ot ləkəli şalvarları inanılmaz qiymətə satışa çıxardı
Putin İrəvanı susdurdu
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
Nemtsovun qətlini kim sifariş verib?
Günün ulduz falı
Bakıda velosiped yarışı keçiriləcək
Həvəskar fotoqrafın çəkdiyi qar dənəcikləri şəkilləri görənləri heyran edib
Azərbaycanda bələdiyyə seçkilərinin vaxtı bilindi
Seda Sayanın oğlu sevgilisinə evlilik təklifi edəcək
“Düşmənin texnikası məhv edilməsəydi, atılacaq raket Bakıya düşə bilərdi” - RƏSMİ
Toya hazırsınızmı?
Müasir dərdin dərmanı - ...sevin!
İlham Əliyev 2 həftə vaxt qoydu
Kəsmikli peçenye"Zərf" (foto resept)
Əli Həsənovun vəziyyəti ağırlaşdı - Təcili Türkiyəyə aparıldı
Kartof salatı(foto resept)
Avtobus sürücülərinə nəzarət gücləndirildi
"Nokia" dövrü bitdi
Sürücülərə CƏRİMƏ xəbərdarlığı: artıq sizi burada da ÇƏKİRLƏR!
Sirli badımcan (foto resept)
Körpə nə qədər müddətə əmizdirilməlidir?
Barak Obama Santa Klaus oldu - FOTO
Evimizdə təhlükə
Hande Erçel arıqladı-FOTO
Yeni şalvar trendi
Məşhur aktrisa nişanlısından ayrıldı
Jurnalistlərə evlərin orderləri təqdim olundu
Ayaq qoxusunu aradan qaldıran təbii həll
Limon və sodanın gücü
Virtual autizm yayılır