Bakıda hava 22°
USD 1.7008 AZN
EUR 1.9963 AZN

Yaponiyada qorxunc robot-canavar yaradıldı

Yaponiyada qorxunc robot-canavar yaradıldı


Yaponiyada vəhşi heyvanları qorxutmaq üçün nəzərdə tutulmuş robot-müqəvva yaradılıb.

Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, canavara oxşayan robotun uzunluğu 65 sm, hündürlüyü 50 sm-dir. Robot tük örtüyünə və iri dişlərə malikdir. Gözlərinə qırmızı LED-işıq yerləşdirilib. Qurğu səs imitasiya sistemi ilə təchiz olunub və canavar, insan, atəş səsləri və digər səslər çıxarır. Robota yerləşdirilmiş infraqırmızı sensor hərəkəti izləyir və lazım gəldikdə gözləri və səsi qoşur.
 
Belə görünür ki, robot-canavar gecələr nəinki heyvanları, hətta insanları da qorxudacaq.
 
"JA Kisarazu-shi" kənd təsərrüfatı kooperativi tərəfindən yaradılmış robotun prototipi iyun ayında uğurla sınaqdan çıxarılıb. Qiyməti 1800 dollara yaxın olacaq. Satışların sentyabrda başlaması nəzərdə tutulub.

Səslərin sayı: 0
0
50
Loading...
Şərhlər
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
Maraqlıdır
Yay tətilini harada keçirəcəksiniz?
Evdə
Rayonda
Ölkə xaricində
Hələ bilmirəm
Vətənə gələcəm!